Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Məşhur rejissor Qərbin Putinlə bağlı yanlış düşüncədə olduğunu deyib

© Sputnik / Sergey Pyatakov / Mediabanka keçidNikita Mixalkov
Nikita Mixalkov - Sputnik Azərbaycan, 1920, 12.06.2022
Abunə olmaq
Mixalkov deyib ki, Putin 20 ildən artıqdır Kremlə itaətkar, başqalarının istəklərini yerinə yetirən məmurun gəldiyini düşünənləri çox qıcıqlandırıb.
BAKI, 12 iyun - Sputnik. Qərb Rusiya Prezidenti Vladimir Putin haqqında razılaşmağı bacaran, başqalarının istəklərini yerinə yetirən məmur kimi proqnozlarında yanılıblar. Bu barədə iyunun 12-də RT-nin yayımladığı Kremldə Əmək Qəhrəmanları və dövlət mükafatları laureatlarının mükafatlandırılması mərasimində rusiyalı kinorejissor Nikita Mixalkov deyib.
Mixalkovun sözlərinə görə, dövlət başçısı Qərb tərəfdaşlarını qıcıqlandırır.
"Siz 20 ildən artıqdır ki, Kremlə itaətkar, başqalarının istəklərini yerinə yetirən məmurun gəldiyini düşünənləri çox qıcıqlandırırsınız. Tanrı elə hökm etdi ki, onlar yanıldılar", - deyə kinorejissor qeyd edib.
Mixalkov vurğulayıb ki, "indi Donbasda yeni Rusiya, yeni elita doğulur".
Xatırladaq ki, Mixalkov 1994-cü ildə azərbaycanlı ssenarist Rüstəm İbrahimbəyovun ssenarisi əsasında "Günəşdən usanmışlar" filmini çəkib. Bu film bir çox mükafatlara layiq görülüb. Onların arasında Kann kinofestivalının Qran-Prisi və Xarici dildə ən yaxşı filmə görə "Oskar" mükafatı da var.
Bundan əvvəl isə Vladimir Putin vətəndaşları Rusiya Günü münasibətilə təbrik edərək, Rusiya cəmiyyətini birliyə və vətənpərvər olmağa çağırıb.
Prezident rusiyalılara Ümumrusiya imperatoru I Pyotrun xidmətlərini xatırladıb. Prezident Rusiya imperatorunun anadan olmasının 350 illiyini qeyd edib, onun orduda, donanmada, təhsil və səhiyyədə, dövlət islahatlarında uğurlarını sadalayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0