Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Paytaxtda sıxlıq yaşanan ərazilər - SİYAHI

© Sputnik / Murad OrujovBakıda xüsusi rejimə nəzarət
Bakıda xüsusi rejimə nəzarət - Sputnik Azərbaycan, 1920, 08.06.2022
Abunə olmaq
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi “Formula 1" ilə bağlı sürücülərə müraciət edib.
BAKI, 8 iyun — Sputnik. Hazırda Bakının bır sıra küçə və prospektlərində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur. Daxili İşlər Nazirliyinin Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən verilən xəbərə görə, həmin küçə və prospektlər aşağıdakılardır:
Bakı Sumqayıt şossesi - Masazır dairəsindən başlayaraq 20 Yanvar dairəsinə qədər sıxlıq;
Ziya Bünyadov prospekti - Olimpia stadionu yanından başlayaraq Atatürk prospektilə kəsişməyə qədər 20 yanvar dairəsi istiqamətində sıxlıq;
Yusif Səfərov küçəsi Mehdi Mehdizadə küçəsi kəsişməsi daxil olmaqla daxil olmaqla ,Koroğlu metro stansiyası istiqamətində və Sevgi parkı qarşısından başlayaraq 28 may küçəsi kəsişməsinə kimi sıxlıq;
28 may küçəsi - Rixard Zorge küçəsi kəsişməsi daxil olmaqla Rəşid Behbudov küçəsi kəsişməsinə kimi sıxlıq;
Heydər Əliyev prospekti - Koroğlu metro stansiyasının qarşısı daxil olmaqla kənar yol Asan xidmətin qarşısına kimi sıxlıq;
Xətai prospekti - Neymət Quliyev küçəsi kəsişməsi daxil olmaqla Heydər Əliyev prospekti kəsişməsinə kimi, Koroğlu metro stansiyası istiqaməti sıxlıq;
Abdulvahab Salamzadə küçəsi - Qələbə dairəsindən başlayaraq Ziya Bünyadov prospekti kəsişməsinə kimi sıxlıq;
Tbilisi prospekti - 20 yanvar dairəsi, körpü üzərindən başlayaraq Abdulvahab Salamzadə küçəsi kəsişməsinə kimi sıxlıq.
Mərkəz "Formula-1"-lə bağlı sürücülərə müraciət edib
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi "Formula 1" ilə bağlı sürücülərə müraciət edib.
Müraciətdə deyilir:

"Paytaxtımızda qonaqpərvərlik mühitinin qorunması üçün "Formula-1 Azərbaycan Qran Pri" yarışı ilə əlaqədar yollardakı müvəqqəti xarakter daşıyan dəyişiklik və məhdudiyyətləri anlayışla qarşılamağı, şəhər mərkəzinə şəxsi nəqliyyat vasitələri ilə getməməyi, daha çox ictimai nəqliyyata üstünlük verməyi, həmçinin dayanma-durma qaydalarına ciddi riayət olunmasını xahiş edir. Qeyd olunanlar sıxlıqların yaranmaması baxımından mühüm əhəmiyyət kəsb edir".

Xatırladaq ki, Azərbaycan Qran-Pri yarışları iyunun 10-dan 12-dək Bakıda keçiriləcək.
Keçən il Azərbaycan Qran-Prisinin bütün sessiyaları quru trasda keçirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0