Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakıda hotellərin qiyməti "əl yandırır"

© AFP 2023 / FRANCK FIFEHotel nömrəsi, arxiv şəkli
Hotel nömrəsi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.06.2022
Abunə olmaq
Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi bildirib ki, şəhərin mərkəzində və İçərişəhərdə yerləşən bəzi hotellərin qiyməti on dəfəyədək qalxıb.
BAKI, 8 iyun — Sputnik. Bakıda keçiriləcək “Formula-1” Azərbaycan Qran Prisi yarışları ilə əlaqədar paytaxtın mərkəzində yerləşən hotellərdə qiymətlər artıb. Bunu Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi Trend-ə bildirib.
Onun sözlərinə görə, yarışları izləməyə bir sıra Avropa ölkələri və digər ölkələrdən turistlər gəlir. Bu da istər hotellərin, istərsə də kirayə mənzillərin qiymətlərinə təsir edir.
Monitorinqlərə əsasən, yarışın keçiriləcəyi yolun üzərində və yaxınlığında yerləşən şəbəkə hotellərdə yer demək olar ki, yoxdur, və satışı dayandırıblar. Beşulduzlu digər hotellərin də bəzilərində qiymət artımı müşahidə olunur. Şəhərin mərkəzində və İçərişəhərdə yerləşən bəzi hotellər adi günlərdəki qiymətlərdən fərqli olaraq yarış günlərinə olan qiyməti hətta on dəfəyədək qaldırıb.
Dübəndi vurğulayır ki, belə yarışlarda hotellərin qiymətinin bahalaşması təbiidir. Bu, bütün dünyada belədir. Onun sözlərinə görə, “Formula-1” bahalı idman növü olduğundan bu yarışların fanatları da adətən maddi təminatı yüksək olan şəxslərdir. Bu səbəbdən onlar komfortlu və çoxulduzlu hotellərə üstünlük verirlər. Əvvəlki illərdə ölkəmizdə “Formula-1” yarışları keçirilərkən hotellərdə builki qədər qiymət fərqi olmamışdı. Bunun da əsas səbəbi pandemiya vaxtında hotellərdə müştəri azlığı idi. Pandemiya yumşalandan sonra hazırda turizm bərpa edilir.
Qeyd edək ki, “Formula-1” Azərbaycan Qran Prisi 10-12 iyun tarixlərində Bakıda baş tutacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0