Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakının hansı küçələrində sıxlıq var?

© Photo : Baku Transport AgencyBakıda Ziya Bünyadov prospektinin sonunda tıxac
Bakıda Ziya Bünyadov prospektinin sonunda tıxac - Sputnik Azərbaycan, 1920, 07.06.2022
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Daxili İşlər Nazirliyinin Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən verilən xəbərə görə, Bakının 14 küçə və prospektlərində sıxlıq müşahidə olunur
BAKI, 7 iyun — Sputnik. Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb.
Daxili İşlər Nazirliyinin Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən verilən xəbərə görə, həmin küçə və prospektlər aşağıdakılardır:
1. Bakı-Sumqayıt şossesində – Xocəsən yolu ilə kəsişmədən Beynəlxalq Avtovağzalın qarşısına qədər sıxlıq
2. Moskva prospektində - Beynəlxalq Avtovağzalın qarşısından 20 Yanvar dairəsinə qədər - əsas və kənar yol sıxlıq
3. Binəqədi şossesində - Biləcəri-Baksol yolu yolu ilə kəsişmədən Azadlıq prospekti metro stansiyasının istiqamətində sıxlıq
4. Rövşən Cəfərov küçəsində - 20 Yanvar dairəsindən başlayaraq əsas yolda, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq
5. Ziya Bünyadov prospekti Heydər Əliyev prospekti ilə kəsişməsindən başlayaraq, Çermet yol ötürücüsü üzərindən DİN Hospitalın qarşısına qədər olan hissəyə qədər - əsas yolda 20 Yanvar dairəsi istiqamətində sıxlıq
6. Şah İsmayıl Xətai prospektinin Tələt Şıxəliyev küçəsi ilə kəsişməsindən Əbdüləzəl Dəmirçizadə küçəsi ilə kəsişməsinə qədər, Azərbaycan Respublikası Təhsil Nazirliyinin yanı, eyni zamanda Heydər Əliyev prospekti istiqamətində sıxlıq
7. 28 May küçəsinin Aleksandr Puşkin küçəsi ilə kəsişməsindən Rəşid Behbudov küçəsi ilə kəsişməsinə qədər olan hissəsində sıxlıq
8. Dilarə Əliyeva küçəsinin Aleksandr Puşkin küçəsi ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissəsində, Rəşid Behbudov küçəsi istiqamətində sıxlıq
9. Abbasqulu ağa Bakıxanov küçəsində, İnşaatçılar prospekti ilə İzmir küçəsinin kəsişməsindən Ceyhun Hacıbəyli küçəsi ilə kəsişməyə qədər, Türkiyə səfirliyi istiqamətində sıxlıq
10. Yusif Səfərov küçəsinin Xocalı prospekti ilə kəsişməsindən başlayaraq, Heydər Əliyev prospekti istiqamətində sıxlıq
11. Şəmsi Bədəlbəyli küçəsinin Mirzəağa Əliyev küçəsi ilə kəsişməsindən Rəşid Behbudov küçəsi ilə kəsişməsinə qədər olan hissəsində sıxlıq
12. Rəşid Behbudov küçəsinin 28 May küçəsi ilə kəsişməsindən Füzuli küçəsi ilə kəsişməsinə qədər olan hissəsində sıxlıq
13. Heydər Əliyev prospektində, Koroğlu metro stansiyasının qarşısından Heydər Əliyev Mərkəzinin yanına qədər əsas və kənar yolda sıxlıq
14. Abdulvahab Salamzadə küçəsində, Qələbə dairəsindən başlayaraq Ceyhun Səlimov küçəsi ilə kəsişməyə qədər olan hissəsində, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq
Xəbər lenti
0