Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Əfqanıstanın bərpası ilə bağlı məsuliyyət ABŞ və onun müttəfiqlərinin üzərindədir - Putin

© Sputnik / Михаил Климентьев / Mediabanka keçid Rusiya Prezidenti Vladimir Putin
 Rusiya Prezidenti Vladimir Putin  - Sputnik Azərbaycan, 1920, 10.06.2022
Abunə olmaq
Rusiya prezidenti bildirib ki, Əfqanıstanın münaqişədən sonra yenidən qurulması, ölkənin regional infrastruktur və logistika layihələrinə inteqrasiyası üzrə birgə işi davam etdirməyə hazırdırlar.
BAKI, 10 iyun — Sputnik. Amerika Birləşmiş Ştatları və onun koalisiya müttəfiqləri Əfqanıstanın münaqişədən sonrakı bərpası üçün əsas məsuliyyəti və xərcləri öz üzərinə götürməlidir. Bunu Rusiya Prezidenti Vladimir Putin cümə günü Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədovla danışıqlardan sonra deyib.
"Bizim qəti əminliyimizə görə, Əfqanıstanın yenidən qurulması üzrə əsas öhdəlikləri, ilk növbədə, maliyyə öhdəliklərini ABŞ və onun müttəfiqləri üzərinə götürməlidir. Onların Əfqanıstanda iyirmi illik varlığı bu ölkəni kritik nöqtəyə gətirdi", - Rusiya lideri vurğulayıb.
Putinin sözlərinə görə, Rusiya Türkmənistan və digər tərəfdaşlarla, o cümlədən Moskva ilə məsləhətləşmə formatı çərçivəsində Əfqanıstanın münaqişədən sonra yenidən qurulması və ölkənin regional infrastruktur və logistika layihələrinə inteqrasiyası üzrə birgə işi davam etdirməyə hazırdır.
Putinin sözlərinə görə, Moskva məsləhətləşmə formatı çərçivəsində Rusiya Türkmənistan və digər tərəfdaşlarla Əfqanıstanın münaqişədən sonra yenidən qurulması və ölkənin regional infrastruktur və logistika layihələrinə inteqrasiyası üzrə birgə işi davam etdirməyə hazırdır.
"Əfqanıstandakı vəziyyətlə bağlı fikir mübadiləsi zamanı hər iki tərəf bu ölkədə sabitliyin və təhlükəsizliyin təmin edilməsi və kəskin sosial-iqtisadi problemlərin həlli, Əfqanıstan ərazisindən gələn terror təhlükəsinin neytrallaşdırılmasının vacibliyini qeyd edib", - Rusiya prezidenti bildirib.
Rusiya prezidenti Vladimir Putin, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.06.2022
RUSİYA
Putin: Türkmənistanın neytral statusuna hörmətlə yanaşırıq
Xəbər lenti
0