https://sputnik.az/20220608/lavrov-cavusoglu-gorusu-gundelikde-vacib-meseler-var-442665785.html
Ankarada Lavrov və Çavuşoğlu arasında danışıqlar başlayıb
Ankarada Lavrov və Çavuşoğlu arasında danışıqlar başlayıb
Sputnik Azərbaycan
Tərəflər Ukrayna ilə sülh danışıqlarının bərpası perspektivlərini müzakirə edəcəklər. 08.06.2022, Sputnik Azərbaycan
2022-06-08T11:56+0400
2022-06-08T11:56+0400
2022-06-08T12:08+0400
rusiya
sergey lavrov
mövlud çavuşoğlu
görüş
https://cdnn1.img.sputnik.az/img/07e6/06/08/442667974_0:68:2668:1569_1920x0_80_0_0_28d466b9361f6075d600d9c190d38d70.jpg
BAKI, 8 iyun — Sputnik. Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlu arasında danışıqlar çərşənbə günü Ankarada başlayıb.Rusiya XİN ərəfəsində bildirib ki, tərəflər Ukrayna ilə sülh danışıqlarının bərpası perspektivlərini müzakirə edəcəklər.“Nazir Lavrov Çavuşoğlu ilə danışıqlara gəlib. Danışıqlar başlayıb”, - deyə telekanal məlumat yayıb.RİA Novosti-nin Türkiyə Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, nazirlərin danışıqlarından sonra saat 11:50-də (Bakı vaxtı ilə 12:50) nazirlərin birgə mətbuat konfransı gözlənilir.***Rusiya və Türkiyə XİN rəhbərlərinin görüşü Bakı vaxtı ilə saat 12-də baş tutacağı bildirilib. Bu barədə Sputnik-ə diplomatik mənbələrdən məlumat daxil olub. Gözlənildiyi kimi, danışıqların yekunu üzrə mətbuat konfransı saat 13:00-a təyin edilib.Rusiyanın xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyəti ötən gecə Ankaraya gedib.Qeyd olunduğu kimi, görüş zamanı tərəflər taxıl dəhlizinin formalaşdırılması, Qara dənizdəki minaların zərərsizləşdirilməsi, Ukraynada atəşkəs şərtləri, Suriyadakı vəziyyət, o cümlədən ikitərəfli əməkdaşlıq məsələləri kimi mövzuları müzakirə etməyi planlaşdırırlar.Rusiya-Ukrayna danışıqlarıGörüşün gündəliyinin əsas hissəsinin Ukraynadakı vəziyyət olacağı gözlənilir. Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, nazirlər Ukrayna böhranında mövcud vəziyyət və Rusiya-Ukrayna sülh danışıqlarının bərpası perspektivləri barədə fikir mübadiləsi aparacaqlar.Bundan əvvəl Türkiyə iki dəfə vasitəçi olmaqla Rusiya və Ukraynaya danışıqlar platformasına ev sahibliyi edib. Antalya Diplomatik Forumu çərçivəsində Rusiya və Ukrayna xarici işlər nazirlərinin görüşü keçirilib.Martın 29-da İstanbulda iki ölkənin nümayəndə heyətləri arasında danışıqların növbəti raundu keçirilib və bu danışıqlarda bir sıra mühüm qərarlar qəbul edilib. Lakin bu görüşdən sonra Rusiya-Ukrayna danışıqlar prosesi dayandırılıb.Suriyadakı vəziyyətTürkiyənin Suriyanın şimalında antiterror əməliyyatına hazırlığı fonunda baş tutacaq görüş zamanı tərəflər Astana formatında danışıqlar prosesinin perspektivlərini və Suriya Konstitusiya Komitəsinin 28 may-4 iyun tarixlərində Cenevrədə keçirilən 8-ci görüşünün nəticələrini müzakirə edəcəklər.Bundan əlavə, qarşıdan gələn səfər çərçivəsində Rusiya ilə Türkiyə arasında ticarət, turizm və qarşılıqlı investisiya kimi sahələrdə əməkdaşlıq məsələlərinin müzakirə olunacağı gözlənilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/08/442667974_243:0:2426:1637_1920x0_80_0_0_f0cf791f91cffa9e77809390a6bd0613.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sergey lavrov, mövlud çavuşoğlu, görüş
sergey lavrov, mövlud çavuşoğlu, görüş
Ankarada Lavrov və Çavuşoğlu arasında danışıqlar başlayıb
11:56 08.06.2022 (Yenilənib: 12:08 08.06.2022) Tərəflər Ukrayna ilə sülh danışıqlarının bərpası perspektivlərini müzakirə edəcəklər.
