https://sputnik.az/20220607/rldp-sedri-jirinovski-ebedidir--442610754.html
RLDP sədri: "Jirinovski əbədidir"
RLDP sədri: "Jirinovski əbədidir"
Sputnik Azərbaycan
RLDP-nin yeni lideri Leonid Slutski deyib ki, Jirinovskini təqlid etməyə çalışmaq seçicilərə qarşı haqsızlıqdır. 07.06.2022, Sputnik Azərbaycan
2022-06-07T08:37+0400
2022-06-07T08:37+0400
2022-06-07T08:37+0400
rusiya
rldp
vladimir jirinovski
https://cdnn1.img.sputnik.az/img/42266/51/422665190_0:0:2934:1651_1920x0_80_0_0_39f514d5198d06a0de7e59cc18817cdd.jpg
BAKI, 7 iyun — Sputnik. Rusiya Liberal Demokrat Partiyasının (RLDP) yaradıcısı Vladimir Jirinovskinin ictimai çıxışlarının üslubunu təqlid etmək seçicilərə qarşı haqsızlıqdır. Bu sözləri RLDP-nin yeni lideri Leonid Slutski RİA Novosti-yə bildirib.Onun sözlərinə görə, Jirinovski özü həmişə partiya üçün parlaq kadrlar seçib."O, bizə heç vaxt çıxış etməkdən qorxmamağı, sadə, başa düşülən sözlərlə danışmağı, vətəndaşların gerçək ehtiyac və istəklərinə əsaslanmağı öyrədib. Bu baxımdan da ümid edirik ki, heç nə dəyişməyəcək", - deyə siyasətçi vurğulayıb.Vladimir Jirinovski 1990-cı ildə Sovet İttifaqı Liberal Demokrat Partiyasının (SİLP) üzvü olub. 1992-ci ildə isə Rusiya Liberal Demokrat Partiyasının əsasını qoyub. 1993–2000-ci illər arasında Rusiya Federasiyası Dövlət Dumasının deputatı və RLDP fraksiyasının lideri olub.2000-ci ilin 18 yanvar tarixində Dövlət Dumasının sədr müavini seçilmiş və bu səbəbdən fraksiyada liderliyi İqor Lebedevə ötürüb.2011-ci ildə isə yenidən RLDP fraksiyasının Dumadakı lideri olub. Ümumilikdə Vladimir Jirinovski Dövlət Dumasının 6 çağırışından elə 6-sında (1993, 1995, 1999, 2003, 2007, 2011) deputat və 3 çağırışda (1999–2011) sədr müavini olub.Vladimir Jirinovski 5 dəfə (1991, 1996, 2000, 2008, 2012) Rusiya Federasiyası Prezidenti postuna namizədliyini irəli sürüb və bununla da Rusiyada rekord vurub.Vladimir Jirinovskinin vəziyyəti 2 fevral 2022-ci il tarixində yeni növ koronavirus xəstəliyi səbəbi ilə ağırlaşıb və xəstəxanaya yerləşdirilib. İki aydan artıq müddətdə yataq xəstəsi olan Jirinovski tibbi cihazlara bağlı şəkildə yaşayıb. Vladimir Jirinovski 6 aprel 2022-ci ildə vəfat edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42266/51/422665190_203:0:2934:2048_1920x0_80_0_0_07e5183e8b078a9f5cb968e074800b4d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
rldp, vladimir jirinovski
rldp, vladimir jirinovski
RLDP sədri: "Jirinovski əbədidir"
RLDP-nin yeni lideri Leonid Slutski deyib ki, Jirinovskini təqlid etməyə çalışmaq seçicilərə qarşı haqsızlıqdır.
BAKI, 7 iyun — Sputnik. Rusiya Liberal Demokrat Partiyasının (RLDP) yaradıcısı Vladimir Jirinovskinin ictimai çıxışlarının üslubunu təqlid etmək seçicilərə qarşı haqsızlıqdır. Bu sözləri RLDP-nin yeni lideri Leonid Slutski RİA Novosti-yə bildirib.
"Jirinovskini təqlid etməyə çalışmaq seçicilərimizə qarşı istehzadır, ziyanlıdır və haqsızlıqdır. RLDP əlbəttə ki, Jirinovskinin partiyasıdır. O, bu partiyanın qurucusu, atasıdır, ideologiya və proqramını formalaşdırıb. "Jirinovski - əbədidir" - indi bu, bizim əsas şüarlarımızdan biridir", - deyə Slutski agentliyin onun çıxış üslubunu dəyişməyə hazır olub-olmaması ilə bağlı sualına cavabında bildirib.
Onun sözlərinə görə, Jirinovski özü həmişə partiya üçün parlaq kadrlar seçib.
"O, bizə heç vaxt çıxış etməkdən qorxmamağı, sadə, başa düşülən sözlərlə danışmağı, vətəndaşların gerçək ehtiyac və istəklərinə əsaslanmağı öyrədib. Bu baxımdan da ümid edirik ki, heç nə dəyişməyəcək", - deyə siyasətçi vurğulayıb.
Vladimir Jirinovski 1990-cı ildə Sovet İttifaqı Liberal Demokrat Partiyasının (SİLP) üzvü olub. 1992-ci ildə isə Rusiya Liberal Demokrat Partiyasının əsasını qoyub. 1993–2000-ci illər arasında Rusiya Federasiyası Dövlət Dumasının deputatı və RLDP fraksiyasının lideri olub.
2000-ci ilin 18 yanvar tarixində Dövlət Dumasının sədr müavini seçilmiş və bu səbəbdən fraksiyada liderliyi İqor Lebedevə ötürüb.
2011-ci ildə isə yenidən RLDP fraksiyasının Dumadakı lideri olub. Ümumilikdə Vladimir Jirinovski Dövlət Dumasının 6 çağırışından elə 6-sında (1993, 1995, 1999, 2003, 2007, 2011) deputat və 3 çağırışda (1999–2011) sədr müavini olub.
Vladimir Jirinovski 5 dəfə (1991, 1996, 2000, 2008, 2012) Rusiya Federasiyası Prezidenti postuna namizədliyini irəli sürüb və bununla da Rusiyada rekord vurub.
Vladimir Jirinovskinin vəziyyəti 2 fevral 2022-ci il tarixində yeni növ koronavirus xəstəliyi səbəbi ilə ağırlaşıb və xəstəxanaya yerləşdirilib. İki aydan artıq müddətdə yataq xəstəsi olan Jirinovski tibbi cihazlara bağlı şəkildə yaşayıb. Vladimir Jirinovski 6 aprel 2022-ci ildə vəfat edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.