https://sputnik.az/20220610/mdb-qtisadi-surasinin-novbeti-iclasinin-tarixi-aciqlanib-442760576.html
MDB İqtisadi Şurasının növbəti iclasının tarixi açıqlanıb
MDB İqtisadi Şurasının növbəti iclasının tarixi açıqlanıb
Sputnik Azərbaycan
Birliyin İcraiyyə Komitəsinin sədri Sergey Lebedev bildirib ki, növbəti iclasın 2022-ci il sentyabrın 23-də Moskvada keçirilməsi planlaşdırılır. 10.06.2022, Sputnik Azərbaycan
2022-06-10T12:05+0400
2022-06-10T12:05+0400
2022-06-10T12:34+0400
mdb
rusiya
moskva
https://cdnn1.img.sputnik.az/img/07e5/05/1c/427067834_0:0:3001:1688_1920x0_80_0_0_9e89ba198515bcc1ce18950b4913b5f3.jpg
BAKI, 10 iyun — Sputnik. MDB İqtisadi Şurasının növbəti iclasının sentyabrın 23-də Moskvada keçirilməsi planlaşdırılır. TASS xəbər verir ki, bu barədə Birliyin İcraiyyə Komitəsinin sədri Sergey Lebedev məlumat verib."MDB İqtisadi Şurasının növbəti iclasının 2022-ci il sentyabrın 23-də Moskvada keçirilməsi planlaşdırılır", - o, bunun qurumun Nur-Sultanda keçirilən 94-cü iclasında deyib.İclasda nümayəndə heyətlərinin rəhbərləri MDB-yə üzv dövlətlərin iqtisadiyyatlarının 2021-ci il üçün inkişafı üzrə əsas hədəf makroiqtisadi göstəricilərə dair məlumatları dinlənilib. MDB-yə üzv dövlətlərin mövcud iqtisadi vəziyyətinin və yaranan problemlərə cavab vermək üçün mümkün birgə tədbirlərin nəzərdən keçirilməsinə xüsusi diqqət yetirilib.Müstəqil Dövlətlər Birliyi 8 dekabr 1991-ci ildə SSRİ-nin dağılmasının labüdlüyünə əmin olan Rusiya, Ukrayna və Belarusun rəhbərləri - B.Yeltsin, L.Kravçuk və S.Şuşkeviç tərəfindən imzalanan "Belovejsk sazişi" əsasında qurulub. Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan 21 dekabr 1991-ci ildə Alma-Atada Rusiya, Ukrayna və Belarus ilə birlikdə MDB-yə qoşulmaq haqqında razılığa gəlib. Alma-Ata deklarasiyası ilə keçmiş sovet ittifaqı dövlətləri daxili və xarici siyasətin müxtəlif sahələrində əməkdaşlıq etmək və siyasi, iqtisadi, mədəni əlaqələri genişləndirmək niyyətlərini bəyan ediblər. MDB üzvü olan ölkələrin hər biri ayrılıqda beynəlxalq hüququn müstəqil və bərabərhüquqlu subyektləridir. MDB - bu təşkilata üzv olan Dövlət Başçılarının Şurası tərəfindən qəbul edilən 22 yanvar 1993-cü il tarixli nizamnamə əsasında fəaliyyət göstərir.MDB-nin əsas məqsədləri siyasi, iqtisadi, ekoloji, humanitar, mədəni və digər sahələrdə əməkdaşlıqdan və üzv-dövlətlərin ümumi iqtisadi məkanda, dövlətlərarası kooperasiya və inteqrasiya şəraitində hərtərəfli inkişaf etdirilməsindən ibarətdir.Təşkilatın ali orqanı burada təmsil olunmuş ölkələrin Dövlət Başçıları Şurasıdır. Şura təşkilatın fəaliyyətilə bağlı prinsipial məsələləri müzakirə edir və qərarlar çıxarır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220518/lk-defe-olaraq-mdb-olkelerinin-pitcinqi-kecirilecek-442026524.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/1c/427067834_134:0:2801:2000_1920x0_80_0_0_3c58cd0dbc60cea118292c21004d6a33.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
mdb, moskva
MDB İqtisadi Şurasının növbəti iclasının tarixi açıqlanıb
12:05 10.06.2022 (Yenilənib: 12:34 10.06.2022) Birliyin İcraiyyə Komitəsinin sədri Sergey Lebedev bildirib ki, növbəti iclasın 2022-ci il sentyabrın 23-də Moskvada keçirilməsi planlaşdırılır.
BAKI, 10 iyun — Sputnik. MDB İqtisadi Şurasının növbəti iclasının sentyabrın 23-də Moskvada keçirilməsi planlaşdırılır. TASS xəbər verir ki, bu barədə Birliyin İcraiyyə Komitəsinin sədri Sergey Lebedev məlumat verib.
"MDB İqtisadi Şurasının növbəti iclasının 2022-ci il sentyabrın 23-də Moskvada keçirilməsi planlaşdırılır", - o, bunun qurumun Nur-Sultanda keçirilən 94-cü iclasında deyib.
İclasda nümayəndə heyətlərinin rəhbərləri MDB-yə üzv dövlətlərin iqtisadiyyatlarının 2021-ci il üçün inkişafı üzrə əsas hədəf makroiqtisadi göstəricilərə dair məlumatları dinlənilib. MDB-yə üzv dövlətlərin mövcud iqtisadi vəziyyətinin və yaranan problemlərə cavab vermək üçün mümkün birgə tədbirlərin nəzərdən keçirilməsinə xüsusi diqqət yetirilib.
Müstəqil Dövlətlər Birliyi 8 dekabr 1991-ci ildə SSRİ-nin dağılmasının labüdlüyünə əmin olan Rusiya, Ukrayna və Belarusun rəhbərləri - B.Yeltsin, L.Kravçuk və S.Şuşkeviç tərəfindən imzalanan "Belovejsk sazişi" əsasında qurulub. Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan 21 dekabr 1991-ci ildə Alma-Atada Rusiya, Ukrayna və Belarus ilə birlikdə MDB-yə qoşulmaq haqqında razılığa gəlib. Alma-Ata deklarasiyası ilə keçmiş sovet ittifaqı dövlətləri daxili və xarici siyasətin müxtəlif sahələrində əməkdaşlıq etmək və siyasi, iqtisadi, mədəni əlaqələri genişləndirmək niyyətlərini bəyan ediblər. MDB üzvü olan ölkələrin hər biri ayrılıqda beynəlxalq hüququn müstəqil və bərabərhüquqlu subyektləridir. MDB - bu təşkilata üzv olan Dövlət Başçılarının Şurası tərəfindən qəbul edilən 22 yanvar 1993-cü il tarixli nizamnamə əsasında fəaliyyət göstərir.
MDB-nin əsas məqsədləri siyasi, iqtisadi, ekoloji, humanitar, mədəni və digər sahələrdə əməkdaşlıqdan və üzv-dövlətlərin ümumi iqtisadi məkanda, dövlətlərarası kooperasiya və inteqrasiya şəraitində hərtərəfli inkişaf etdirilməsindən ibarətdir.
Təşkilatın ali orqanı burada təmsil olunmuş ölkələrin Dövlət Başçıları Şurasıdır. Şura təşkilatın fəaliyyətilə bağlı prinsipial məsələləri müzakirə edir və qərarlar çıxarır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.