https://sputnik.az/20220610/blaqovesenskde-rusiya-ve-cin-arasinda-ilk-avtomobil-korpusu-acilib-442781470.html
Blaqoveşenskdə Rusiya və Çin arasında ilk avtomobil körpüsü açılıb
Blaqoveşenskdə Rusiya və Çin arasında ilk avtomobil körpüsü açılıb
Sputnik Azərbaycan
Mərasim Moskva, Vladivostok, Pekin, Blaqoveşensk və Heyhe meydanlarında telekörpünün köməyi ilə keçirilib. 10.06.2022, Sputnik Azərbaycan
2022-06-10T22:42+0400
2022-06-10T22:42+0400
2022-06-10T22:42+0400
rusiya
körpü
çin
https://cdnn1.img.sputnik.az/img/07e6/06/0a/442781311_0:205:3276:2048_1920x0_80_0_0_3754e321f46ff3a3061fcee9fb28d582.jpg
BAKI, 10 iyun — Sputnik. Blaqoveşenskdə Amur vilayətinin paytaxtını Çinin Heyhe şəhəri ilə birləşdirən Amur çayı üzərindən keçən yük daşımaları ilk avtomobil körpüsü açılıb. Bu barədə Rusiya mediası xəbər verib.Mərasim Moskva, Vladivostok, Pekin, Blaqoveşensk və Heyhe meydanlarında telekörpünün köməyi ilə keçirilib.Tədbirdə prezidentin Uzaq Şərq üzrə səlahiyyətli nümayəndəsi Yuri Trutnev və Çin Xalq Respublikası Dövlət Şurasının baş nazirinin müavini Hu Çunxua məsafədən (onlayn) iştirak ediblər.Trutnevin fikrincə, Blaqoveşensk-Heyhe körpüsü bugünkü parçalanmış dünyada xüsusi əhəmiyyət kəsb edir. O, əlavə edib ki, bu layihə Rusiya və Çin xalqlarını birləşdirən ipə çevriləcək.Bu yaxınlarda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya ilə Çin arasında ilk dəmiryol körpüsünün tikintisinin başa çatması barədə danışıb. O, bunu regionun infrastrukturunun inkişafına töhfə verəcək mühüm hadisə adlandırıb."Şübhə etmirəm ki, zamanı olduqda prezident Vladimir Putinin bu körpünü ziyarət etmək imkanı olacaq", - deyə Kremlin sözçüsü vurğulayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/0a/442781311_74:0:2805:2048_1920x0_80_0_0_0a712fd2b5029aed2da10c02e879f277.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
körpü, çin
Blaqoveşenskdə Rusiya və Çin arasında ilk avtomobil körpüsü açılıb
Mərasim Moskva, Vladivostok, Pekin, Blaqoveşensk və Heyhe meydanlarında telekörpünün köməyi ilə keçirilib.
BAKI, 10 iyun — Sputnik. Blaqoveşenskdə Amur vilayətinin paytaxtını Çinin Heyhe şəhəri ilə birləşdirən Amur çayı üzərindən keçən yük daşımaları ilk avtomobil körpüsü açılıb. Bu barədə Rusiya mediası xəbər verib.
Mərasim Moskva, Vladivostok, Pekin, Blaqoveşensk və Heyhe meydanlarında telekörpünün köməyi ilə keçirilib.
Tədbirdə prezidentin Uzaq Şərq üzrə səlahiyyətli nümayəndəsi Yuri Trutnev və Çin Xalq Respublikası Dövlət Şurasının baş nazirinin müavini Hu Çunxua məsafədən (onlayn) iştirak ediblər.
Trutnevin fikrincə, Blaqoveşensk-Heyhe körpüsü bugünkü parçalanmış dünyada xüsusi əhəmiyyət kəsb edir. O, əlavə edib ki, bu layihə Rusiya və Çin xalqlarını birləşdirən ipə çevriləcək.
Bu yaxınlarda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya ilə Çin arasında ilk dəmiryol körpüsünün tikintisinin başa çatması barədə danışıb. O, bunu regionun infrastrukturunun inkişafına töhfə verəcək mühüm hadisə adlandırıb.
"Şübhə etmirəm ki, zamanı olduqda prezident Vladimir Putinin bu körpünü ziyarət etmək imkanı olacaq", - deyə Kremlin sözçüsü vurğulayıb.