https://sputnik.az/20220612/zaxarova-nuve-silahlarinin-ukraynaya-tehvil-verilmesi-cagirisina-cavab-verib-442839326.html
Zaxarova nüvə silahlarının Ukraynaya təhvil verilməsi çağırışına cavab verib
Zaxarova nüvə silahlarının Ukraynaya təhvil verilməsi çağırışına cavab verib
Sputnik Azərbaycan
Polşanın keçmiş xarici işlər naziri nüvə silahının Kiyevə verilməsinə dair çağırışları ilə Polşa xalqını təhlükə altında qoyur, 12.06.2022, Sputnik Azərbaycan
2022-06-12T17:16+0400
2022-06-12T17:16+0400
2022-06-12T17:16+0400
rusiya
mariya zaxarova
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
https://cdnn1.img.sputnik.az/img/07e6/03/10/440193507_0:0:3089:1737_1920x0_80_0_0_943c9aacec60be0bf8157d04dcacbbeb.jpg
BAKI, 12 iyun - Sputnik. Avropa Parlamentinin deputatı və Polşanın keçmiş xarici işlər naziri Radoslav Sikorski nüvə silahının Ukraynaya təhvil verilməsi çağırışı ilə Polşa xalqını təhlükə altına qoyur. Bu açıqlamanı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova verib. Müvafiq yazı onun Telegram kanalında yer alıb.Amerikanın ötürücü kəməri ilə idarə olunan Polşa siyasətçiləri ekstremist ideologiya nümayiş etdirir, nifrət yayır, münaqişələri qızışdırır və indi də planeti nüvə silahının yayılmaması rejiminin pozulması ilə hədələyirlər", - deyə Zaxarova bildirib.Diplomat əlavə edib ki, Polşanın keçmiş xarici işlər naziri nüvə silahının Kiyevə verilməsinə dair çağırışları ilə Polşa xalqını təhlükə altında qoyur, onları "dünyanın nüvə əsasında yenidən bölüşdürülməsinə" cəlb edir.Sikorski iyunun 12-də Qərbin Ukraynaya nüvə silahını təhvil vermək hüququna malik olduğunu bildirib. Deputat izah edib ki, Qərb ölkələri bu hüququ Rusiyanın guya Budapeşt Memorandumunun müddəalarını pozmasından sonra əldə ediblər.Budapeşt Memorandumu 5 dekabr 1994-cü ildə Rusiya, ABŞ, Böyük Britaniya və Ukrayna tərəfindən imzalanıb. O, nüvə silahından imtina müqabilində Kiyevin təhlükəsizliyinə zəmanət verib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/10/440193507_74:0:2805:2048_1920x0_80_0_0_3af91e9ab3660abcf22caf4962328725.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mariya zaxarova, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
mariya zaxarova, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
Zaxarova nüvə silahlarının Ukraynaya təhvil verilməsi çağırışına cavab verib
Polşanın keçmiş xarici işlər naziri nüvə silahının Kiyevə verilməsinə dair çağırışları ilə Polşa xalqını təhlükə altında qoyur,
BAKI, 12 iyun - Sputnik. Avropa Parlamentinin deputatı və Polşanın keçmiş xarici işlər naziri Radoslav Sikorski nüvə silahının Ukraynaya təhvil verilməsi çağırışı ilə Polşa xalqını təhlükə altına qoyur.
Bu açıqlamanı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova verib. Müvafiq yazı onun Telegram kanalında yer alıb.
Amerikanın ötürücü kəməri ilə idarə olunan Polşa siyasətçiləri ekstremist ideologiya nümayiş etdirir, nifrət yayır, münaqişələri qızışdırır və indi də planeti nüvə silahının yayılmaması rejiminin pozulması ilə hədələyirlər", - deyə Zaxarova bildirib.
Diplomat əlavə edib ki, Polşanın keçmiş xarici işlər naziri nüvə silahının Kiyevə verilməsinə dair çağırışları ilə Polşa xalqını təhlükə altında qoyur, onları "dünyanın nüvə əsasında yenidən bölüşdürülməsinə" cəlb edir.
Sikorski iyunun 12-də Qərbin Ukraynaya nüvə silahını təhvil vermək hüququna malik olduğunu bildirib. Deputat izah edib ki, Qərb ölkələri bu hüququ Rusiyanın guya Budapeşt Memorandumunun müddəalarını pozmasından sonra əldə ediblər.
Budapeşt Memorandumu 5 dekabr 1994-cü ildə Rusiya, ABŞ, Böyük Britaniya və Ukrayna tərəfindən imzalanıb. O, nüvə silahından imtina müqabilində Kiyevin təhlükəsizliyinə zəmanət verib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.