https://sputnik.az/20220607/hulusi-akar-sergey-soyquya-ne-teklif-edib--442658808.html
Hulusi Akar Sergey Şoyquya nə təklif edib?
Hulusi Akar Sergey Şoyquya nə təklif edib?
Sputnik Azərbaycan
Müdafiə nazirləri Ukrayna ərazisindən taxıl ixracı probleminin həlli ilə əlaqədar Qara dənizdə gəmilərin hərəkətinin təhlükəsizliyi məsələlərini də ətraflı... 07.06.2022, Sputnik Azərbaycan
2022-06-07T23:45+0400
2022-06-07T23:45+0400
2022-06-08T00:41+0400
rusiya
sergey şoyqu
rusiyanın müdafiə naziri sergey şoyqu
hulusi akar
ukrayna
suriya
türkiyə
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/0b/425441962_0:104:2000:1229_1920x0_80_0_0_2df6b5d85a73cc92ec28b240ae3fd183.jpg
BAKI, 7 iyun - Sputnik. Türkiyənin milli müdafiə naziri Hulusi Akar rusiyalı həmkarı Sergey Şoyqu ilə telefon danışığında Ankaranın Ukraynada sülhə töhfə verməyə hazır olduğunu bildirib.Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, telefon danışığı zamanı Sergey Şoyqu türkiyəli həmkarı Hulusi Akarla Ukrayna və Suriya mövzusunu müzakirə edib."Türkiyə tərəfinin təşəbbüsü ilə 2022-ci il iyunun 7-də Rusiyanın müdafiə naziri Sergey Şoyqu Türkiyənin milli müdafiə naziri Hulusi Akar ilə telefon danışığı aparıb. Əsas diqqət Ukrayna və Suriyadakı vəziyyətlə bağlı fikir mübadiləsi və dəyərləndirmələrə yönəldilib", - Rusiya MN-in məlumatında qeyd olunub.“Nazir Akar daha çox insan tələfatının qarşısının alınması, bölgədə sülh və sabitliyin bərpası və pisləşən humanitar vəziyyəti yaxşılaşdırmaq üçün Ukraynada təcili atəşkəs elan edilməsinin vacibliyini vurğulayıb”, - məlumatda deyilir.Akar humanitar yardım şəklində hər cür dəstəyi verməyə çalışan Türkiyənin indiyə qədər etdiyi kimi, bölgədə sülhün bərqərar olması işinə töhfə verməyə hazır olduğu bir daha bəyan edib.Bildirilib ki, müdafiə nazirləri Ukrayna ərazisindən taxıl ixracı probleminin həlli ilə əlaqədar Qara dənizdə gəmilərin hərəkətinin təhlükəsizliyi məsələlərini ətraflı müzakirə ediblər. Suriyada regionda uzunmüddətli sabitliyin qorunmasına yönəlmiş sıx əməkdaşlığın davam etdirilməsinin vacibliyi də qeyd edilib.Türkiyənin şimalında xüsusi əməliyyat keçirdiyi Suriyadakı vəziyyətlə bağlı danışan Akar vurğulayıb ki, “bölgədə sabitliyi pozmağa yönəlmiş hərəkətlərin intensivləşdirilməsinin qarşısını almaq üçün lazımi cavab veriləcək və bölgədə terrorçuların varlığı, qəbuledilməzdir". O, qeyd edib ki, bu məsələ ilə bağlı əvvəlki razılaşmalara əməl edilməlidir Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220607/soyqu-svyatoqorskda-bas-verenleri-aciqladi-442639872.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/0b/425441962_112:0:1889:1333_1920x0_80_0_0_1d374c86d05409fcabafa5b02c76edac.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sergey şoyqu, rusiyanın müdafiə naziri sergey şoyqu, hulusi akar, ukrayna, suriya, türkiyə
sergey şoyqu, rusiyanın müdafiə naziri sergey şoyqu, hulusi akar, ukrayna, suriya, türkiyə
Hulusi Akar Sergey Şoyquya nə təklif edib?
23:45 07.06.2022 (Yenilənib: 00:41 08.06.2022) Müdafiə nazirləri Ukrayna ərazisindən taxıl ixracı probleminin həlli ilə əlaqədar Qara dənizdə gəmilərin hərəkətinin təhlükəsizliyi məsələlərini də ətraflı müzakirə ediblər.
BAKI, 7 iyun - Sputnik. Türkiyənin milli müdafiə naziri Hulusi Akar rusiyalı həmkarı Sergey Şoyqu ilə telefon danışığında Ankaranın Ukraynada sülhə töhfə verməyə hazır olduğunu bildirib.
Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, telefon danışığı zamanı Sergey Şoyqu türkiyəli həmkarı Hulusi Akarla Ukrayna və Suriya mövzusunu müzakirə edib.
"Türkiyə tərəfinin təşəbbüsü ilə 2022-ci il iyunun 7-də Rusiyanın müdafiə naziri Sergey Şoyqu Türkiyənin milli müdafiə naziri Hulusi Akar ilə telefon danışığı aparıb. Əsas diqqət Ukrayna və Suriyadakı vəziyyətlə bağlı fikir mübadiləsi və dəyərləndirmələrə yönəldilib", - Rusiya MN-in məlumatında qeyd olunub.
“Nazir Akar daha çox insan tələfatının qarşısının alınması, bölgədə sülh və sabitliyin bərpası və pisləşən humanitar vəziyyəti yaxşılaşdırmaq üçün Ukraynada təcili atəşkəs elan edilməsinin vacibliyini vurğulayıb”, - məlumatda deyilir.
Akar humanitar yardım şəklində hər cür dəstəyi verməyə çalışan Türkiyənin indiyə qədər etdiyi kimi, bölgədə sülhün bərqərar olması işinə töhfə verməyə hazır olduğu bir daha bəyan edib.
Bildirilib ki, müdafiə nazirləri Ukrayna ərazisindən taxıl ixracı probleminin həlli ilə əlaqədar Qara dənizdə gəmilərin hərəkətinin təhlükəsizliyi məsələlərini ətraflı müzakirə ediblər. Suriyada regionda uzunmüddətli sabitliyin qorunmasına yönəlmiş sıx əməkdaşlığın davam etdirilməsinin vacibliyi də qeyd edilib.
Türkiyənin şimalında xüsusi əməliyyat keçirdiyi Suriyadakı vəziyyətlə bağlı danışan Akar vurğulayıb ki, “bölgədə sabitliyi pozmağa yönəlmiş hərəkətlərin intensivləşdirilməsinin qarşısını almaq üçün lazımi cavab veriləcək və bölgədə terrorçuların varlığı, qəbuledilməzdir".
O, qeyd edib ki, bu məsələ ilə bağlı əvvəlki razılaşmalara əməl edilməlidir
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.