Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"Qazprom"un Ukrayna ərazisindən qaz nəqli həcmi 42 milyon kubmetr səviyyəsində qalıb

© Sputnik / Максим БлиновQazprom
Qazprom - Sputnik Azərbaycan, 1920, 09.06.2022
Abunə olmaq
GIE-nin məlumatlarına əsasən, dünən səhər saatlarında Avropanın qaz anbarları orta hesabla 50,24 % dolu olub.
BAKI, 9 iyun — Sputnik. Ukraynanın qaz ötürmə sistemlərinin operatoru "Qazprom"dan cümə axşamına 41,9 milyon kubmetr həcmində qaz tranziti üçün sifariş qəbul edib. İnterfax-ın Ukrayna şirkətinə istinadən verdiyi məlumata əsasən, çərşənbə günü bu rəqəm 41,4 milyon kubmetr olub.
Nəql olunacaq qazın həcmi üçün müraciət Ukrayna Qaz Nəqli Sisteminə iki giriş nöqtəsindən yalnız biri - Sudca qazölçmə stansiyasından elan edilib. "Soxranovka" QÖS (Qazölçmə stansiyası -red.) vasitəsilə dəhliz boyu sifariş qəbul edilməyib.
"Qazprom"un rəsmi nümayəndəsi Sergey Kupriyanov jurnalistlərə bildirib ki, iyunun 9-na olan məlumata görə, "Qazprom" Rusiya qazını Ukrayna ərazisindən tranzit üçün Sudca QÖS vasitəsilə Ukrayna tərəfinin təsdiq etdiyi həcmdə – 41,9 milyon kubmetr həcmində tədarük edir. "Soxranovka" QÖS vasitəsilə dəhliz boyu sifariş rədd edilib.
Ukrayna QÖS Novopskov kompressor stansiyasına operativ və texnoloji nəzarəti həyata keçirə bilmədiyinə görə, qazın Soxranovka QÖS vasitəsilə tranzitinə dair fors-major vəziyyəti elan edib.
"Qazprom" hesab edir ki, əvvəlki rejimdə işin davam etdirilməsi üçün heç bir maneə olmadığı kimi, fors-major üçün də heç bir əsas yoxdur.
"Ukraynalı mütəxəssislər bütün bu müddət ərzində Soxranovka QÖS-də və Novopskov kompressor stansiyasında sakitcə işlərini davam etdirirlər. Soxranovka vasitəsilə tranzit tam təmin edilib, qarşı tərəflərdən heç bir şikayət olmayıb və yoxdur", - deyə Rusiya şirkəti qeyd edir.
Kiyev tranzit həcmlərini Soxranovkadan Sudca QÖS-ə köçürməyi təklif edib. Lakin "Qazprom" əmindir ki, Rusiya axını sxemi əsasında bu, texnoloji cəhətdən mümkün deyil. Həcmlərin bölüşdürülməsi, həmçinin, 30 dekabr 2019-cu il tarixli əməkdaşlıq müqaviləsində də göstərilib.
Eyni zamanda, Ukrayna tərəfi israr edir ki, ödəniş hələ də "nəql et və ya ödə" qaydasına uyğun olaraq, gündəlik 109 milyon kubmetrlik uzunmüddətli müqavilənin təxmin edilən daşınma həcminə əsasən aparılmalıdır. "Qazprom" isə öz növbəsində Kiyevin daşıma imkanlarını üçdə bir dəfə azaltdığını göstərir.
"Naftoqaz Ukrainı" iddia edir ki, indi tranzit üçün daha az ödəniş alır və arbitraja müraciət etməkdən danışır.
Avropa bazarı
Avropa qaz bazarı tədarükün qiymətlərinin optimallaşdırılması strategiyasını izləməkdə davam edir. "Qazprom"la müqavilələrin əksəriyyətində "bir ay qabaqdan" indeksi var (onun iyun ayı üçün dəyəri min kubmetr üçün, təxminən, 97 dollar ola bilər). Spot bazarda dünya üzrə eniş tendensiyası fonunda qiymətlər artıq 860 dollar səviyyəsinə düşüb. Nəticədə alıcılar spot bazarında daha ucuz alternativ axtarırlar.
Avropada bərpa olunan mənbələrdən elektrik enerjisi istehsalı bu həftə azalma tendensiyası nümayiş etdirir.
Əgər bazar ertəsi külək enerjisi Aİ-də enerji balansının 14%-ni təmin edirdisə, WindEurope assosiasiyasının məlumatına görə, çərşənbə günü bu, artıq 11%-ə bərabər olub. Müqayisə üçün qeyd edək ki, ötən həftə (30 may - 5 iyun) bu göstərici, orta hesabla 9% olub.
Regionda yeraltı anbarlara qaz vurulması davam etdirilir. Avropa Qaz İnfrastruktur Assosiasiyasının (Gas Infrastructure Europe - GIE) məlumatına görə, hazırda ehtiyatlar 50,24%-dir, son sutka ərzində artım isə 0,4 faiz təşkil edir. Avropada yeraltı qaz anbarı (YQA) ehtiyatlarının hazırkı səviyyəsi beşillik orta göstəricidən 2 faiz geridədir.
Bu ildən Aİ yeraltı anbarların istifadəsinə ciddi tənzimləmə tətbiq edib. 2022-ci il mövsümünün əvvəlinə qədər ehtiyatlar YQA tutumunun ən azı 80%-ni, sonrakı mövsümdə isə 90%-ni təşkil etməlidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0