https://sputnik.az/20220608/lavrov-ve-cavusoglu-gorusunde-azerbaycan-ermenistan-muzakiresi-442684758.html
Lavrov və Çavuşoğlu görüşündə Azərbaycan-Ermənistan müzakirəsi
Lavrov və Çavuşoğlu görüşündə Azərbaycan-Ermənistan müzakirəsi
Sputnik Azərbaycan
Rusiya XİN rəhbəri Azərbaycan və Türkiyə liderləri tərəfindən irəli sürülmüş "3+3" formatında növbəti görüşün yaxın vaxtlarda baş tutacağını bildirib. 08.06.2022, Sputnik Azərbaycan
2022-06-08T15:25+0400
2022-06-08T15:25+0400
2022-06-08T16:13+0400
lavrov
qarabağ
mövlud çavuşoğlu
görüş
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e6/06/08/442667856_0:0:2945:1657_1920x0_80_0_0_3f3a01ec5e592f7eebb01629243d37b6.jpg
BAKI, 8 iyun — Sputnik. Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlu Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasını müzakirə ediblər.Çavuşoğlu Ankarada rusiyalı həmkarı ilə görüşdən sonra deyib:"Biz hesab edirik ki, Azərbaycan və Ermənistan arasında hərtərəfli sülh sazişinin imzalanması, xüsusən də regionda sabitlik üçün vacibdir", - Türkiyənin xarici işlər naziri bildirib.Lavrov da öz növbəsində "3+3" formatında növbəti görüşün yaxın vaxtlarda baş tutacağını qeyd edib.Rusiya XİN rəhbərinin sözlərinə görə, Gürcüstan tərəfi bu regional formatda iştirak edə bilməyib: "Ancaq görüşlərə qatılmaq istəsələr, həmişə xoş qarşılanacaqlar"."3+3" (Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Türkiyə, İran) platforması üzrə təşəbbüs Azərbaycan və Türkiyə liderləri tərəfindən irəli sürülüb.İran və Rusiya bu fikri dəstəkləyiblər. Ermənistan Xarici İşlər Nazirliyi bəyan edib ki, Yerevan hələlik bu formatda iştirakla bağlı qərar qəbul etməyib.Ancaq rəsmi Tbilisi buna qarşı çıxır. Gürcüstanın xarici işlər naziri David Zalkaliani bəyan edib ki, Rusiya ilə mövcud fikir ayrılıqlarına baxmayaraq, ölkəsi hansısa formada yeni danışıqlar formatında təmsil olunmalıdır. Onun sözləri Gürcüstan müxalifətinin kəskin tənqidinə səbəb olub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/08/442667856_214:0:2945:2048_1920x0_80_0_0_461330278f8a0d1ca5ffdfb8c16c3196.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
lavrov, mövlud çavuşoğlu, görüş, azərbaycan
lavrov, mövlud çavuşoğlu, görüş, azərbaycan
Lavrov və Çavuşoğlu görüşündə Azərbaycan-Ermənistan müzakirəsi
15:25 08.06.2022 (Yenilənib: 16:13 08.06.2022) Rusiya XİN rəhbəri Azərbaycan və Türkiyə liderləri tərəfindən irəli sürülmüş "3+3" formatında növbəti görüşün yaxın vaxtlarda baş tutacağını bildirib.
BAKI, 8 iyun — Sputnik. Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlu Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasını müzakirə ediblər.
Çavuşoğlu Ankarada rusiyalı həmkarı ilə görüşdən sonra deyib:
"Biz Qafqazda "3+3" formatını, həmçinin Azərbaycanla Ermənistan, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılmasını müzakirə etdik. Bu məsələlərdə Rusiyaya verdiyi dəstəyə görə təşəkkür edirəm".
"Biz hesab edirik ki, Azərbaycan və Ermənistan arasında hərtərəfli sülh sazişinin imzalanması, xüsusən də regionda sabitlik üçün vacibdir", - Türkiyənin xarici işlər naziri bildirib.
Lavrov da öz növbəsində "3+3" formatında növbəti görüşün yaxın vaxtlarda baş tutacağını qeyd edib.
Rusiya XİN rəhbərinin sözlərinə görə, Gürcüstan tərəfi bu regional formatda iştirak edə bilməyib: "Ancaq görüşlərə qatılmaq istəsələr, həmişə xoş qarşılanacaqlar".
"3+3" (Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Türkiyə, İran) platforması üzrə təşəbbüs Azərbaycan və Türkiyə liderləri tərəfindən irəli sürülüb.
İran və Rusiya bu fikri dəstəkləyiblər. Ermənistan Xarici İşlər Nazirliyi bəyan edib ki, Yerevan hələlik bu formatda iştirakla bağlı qərar qəbul etməyib.
Ancaq rəsmi Tbilisi buna qarşı çıxır. Gürcüstanın xarici işlər naziri David Zalkaliani bəyan edib ki, Rusiya ilə mövcud fikir ayrılıqlarına baxmayaraq, ölkəsi hansısa formada yeni danışıqlar formatında təmsil olunmalıdır. Onun sözləri Gürcüstan müxalifətinin kəskin tənqidinə səbəb olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.