Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Azərbaycanlı rəssamın Soçidə fərdi sərgisi keçirilir

© Photo : courtesy of Zekeriyye İsmayılZəkəriyyə İsmayıl
Zəkəriyyə İsmayıl - Sputnik Azərbaycan, 1920, 08.06.2022
Abunə olmaq
Zəkəriyyə İsmayılın sərgisinə rəssamın doğmaları ilə yanaşı Soçinin azərbaycanlı icmasının nümayəndələri və yerli sakinlər də qatılıb.
BAKI, 8 iyun — Sputnik. Azərbaycanlı rəssam Zəkəriyyə İsmayılın Rusiyanın Soçi şəhərində fərdi sərgisi baş tutub. Sərgi Soçi şəhərinin yaranma günü çərçivəsində Soçi şəhər Mədəniyyət Departamentinin təşəbbüsü ilə, Şəhər Mədəniyyət Evində təşkil olunub.
Sərgidə rəssamın rəsm əsərləri ilə yanaşı, ağacdan oymaları, döymə sənəti (çekanka) nümunələri, qrafika əsərləri də yer alıb. Açılış mərasimində Mədəniyyət Evinin direktoru Olqa Osokina çıxış edərək rəssamın əməyini yüksək qiymətləndirib, ona yaratma əzminə, insanlığına və incəsənət sahəsində gördüyü bütün işlərə görə təşəkkürünü bildirib.
© Photo : courtesy of Zekeriyye İsmayılAzərbaycanlı rəssam Zəkəriyyə İsmayılın Rusiyanın Soçi şəhərində fərdi sərgisi baş tutub
Zəkəriyyə İsmayıl - Sputnik Azərbaycan, 1920, 08.06.2022
Azərbaycanlı rəssam Zəkəriyyə İsmayılın Rusiyanın Soçi şəhərində fərdi sərgisi baş tutub
Sərgiyə rəssamın doğmaları ilə yanaşı şəhərin azərbaycanlı və yerli sakinləri də qatılıb. Sərgi 15 iyunadək davam edəcək.
Bu, rəssamın sayca dördüncü fərdi sərgisidir. Bundan əvvəl də rəssam çoxsaylı beynəlxalq sərgilərə qatılıb.
© Photo : courtesy of Zekeriyye İsmayılAzərbaycanlı rəssam Zəkəriyyə İsmayılın Rusiyanın Soçi şəhərində fərdi sərgisi baş tutub
Zəkəriyyə İsmayıl - Sputnik Azərbaycan, 1920, 08.06.2022
Azərbaycanlı rəssam Zəkəriyyə İsmayılın Rusiyanın Soçi şəhərində fərdi sərgisi baş tutub
Uzun illərdir Vətəndən kənarda yaşayan Zəkəriyyə İsmayıl, daima əsərlərində öz milli kimliyini, adət-ənənələrini, doğma təbiəti və s. əks etdirir.
Doğulub boya-başa çatdığı Qərbi Azərbaycandan (Qızıl Şəfəq kəndi) ayrı düşməyi, Vətən nisgili yalnızca rəsmlərin deyil, eləcə də yazdığı şeirlərin, hekayələrin əsas mövzusu olub.
© Photo : courtesy of Zekeriyye İsmayılAzərbaycanlı rəssam Zəkəriyyə İsmayılın Rusiyanın Soçi şəhərində fərdi sərgisi baş tutub
Zəkəriyyə İsmayıl - Sputnik Azərbaycan, 1920, 08.06.2022
Azərbaycanlı rəssam Zəkəriyyə İsmayılın Rusiyanın Soçi şəhərində fərdi sərgisi baş tutub
Rəssamın "Qəriblikdən gələn səs" (2006), "Allah mənimləsə" (2009), "Ağ kağızda qara naxış" (2019) adlı şeirlər kitabı işıq üzü görüb.
Hazırda Z.İsmayıl hazırda dördüncü kitabı üzərində çalışır. Kitabda sənətkarın Vətəndən qürbətdə yaşanan xatirələri yer alacaq.
© Photo : courtesy of Zekeriyye İsmayılAzərbaycanlı rəssam Zəkəriyyə İsmayılın Rusiyanın Soçi şəhərində fərdi sərgisi baş tutub
Zəkəriyyə İsmayıl - Sputnik Azərbaycan, 1920, 08.06.2022
Azərbaycanlı rəssam Zəkəriyyə İsmayılın Rusiyanın Soçi şəhərində fərdi sərgisi baş tutub
"Mən bəzən elə materiallarla işləyirəm ki, kənardan bir çoxu bunu yararsız əşya zənn edir", - deyən rəssam çalışmadan bir gününün keçmədiyini qeyd edib.
Rəssam qara kağızdan siluetlər də kəsir:
"Bu çox çətin bir işdir, cəmi üç dəqiqəyə silueti hazır edirəm… Yəqin ki, Allah vergisidir. Hələ görüləsi işlər çoxdur, yeni rəsm əsərləri, sənət nümunələri yaratmağa davam edirəm", – deyə rəssam Zəkəriyyə İsmayıl bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0