Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Böyük Avrasiya ziddiyyətlərə baxmayaraq, siyasi sabitliyi qoruyur - Rusiya XİN

© Sputnik / Пресс-служба МИД РФ / Mediabanka keçidAleksandr Pankin
Aleksandr Pankin - Sputnik Azərbaycan, 1920, 15.06.2022
Abunə olmaq
Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Pankin qeyd edib ki, sanksiyalar Asiya ölkələrini qorxutmur.
BAKI, 15 iyun - Sputnik. Böyük Avrasiya xarici ziddiyyətlərə və sanksiyalara baxmayaraq, müəyyən siyasi sabitliyi qoruyur. Bu barədə çərşənbə günü Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Pankin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun (PBİF) yerində bildirib.

“Asiyanın irili-xırdalı ölkələri arasında ziddiyyətlərə və zahirən barışmaz görünən ziddiyyətlərə baxmayaraq, müvafiq qurumları, "ATƏT"-i olmaya-olmaya, Böyük Avrasiya müəyyən siyasi sabitliyi qoruyub saxlayır”, - deyə o qeyd edib.

Eyni zamanda Pankin qeyd edib ki, sanksiyalar Asiya ölkələrini qorxutmur.
“Bilirsiniz ki, ölkələrin yarısı sanksiyalar altında idi və hələ də qalır: Çin, Hindistan və s. Sadəcə başa düşməlisiniz ki, onlar o qədər də miqyaslı və uzunmüddətli deyil, lakin bunlar birtərəfli məhdudiyyətlərdir. Asiyalılar sanksiyalara öyrəşiblər”, - deyə o əlavə edib.
© Sputnik / Павел Бедняков / Mediabanka keçidSankt-Peterburq Beynəlxalq İqtisadi Forumu - 2022
ПМЭФ-2022. Работа форума - Sputnik Azərbaycan, 1920, 15.06.2022
Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu - 2022
"Roskonqres" Fondunun təşkilatçılığı ilə keçirilən XXV, yubiley Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu iyunun 15-dən 18-dək davam edəcək. Forumun builki mövzusu “Yeni dünya – yeni imkanlar”dır.
Tədbir çərçivəsində həmçinin Kiçik və orta sahibkarlıq, yaradıcı biznes, Dərman Təhlükəsizliyi, PBİF Junior və SPIEF İdman Həftəsi forumları keçiriləcək. Tədbirin aparıcı foto və media tərəfdaşı TASS agentlıiyidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0