Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakıda M10 nömrəli mövsümi ekspres marşrut xəttinin fəaliyyəti bərpa edilir

© Sputnik / Irade JELILAvtobus
Avtobus - Sputnik Azərbaycan, 1920, 14.06.2022
Abunə olmaq
Bu xəttin istifadəyə veirlməsi ilə bir sıra kəndlərin "Koroğlu" NMM-lə daha yaxşı əlaqələndirilməsi təmin olunacaq
BAKI, 14 iyun — Sputnik. Yay mövsümündə Bakıda vətəndaşların "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzindən (NMM) Mərdəkan çimərliyinədək (Şüvəlan – Buzovna yolu) ictimai nəqliyyatla birbaşa gedişinin təmin edilməsi üçün 15 iyun tarixində M10 nömrəli mövsümi ekspres marşrut xəttinin fəaliyyəti bərpa edilir.
Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Nəqliyyat Agentliyinin məlumatına görə, başlanğıc dayanacaq məntəqəsi "Koroğlu" NMM olmaqla, Şüvəlan – Mərdəkan çimərliyi (Şüvəlan – Buzovna yolu) istiqamətində əvvəlcədən müəyyən edilmiş dayanacaqlarda dayanmaqla vətəndaşlara xidmət göstərəcək marşrutun gediş tarifi 0,50 manat müəyyən edilib.
M10 xəttinin istifadəyə verilməsi ilə Mərdəkan, Şağan, Binə və Yeni Suraxanı qəsəbələri istiqamətindəki digər yaşayış sahələrinin "Koroğlu" NMM-lə daha yaxşı əlaqələndirilməsi təmin olunacaq. Bu xətt üzrə bir istiqamətdə 13 dayanacaq məntəqəsi müəyyən edilib ki, bunlar da zəruri hesab edilən əsas cəlbetmə məntəqələridir.
Xəbər lenti
0