Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya idmançılarının prezident təqaüdləri artırılacaq

© Sputnik / Михаил Метцель / Mediabanka keçidRusiya Prezidenti Vladimir Putin
Rusiya Prezidenti Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 09.06.2022
Abunə olmaq
Hökumət cari ilin oktyabr ayının sonuna qədər RF Prezidentinin müvafiq tapşırıqlarını icra etməlidir.
BAKI, 9 iyun - Sputnik. Rusiya prezidenti Vladimir Putin idmançılara dövlət başçısı tərəfindən təqaüdlərin təyin edilməsi və köçürülməsi ilə bağlı yanaşmaların unifikasiyasını işləyib hazırlamağı tapşırıb. Bu barədə TASS-ın Kremlin saytına istinadən yaydığı xəbərə görə, eyni zamanda belə ödənişlərin artırılması da təmin edilməlidir.
Cümə axşamı , belə bir göstəriş Prezident yanında Bədən Tərbiyəsi və İdman Şurasının aprel ayında keçirilmiş iclasının yekunlarına əsasən verilib.
© AFP 2023 / MARTIN BUREAUGimnast İvan Tixonov, arxiv şəkli
Спортивный гимнаст Иван Тихонов - Sputnik Azərbaycan, 1920, 09.06.2022
Gimnast İvan Tixonov, arxiv şəkli
Rusiya Federasiyası hökumətinə "Rusiya Federasiyası Prezidentinin RF idmançılarına, məşqçilərinə və Rusiya Federasiyasının idman komandalarının digər mütəxəssislərinə təqaüdlərin təyin edilməsi və ödənilməsi ilə bağlı hüquqi tənzimləmə yanaşmalarını birləşdirməyə yönəlmiş, Olimpiya Oyunlarının, Paralimpiya Oyunlarının, beynəlxalq "Dostluq-84" yarışlarının qalib və mükafatçılarına, belə təqaüdlərin məbləğinin artırılmasını nəzərdə tutan fərman layihəsini təqdim etmək" tapşırılıb.
Bütün bunlar 31 oktyabr 2022-ci ilə qədər edilməlidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0