Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Çimərliklərə görə bəzi xətlərdə dəyişiklik oldu

© Sputnik / Murad OrujovBakıda çimərlik
Bakıda çimərlik - Sputnik Azərbaycan, 1920, 14.06.2022
Abunə olmaq
Bakı kəndləri istiqamətində hərəkət edən səkkiz marşrut xəttinin hərəkətində dəyişiklik olub
BAKI, 14 iyun — Sputnik. Bakı Şəhər İcra Hakimiyyəti başçısının paytaxt çimərliklərində əhalinin yay istirahətinin təşkili haqqında müvafiq sərəncamı nəzərə alınaraq 2022-ci il yay mövsümündə şəhər sakinlərinin bağlara və çimərliklərə gediş-gəlişinin təmin edilməsi məqsədilə sabahdan bir sıra müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemlərində dəyişikliklər ediləcək.
Bu barədə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Nəqliyyat Agentliyindən verilən məlumatda bildirilib.
Bu marşrut xətləri üzrə dəyişikliklər olacaq:
- 101 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti "Türkan" çimərliyinədək təşkil ediləcək;
- 107 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti "Buzovna" çimərliyinədək təşkil ediləcək;
- 146 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti "Şüvəlan" çimərliyinədək təşkil ediləcək;
- 171 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti "Sea Breeze" istirahət mərkəzinədək təşkil ediləcək;
- 172 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti "Bilgəh" bağlarınadək təşkil ediləcək;
- 179 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti "Pirşağı" çimərliyinədək təşkil ediləcək;
- 180 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti "Zirə" çimərliyinədək təşkil ediləcək;
- 182 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti "Mərdəkan" çimərliyinədək təşkil ediləcək.
Xəbər lenti
0