https://sputnik.az/20220614/abs-hokumeti-onlari-rusiya-gurbesini-almaga-vadar-edir--442904662.html
ABŞ hökuməti onları Rusiya gürbəsini almağa vadar edir
ABŞ hökuməti onları Rusiya gürbəsini almağa vadar edir
Sputnik Azərbaycan
Bir müddət əvvəl Rusiya Prezidenti Vladimir Putin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla telefon danışığında sanksiyaların ləğvi şərti ilə RF-in gübrə və ərzaq... 14.06.2022, Sputnik Azərbaycan
2022-06-14T13:41+0400
2022-06-14T13:41+0400
2022-06-14T13:41+0400
rusiya
gübrə
rusiya
abş
idxal
https://cdnn1.img.sputnik.az/img/42197/96/421979691_0:161:3071:1888_1920x0_80_0_0_b8cec72470519479307f770b18d3545f.jpg
BAKI, 14 iyun — Sputnik. ABŞ administrasiyası kənd təsərrüfatı və nəqliyyat şirkətlərini Rusiya gübrələrinin alınması və daşınmasını artırmağa çağırır, ancaq bu çağırışları açıq şəkildə reklam etmir. Bu barədə "İnterfax" "Bloomberg"-ə istinadən məlumat yayıb.ABŞ administrasiyası çox da diqqət çəkmədən kənd təsərrüfatı və nəqliyyatla məşğul olan şirkətləri daha çox Rusiya gübrələri alıb daşımağa təşviq edir.Qeyd olunur ki, şirkətlərin anti-Rusiya sanksiyaları ilə bağlı qorxuları tədarük həcminin kəskin azalmasına səbəb olub ki, bu da dünyada ərzaq qiymətlərinin artmasına şərait yaradır. Agentliyin mənbələrinin məlumatına görə, Vaşinqton iyunun əvvəlində BMT ilə təchizat məsələləri ilə bağlı danışıqlar aparmaq üçün Moskvaya nümayəndə göndərib."Bloomberg" qeyd edir ki, bu il kifayət qədər gübrə tədarükü gələn ilin məhsuluna təsir göstərə bilər. Daha əvvəl bildirilmişdi ki, BMT-nin baş katibi Antonio Quterreş Ukraynadan taxıl və Rusiyadan gübrə tədarükü ilə bağlı razılığa gəlməyi gözləyir."Baş katib Ukraynadan taxıl tədarükü, həmçinin Rusiyadan ərzaq və gübrə ixracı ilə bağlı sövdələşmədə qərarlıdır. Danışıqlar davam edir", - BMT baş katibinin sözçüsü Stefan Düjarrik bildirib.Rusiya Prezidenti Vladimir Putin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla telefon danışığında sanksiyaların ləğvi şərti ilə RF-in gübrə və ərzaq ixracına hazır olduqlarını açıqlamışdı.BMT-nin Ukrayna böhranı üzrə koordinatoru Amin Avad isə bildirib ki, dünyada 1,5 milyard insan Ukraynadan ixrac edilən taxıldan, Rusiyanın ərzaq və gübrəsindən asılı vəziyyətdə olduğundan, ixracın bərpasına dair danışıqlar mümkün qədər tez başa çatdırılmalıdır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42197/96/421979691_170:0:2901:2048_1920x0_80_0_0_1b8c470ceffb18fbd34f258626bb50c8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
gübrə, rusiya, abş, idxal
gübrə, rusiya, abş, idxal
ABŞ hökuməti onları Rusiya gürbəsini almağa vadar edir
Bir müddət əvvəl Rusiya Prezidenti Vladimir Putin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla telefon danışığında sanksiyaların ləğvi şərti ilə RF-in gübrə və ərzaq ixracına hazır olduğunu açıqlamışdı.
BAKI, 14 iyun — Sputnik. ABŞ administrasiyası kənd təsərrüfatı və nəqliyyat şirkətlərini Rusiya gübrələrinin alınması və daşınmasını artırmağa çağırır, ancaq bu çağırışları açıq şəkildə reklam etmir. Bu barədə "İnterfax" "Bloomberg"-ə istinadən məlumat yayıb.
ABŞ administrasiyası çox da diqqət çəkmədən kənd təsərrüfatı və nəqliyyatla məşğul olan şirkətləri daha çox Rusiya gübrələri alıb daşımağa təşviq edir.
Qeyd olunur ki, şirkətlərin anti-Rusiya sanksiyaları ilə bağlı qorxuları tədarük həcminin kəskin azalmasına səbəb olub ki, bu da dünyada ərzaq qiymətlərinin artmasına şərait yaradır. Agentliyin mənbələrinin məlumatına görə, Vaşinqton iyunun əvvəlində BMT ilə təchizat məsələləri ilə bağlı danışıqlar aparmaq üçün Moskvaya nümayəndə göndərib.
"Bloomberg" qeyd edir ki, bu il kifayət qədər gübrə tədarükü gələn ilin məhsuluna təsir göstərə bilər. Daha əvvəl bildirilmişdi ki, BMT-nin baş katibi Antonio Quterreş Ukraynadan taxıl və Rusiyadan gübrə tədarükü ilə bağlı razılığa gəlməyi gözləyir.
"Baş katib Ukraynadan taxıl tədarükü, həmçinin Rusiyadan ərzaq və gübrə ixracı ilə bağlı sövdələşmədə qərarlıdır. Danışıqlar davam edir", - BMT baş katibinin sözçüsü Stefan Düjarrik bildirib.
Rusiya Prezidenti Vladimir Putin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla telefon danışığında sanksiyaların ləğvi şərti ilə RF-in gübrə və ərzaq ixracına hazır olduqlarını açıqlamışdı.
BMT-nin Ukrayna böhranı üzrə koordinatoru Amin Avad isə bildirib ki, dünyada 1,5 milyard insan Ukraynadan ixrac edilən taxıldan, Rusiyanın ərzaq və gübrəsindən asılı vəziyyətdə olduğundan, ixracın bərpasına dair danışıqlar mümkün qədər tez başa çatdırılmalıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.