Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Sankt-Peterburq kilsəsində 31 yaşlı kişi bədbəxt sevgi üzündən başına atəş açıb

© Sputnik Fotohost / Mediabanka keçidSankt-Peterburq şəhərinə mənzərə, arxiv şəkli
Sankt-Peterburq şəhərinə mənzərə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.06.2022
Abunə olmaq
Kişinin bədbəxt sevgi ucbatından özünü güllələdiyi ehtimal edilir
BAKI, 10 iyun — Sputnik. Sankt-Peterburqda 31 yaşlı yerli sakin bədbəxt sevgi üzündən intihara cəhd edib. Bu barədə "Baza" Telegram kanalı məlumat yayıb.
Hadisə 2022-ci il iyunun 9-da Piskarevski prospektindəki Müqəddəs Məryəmin Müjdəsi kilsəsində baş verib. Mənbənin bildirdiyinə görə, kişi səcdəgahın yanına gedərək diz çöküb, xaç vurub və başına atəş açıb.
Hadisədən sonra zərərçəkmiş orta ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlər gəncə lazımi tibbi yardım göstəriblər.
Mənbə bildirir ki, atəş travmatik tapançadan açılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları kişinin bədbəxt sevgi ucbatından özünü güllələdiyi ehtimalını irəli sürüblər.
Bundan əvvəl Kuzbass sakininin ondan ayrılmaq istəyən qızın intiharını səhnələşdirdiyi məlum olub.
Finlandiyada AES-in tikintisi - Sputnik Azərbaycan, 1920, 06.05.2022
TƏHLİL
Finlandiya energetik intihar edib
Xəbər lenti
0