https://sputnik.az/20220615/ermenistan-azerbaycan-serhed-delimitasiyasi-komissiyasinin-iclasinin-vaxti-deqiqlesdirilir-442953755.html
Ermənistan-Azərbaycan sərhəd delimitasiyası komissiyasının iclasının vaxtı dəqiqləşdirilir
Ermənistan-Azərbaycan sərhəd delimitasiyası komissiyasının iclasının vaxtı dəqiqləşdirilir
Sputnik Azərbaycan
Rusiya XİN rəsmisi Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası üzrə komissiyanın fəaliyyətinin Qarabağdakı Rusiya sülhməramlı... 15.06.2022, Sputnik Azərbaycan
2022-06-15T17:21+0400
2022-06-15T17:21+0400
2022-06-15T17:51+0400
rusiya
xin
rusiya
qarabağ
azərbaycan
ermənistan
delimitasiya
sülhməramlılar
https://cdnn1.img.sputnik.az/img/07e6/04/0e/441087331_0:0:3089:1739_1920x0_80_0_0_cd0fbb70d10c7dcb0200a51f563b505a.jpg
BAKI, 15 iyun - Sputnik. Rusiya Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın ikinci iclasını yaxın vaxtlarda Moskvada təşkil etməyə hazırdır və belə bir görüşün tarixləri ilə bağlı tərəflərdən təkliflər gözləyir. TASS xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (PBİF) keçiridiyi brifinqdə deyib."Biz Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın ilk iclasının mayın 24-də keçirilməsini alqışladıq. Razılaşdıq ki, ikinci iclas Moskvada keçirilsin. Biz Moskvada [belə bir görüşü] təşkil etməyə hazırıq. Çox yaxın gələcəkdə Azərbaycan və Ermənistan tərəfdaşlarından müvafiq olaraq tarixlərlə bağlı təkliflər gözləyirik. Biz öz tərəfimizdən hazırıq”, - deyə o qeyd edib.Diplomat Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası üzrə komissiyanın fəaliyyətinin Qarabağdakı Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasındakı vəziyyətlə birbaşa bağlı olmadığına diqqət çəkib.“Eyni zamanda, biz ümid edirik ki, komissiyanın fəaliyyətə başlaması və sistemli fəaliyyəti Bakı ilə İrəvan arasında etimadın artırılmasına kömək edəcək və həm Ermənistan-Azərbaycan sərhədində, həm də Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında insidentlərin qarşısını alacaq”, - deyə Zaxarova vurğulayıb. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/0e/441087331_360:0:3089:2047_1920x0_80_0_0_ab63c9f189c7ba257981c3d09b383c5c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xin, rusiya, qarabağ, azərbaycan, ermənistan, delimitasiya, sülhməramlılar
xin, rusiya, qarabağ, azərbaycan, ermənistan, delimitasiya, sülhməramlılar
Ermənistan-Azərbaycan sərhəd delimitasiyası komissiyasının iclasının vaxtı dəqiqləşdirilir
17:21 15.06.2022 (Yenilənib: 17:51 15.06.2022) Rusiya XİN rəsmisi Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası üzrə komissiyanın fəaliyyətinin Qarabağdakı Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasındakı vəziyyətlə birbaşa əlaqəsi olmadığına diqqət çəkib.
BAKI, 15 iyun - Sputnik. Rusiya Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın ikinci iclasını yaxın vaxtlarda Moskvada təşkil etməyə hazırdır və belə bir görüşün tarixləri ilə bağlı tərəflərdən təkliflər gözləyir. TASS xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (PBİF) keçiridiyi brifinqdə deyib.
"Biz Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın ilk iclasının mayın 24-də keçirilməsini alqışladıq. Razılaşdıq ki, ikinci iclas Moskvada keçirilsin. Biz Moskvada [belə bir görüşü] təşkil etməyə hazırıq. Çox yaxın gələcəkdə Azərbaycan və Ermənistan tərəfdaşlarından müvafiq olaraq tarixlərlə bağlı təkliflər gözləyirik. Biz öz tərəfimizdən hazırıq”, - deyə o qeyd edib.
"Biz Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın ilk iclasının mayın 24-də keçirilməsini alqışladıq. Razılaşdıq ki, ikinci iclas Moskvada keçirilsin. Biz Moskvada [belə bir görüşü] təşkil etməyə hazırıq. Çox yaxın gələcəkdə Azərbaycan və Ermənistan tərəfdaşlarından müvafiq olaraq tarixlərlə bağlı təkliflər gözləyirik. Biz öz tərəfimizdən hazırıq”, - deyə o qeyd edib.
Diplomat Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası üzrə komissiyanın fəaliyyətinin Qarabağdakı Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasındakı vəziyyətlə birbaşa bağlı olmadığına diqqət çəkib.
“Eyni zamanda, biz ümid edirik ki, komissiyanın fəaliyyətə başlaması və sistemli fəaliyyəti Bakı ilə İrəvan arasında etimadın artırılmasına kömək edəcək və həm Ermənistan-Azərbaycan sərhədində, həm də Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında insidentlərin qarşısını alacaq”, - deyə Zaxarova vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.