QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Daha bir humanist addım - nəzarətimizdə olan əraziyə keçən erməni qarşı tərəfə qaytarılıb

© AFP 2023Azərbaycan hərbçiləri Laçın rayonunda, arxiv şəkli
Azərbaycan hərbçiləri Laçın rayonunda, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 09.06.2022
Abunə olmaq
Cari ilin yanvar ayında Laçın rayonu ərazisində analoji hadisə baş verib və Surik Matevosyan adlı şəxsin yolu azaraq Azərbaycan sərhədini keçməsi müəyyən olunub.
BAKI, 9 iyun - Sputnik. Azərbaycan tərəfi sülhsevər və humanist prinsiplərdən çıxış edərək daha bir addım atıb.
Trend-in Azərbaycanlı Əsir və Girovlara bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidova istinadən verdiyi xəbərə görə, azaraq Azərbaycan hərbçilərinin nəzarətində olan əraziyə keçən erməni əsilli mülki şəxs qarşı tərəfə qaytarılıb.
Onun sözlərinə görə, 69 yaşlı şəxs bu gün saat 12:00 radələrinə erməni tərəfinə təhvil verilib.
Xatırladaq ki, cari ilin yanvarın 13-də saat 16:00 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın rayonu ərazisində Surik Matevosyan adlı şəxsin yolu azaraq Azərbaycan sərhədini keçməsi müəyyən olunub. Müdafiə Nazirliyindən verilən məlumata görə, daha sonra S.Matevosyan Rusiya sülhməramlılarına təhvil verilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0