Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyanın bütün universitetləri Boloniya prosesindən çıxıb

© Sputnik / Ramil Sitdikov / Mediabanka keçidAuditoriyada tələbələr, arxiv şəkli
Auditoriyada tələbələr, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 06.06.2022
Abunə olmaq
Nazirlikdən bildirilib ki, əsas səbəblərdən biri rektorların, təhsil müəssisələri rəhbərlərinin Rusiya Rektorlar İttifaqının Ukraynada keçirilən xüsusi hərbi əməliyyatla bağlı prezidentə dəstək üçün müraciətini imzalaması olub.
BAKI, 6 iyun - Sputnik. Rusiyanın bütün təhsil müəssisələri Boloniya təhsil prosesindən xaricdir.
TASS xəbər verir ki, bunu bazar ertəsi Rusiya elm və ali təhsil nazirinin müavini Dmitri Afanasyev deyib.
Federasiya Şurasının elm, təhsil və mədəniyyət komitəsinin “Rusiya Federasiyasında ali təhsil sisteminin inkişafı məsələləri” mövzusunda geniş iclasında çıxış edən nazir müavini bildirib ki, Aprelin 11-də Boloniya Qrupu Rusiya və Belarusun Boloniya prosesinin bütün strukturlarında təmsilçiliyinin dayandırılması barədə qərar qəbul edib:

“Rektorlarımızın, təhsil təşkilatlarının rəhbərlərinin xüsusi əməliyyatla bağlı prezidentə dəstək olmaq üçün Rusiya Rektorlar İttifaqının müraciətini imzaladıqları nəzərə alınaraq, faktiki olaraq, ölkənin bütün təhsil təşkilatları Boloniya prosesindən kənarlaşdırılıb”.

Mayın 24-də elm və ali təhsil naziri Valeri Falkov Boloniya təhsil sistemini “keçmiş mərhələ” adlandıraraq, Rusiyanın öz sisteminə malik olacağını bildirib.
Nazirlikdən qeyd ediblər ki, köklü dəyişiklik olmayacaq, Boloniya sistemindən milli sistemə keçid dövrü gözlənilir.
Xatırladaq ki, cari ilin mart ayında Rusiya Rektorlar İttifaqı Rusiya Federasiyasının Ukraynadakı hərəkətlərini dəstəkləyib.
Boloniya sistemi iki səviyyəli təhsil sistemini nəzərdə tutur: bakalavr və magistratura. Rusiya təhsil sistemi, bu səviyyələrə əlavə olaraq, 5-6 illik təhsil proqramlarını mənimsəmək üçün normativ müddətlə ixtisas səviyyəsi üzrə kadr hazırlığını nəzərdə tutur.
2024-cü ildən ali təhsilin ixtisaslarının və sahələrinin yeni siyahısı qüvvəyə minir ki, bu da bakalavr və magistr proqramlarının azaldılması və müvafiq olaraq bir ixtisas çərçivəsində prioritet hazırlığın və uzunmüddətli təhsil proqramlarının (5-6 il) ixtisasların sayının artırılmasının həyata keçirilməsi tendensiyası ilə davam edir. Əvvəlki siyahıda bakalavr proqramlarının sayı 186, yeni siyahıda isə 154-dür, əgər əvvəl125 ixtisas var idisə, indi 124-dür.
Rusiya Boloniya prosesinə 19 sentyabr 2003-cü ildə qoşulub. Rusiyanın ona qoşulmasına baxmayaraq, kadrların hazırlanması milli prioritetlərə istiqamətlənməsini qoruyub saxlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0