Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakı metrosunda həyəcan: Sərnişinin başına nə iş gəlib?

© Sputnik / Murad OrujovBakı metrosunda sərnişinlər, arxiv şəkli
Bakı metrosunda sərnişinlər, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.06.2022
Abunə olmaq
Hadisə metronun "Koroğlu" stansiyasında baş verib. Sərnişinlər arasında xəsarət alan olmasa da, qatarların intervalında gecikmə yaranıb.
BAKI, 10 iyun — Sputnik. Bu gün səhər saatlarında metroda sərnişinlərdən birinin qolu vaqonun qapıları arasında qalıb.
Sputnik Azərbaycan-ın xəbərinə görə, hadisə metronun "Koroğlu" stansiyasında baş verib.
İlkin məlumata görə, sərnişinlər arasında xəsarət alan olmasa da, qatarların intervalında gecikmə yaranıb.
Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Sputnik Azərbaycan-a "Koroğlu" stansiyasında baş verən hadisəyə aydınlıq gətirib. Qurum rəsmisi redaksiyamıza açıqlamasında bildirib ki, sərnişinin qolu deyil, çantası qapı arasında qalıb:
"Sərnişinin ayağının, qolunun qapı arasında qalması ilə bağlı fikirlər həqiqəti əks etdirmir. Sərnişinlər maşinistə məlumat verdikdən sonra qapılar açılıb və çanta oradan çıxarılıb. Onu da qeyd edim ki, bu gün "Koroğlu" stansiyasında sərnişin sıxlığı yaşanır".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0