BAKI, 8 iyun — Sputnik. Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlu arasında danışıqlar çərşənbə günü Ankarada başlayıb.
Rusiya XİN ərəfəsində bildirib ki, tərəflər Ukrayna ilə sülh danışıqlarının bərpası perspektivlərini müzakirə edəcəklər.
“Nazir Lavrov Çavuşoğlu ilə danışıqlara gəlib. Danışıqlar başlayıb”, - deyə telekanal məlumat yayıb.
RİA Novosti-nin Türkiyə Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, nazirlərin danışıqlarından sonra saat 11:50-də (Bakı vaxtı ilə 12:50) nazirlərin birgə mətbuat konfransı gözlənilir.
Rusiya və Türkiyə XİN rəhbərlərinin görüşü Bakı vaxtı ilə saat 12-də baş tutacağı bildirilib. Bu barədə Sputnik-ə diplomatik mənbələrdən məlumat daxil olub. Gözlənildiyi kimi, danışıqların yekunu üzrə mətbuat konfransı saat 13:00-a təyin edilib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyəti ötən gecə Ankaraya gedib.
Qeyd olunduğu kimi, görüş zamanı tərəflər taxıl dəhlizinin formalaşdırılması, Qara dənizdəki minaların zərərsizləşdirilməsi, Ukraynada atəşkəs şərtləri, Suriyadakı vəziyyət, o cümlədən ikitərəfli əməkdaşlıq məsələləri kimi mövzuları müzakirə etməyi planlaşdırırlar.
Rusiya-Ukrayna danışıqları
Görüşün gündəliyinin əsas hissəsinin Ukraynadakı vəziyyət olacağı gözlənilir. Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, nazirlər Ukrayna böhranında mövcud vəziyyət və Rusiya-Ukrayna sülh danışıqlarının bərpası perspektivləri barədə fikir mübadiləsi aparacaqlar.
Bundan əvvəl Türkiyə iki dəfə vasitəçi olmaqla Rusiya və Ukraynaya danışıqlar platformasına ev sahibliyi edib. Antalya Diplomatik Forumu çərçivəsində Rusiya və Ukrayna xarici işlər nazirlərinin görüşü keçirilib.
Martın 29-da İstanbulda iki ölkənin nümayəndə heyətləri arasında danışıqların növbəti raundu keçirilib və bu danışıqlarda bir sıra mühüm qərarlar qəbul edilib. Lakin bu görüşdən sonra Rusiya-Ukrayna danışıqlar prosesi dayandırılıb.
Türkiyənin Suriyanın şimalında antiterror əməliyyatına hazırlığı fonunda baş tutacaq görüş zamanı tərəflər Astana formatında danışıqlar prosesinin perspektivlərini və Suriya Konstitusiya Komitəsinin 28 may-4 iyun tarixlərində Cenevrədə keçirilən 8-ci görüşünün nəticələrini müzakirə edəcəklər.
Bundan əlavə, qarşıdan gələn səfər çərçivəsində Rusiya ilə Türkiyə arasında ticarət, turizm və qarşılıqlı investisiya kimi sahələrdə əməkdaşlıq məsələlərinin müzakirə olunacağı gözlənilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.