https://sputnik.az/20220610/avtomobillerin-hereketinin-lengimesine-sebeb-olan-isiqforlar-yeniden-tenzimlenib-442772493.html
Avtomobillərin hərəkətinin ləngiməsinə səbəb olan işıqforlar yenidən tənzimlənib
Avtomobillərin hərəkətinin ləngiməsinə səbəb olan işıqforlar yenidən tənzimlənib
Sputnik Azərbaycan
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi 150-dan artıq nöqtədə işıqforların sıxlığa görə tənzimlənməsini təmin edib. 10.06.2022, Sputnik Azərbaycan
2022-06-10T17:34+0400
2022-06-10T17:34+0400
2022-06-10T17:34+0400
işıqfor
paytaxt xəbərləri
https://cdnn1.img.sputnik.az/img/07e6/01/1c/438595437_0:0:3072:1728_1920x0_80_0_0_45cce14835e2263e00f9ea7de6e77da0.jpg
BAKI, 10 iyun — Sputnik. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən paytaxtda hərəkətin fasiləsizliyini təmin etmək məqsədilə informasiya mübadiləsi genişləndirilib.Bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis mayoru Elşad Hacıyev deyib.O Report-a bildirib ki, yol-nəqliyyat hadisələri və nasaz avtomobillərin hərəkətin ləngiməsinə səbəb olan hallarla bağlı təcili tədbirlərin görülməsi üçün yol polisi ilə informasiya mübadiləsi aparılır, 150-dan artıq nöqtədə işıqforların sıxlığa görə tənzimlənməsi təmin olunur."İdarəetmə Mərkəzində olan məlumatlar hər saatda 2 dəfə olmaqla canlı yayımla "Avto FM" radio kanalı və digər informasiya resursları ilə ictimaiyyətə çatdırılır", - DİN rəsmisi vurğulayıb.Qeyd edək ki, Azərbaycanın paytaxtı altıncı dəfə "Formula 1" yarışlarına, beşinci dəfə isə "kral yarışları"nın Azərbaycan Qran Prisinə ev sahibliyi edir. 2016-cı ildə Bakıda keçirilən ilk yarış Avropa Qran Prisi adlanıb, 2017-ci ildən etibarən isə bu yarış Azərbaycan Qran Prisi kimi adlandırılıb.Bakıda keçirilən "Formula 1" yarışı Dünya Çempionatının təqvimində şəhəriçi yollar arasında ən sürətli yarış sayılır. Yolun döngəsiz olan ən uzun hissəsində isə (2,1 km) bolidlərin sürəti 360 km/saata çata bilər. Eyni zamanda, Azərbaycan Qran Prisi ənənəvi olaraq təqvimdə ən möhtəşəm yarışlardan birinə çevrilir və müxtəlif illərdə ən yaxşı dünya çempionatı kimi qeyd olunub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/1c/438595437_261:0:2992:2048_1920x0_80_0_0_cb9873863d4e109f2ace74fe0248ce14.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
işıqfor
Avtomobillərin hərəkətinin ləngiməsinə səbəb olan işıqforlar yenidən tənzimlənib
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi 150-dan artıq nöqtədə işıqforların sıxlığa görə tənzimlənməsini təmin edib.
BAKI, 10 iyun — Sputnik. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən paytaxtda hərəkətin fasiləsizliyini təmin etmək məqsədilə informasiya mübadiləsi genişləndirilib.
Bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis mayoru Elşad Hacıyev deyib.
O Report-a bildirib ki, yol-nəqliyyat hadisələri və nasaz avtomobillərin hərəkətin ləngiməsinə səbəb olan hallarla bağlı təcili tədbirlərin görülməsi üçün yol polisi ilə informasiya mübadiləsi aparılır, 150-dan artıq nöqtədə işıqforların sıxlığa görə tənzimlənməsi təmin olunur.
"İdarəetmə Mərkəzində olan məlumatlar hər saatda 2 dəfə olmaqla canlı yayımla "Avto FM" radio kanalı və digər informasiya resursları ilə ictimaiyyətə çatdırılır", - DİN rəsmisi vurğulayıb.
Qeyd edək ki, Azərbaycanın paytaxtı altıncı dəfə "Formula 1" yarışlarına, beşinci dəfə isə "kral yarışları"nın Azərbaycan Qran Prisinə ev sahibliyi edir. 2016-cı ildə Bakıda keçirilən ilk yarış Avropa Qran Prisi adlanıb, 2017-ci ildən etibarən isə bu yarış Azərbaycan Qran Prisi kimi adlandırılıb.
Bakıda keçirilən "Formula 1" yarışı Dünya Çempionatının təqvimində şəhəriçi yollar arasında ən sürətli yarış sayılır. Yolun döngəsiz olan ən uzun hissəsində isə (2,1 km) bolidlərin sürəti 360 km/saata çata bilər. Eyni zamanda, Azərbaycan Qran Prisi ənənəvi olaraq təqvimdə ən möhtəşəm yarışlardan birinə çevrilir və müxtəlif illərdə ən yaxşı dünya çempionatı kimi qeyd olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.