https://sputnik.az/20220611/rusiya-ordusu-ukraynaya-mexsus-iki-qrad-qurgusunu-mehv-edib-442809581.html
Rusiya ordusu Ukraynaya məxsus iki "Qrad" qurğusunu məhv edib
Rusiya ordusu Ukraynaya məxsus iki "Qrad" qurğusunu məhv edib
Sputnik Azərbaycan
RF Müdafiə Nazirliyin məlumatına görə, artilleriya zərbələri nəticəsində 300-dən çox millətçi öldürülüb. 11.06.2022, Sputnik Azərbaycan
2022-06-11T12:33+0400
2022-06-11T12:33+0400
2022-06-11T12:48+0400
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
rusiya
qrad bm-21
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e6/02/1a/439629263_0:0:1920:1080_1920x0_80_0_0_0c9fcea8b3844c46b249970cd0377f77.jpg
BAKI, 11 iyun - Sputnik. Ukraynada keçirilən xüsusi əməliyyat zamanı Rusiya raket qoşunları və artilleriyası 300-dən çox millətçini və iki “Qrad” reaktiv yaylım atəş sistemini, həmçinin raket və artilleriya silahları, döyüş sursatı və yanacaq olan 9 səhra anbarını məhv edib.Bunu şənbə günü Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-leytenant İqor Konaşenkov deyib."Raket qoşunları və artilleriya bir sutka ərzində Ukrayna Silahlı Qüvvələrinin canlı qüvvəsi və hərbi texnikasının cəmləşdiyi 231 ərazini, o cümlədən 13 komanda məntəqəsini və artilleriya bölmələrinin 42 atəş mövqeyini vurub", deyə Konaşenkov bildirib.Konaşenkovun sözlərinə görə, artilleriya zərbələri nəticəsində 300-dən çox millətçi, 11 zirehli texnika, iki ədəd “Qrad” reaktiv yaylım atəşi sistemi, 10 səhra artilleriya silahı, doqquz xüsusi texnika, həmçinin raket və artilleriya silahlarının, döyüş sursatı və yanacağı olan doqquz səhra anbarı məhv edilib.General bildirib ki, Rusiyanın hava hücumundan müdafiə sistemləri bir gündə Ukraynanın iki MiQ-29 və bir Su-25 təyyarəsini vurub:“Son sutka ərzində Rusiyanın hava hücumundan müdafiə sistemləri Nikolayev vilayətinin Snegirevka kəndi yaxınlığında Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus iki MiQ-29 və Xarkov vilayətinin Aleksandrovka yaxınlığında bir Su-25 təyyarəsini vurub".Bundan başqa, Konaşenkovun sözlərinə görə, Rusiyanın hava hücumundan müdafiəsi Xarkov vilayətinin Dolgenka, Suxaya Kamenka və Malaya Kamışevaxa rayonlarında Ukraynanın “Uraqan” reaktiv yaylım atəş sisteminin üç raketini zərərsizləşdirib.General onu da qeyd edib ki, Xarkov vilayətinin İliçevka, Çkalovskoye, Krasnoye, Malıye Proxodı, Zavodı, Brajkovka, Vernopolye, Ovodmitrovskaya, Xruşevaxa, habelə "Luqansk Xalq Respublikası"nın Vasilyevka, Staxanov, Texnoloq qəsəbələri ərazilərində Ukraynaya məxsus 12 pilotsuz uçuş aparat da vurulub. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/1a/439629263_212:0:1652:1080_1920x0_80_0_0_5eb33cd31bbf7e3fa4cfc59998670234.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, qrad bm-21, ukrayna
rusiya, qrad bm-21, ukrayna
Rusiya ordusu Ukraynaya məxsus iki "Qrad" qurğusunu məhv edib
12:33 11.06.2022 (Yenilənib: 12:48 11.06.2022) RF Müdafiə Nazirliyin məlumatına görə, artilleriya zərbələri nəticəsində 300-dən çox millətçi öldürülüb.
BAKI, 11 iyun - Sputnik. Ukraynada keçirilən xüsusi əməliyyat zamanı Rusiya raket qoşunları və artilleriyası 300-dən çox millətçini və iki “Qrad” reaktiv yaylım atəş sistemini, həmçinin raket və artilleriya silahları, döyüş sursatı və yanacaq olan 9 səhra anbarını məhv edib.
Bunu şənbə günü Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-leytenant İqor Konaşenkov deyib.
"Raket qoşunları və artilleriya bir sutka ərzində Ukrayna Silahlı Qüvvələrinin canlı qüvvəsi və hərbi texnikasının cəmləşdiyi 231 ərazini, o cümlədən 13 komanda məntəqəsini və artilleriya bölmələrinin 42 atəş mövqeyini vurub", deyə Konaşenkov bildirib.
Konaşenkovun sözlərinə görə, artilleriya zərbələri nəticəsində 300-dən çox millətçi, 11 zirehli texnika, iki ədəd “Qrad” reaktiv yaylım atəşi sistemi, 10 səhra artilleriya silahı, doqquz xüsusi texnika, həmçinin raket və artilleriya silahlarının, döyüş sursatı və yanacağı olan doqquz səhra anbarı məhv edilib.
General bildirib ki, Rusiyanın hava hücumundan müdafiə sistemləri bir gündə Ukraynanın iki MiQ-29 və bir Su-25 təyyarəsini vurub:
“Son sutka ərzində Rusiyanın hava hücumundan müdafiə sistemləri Nikolayev vilayətinin Snegirevka kəndi yaxınlığında Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus iki MiQ-29 və Xarkov vilayətinin Aleksandrovka yaxınlığında bir Su-25 təyyarəsini vurub".
Bundan başqa, Konaşenkovun sözlərinə görə, Rusiyanın hava hücumundan müdafiəsi Xarkov vilayətinin Dolgenka, Suxaya Kamenka və Malaya Kamışevaxa rayonlarında Ukraynanın “Uraqan” reaktiv yaylım atəş sisteminin üç raketini zərərsizləşdirib.
General onu da qeyd edib ki, Xarkov vilayətinin İliçevka, Çkalovskoye, Krasnoye, Malıye Proxodı, Zavodı, Brajkovka, Vernopolye, Ovodmitrovskaya, Xruşevaxa, habelə "Luqansk Xalq Respublikası"nın Vasilyevka, Staxanov, Texnoloq qəsəbələri ərazilərində Ukraynaya məxsus 12 pilotsuz uçuş aparat da vurulub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.