Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Rusiya ordusu Svyatogorsk şəhərinin azad edilməsini yekunlaşdırır - Konaşenkov

© Photo : Ministry of Defence of the Russian Federation / Mediabanka keçidİqor Konaşenkov
İqor Konaşenkov - Sputnik Azərbaycan, 1920, 06.06.2022
Abunə olmaq
Müdafiə Nazirliyinin məlumatına görə, Severski Donets çayı üzərindəki körpünün partladılması ilə əlaqədar olaraq Ukrayna qoşun bölmələrinin əsas qüvvə və təchizatla əlaqəsi kəsilib.
BAKI, 6 iyun - Sputnik. Rusiya silahlı qüvvələri "Donetsk Xalq Respublikası"nın Svyatogorsk şəhərinin və onun ətrafındakı ərazilərin azad edilməsini başa çatdırır. TASS xəbərr verir ki, bunu bazar ertəsi Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov deyib.
Rusiya Müdafiə Nazirliyinin sözçüsü bildirib ki, bazar ertəsi səhər saatlarında ukraynalı millətçi qruplar Ukrayna qoşunlarının geri çəkilməsinin qarşısını almaq üçün Severski Donets çayı üzərindəki körpünü partladıblar:
“Rusiya bölmələrinin hücumu altında, Ukrayna Silahlı Qüvvələrinin 95-ci Hava-Desant-Hücum Briqadasının və Silahlı Qüvvələrin 81-ci Əlahiddə Hücum Briqadasının batalyonlarının qalıqları körpünün dağıdılması üzündən əsas qüvvə və təchizatla əlaqəsi kəsilib. Ukrayna qüvvələri hərbi texnikanı silahlarla birlikdə ataraq sahilboyu dağılıblar”.
General əlavə edib ki, 80-ə qədər ukraynalı hərbçi çayı üzərək keçib, Rusiya hərbçiləri isə onlara atəş açmayıb.
Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi onu da bildirib ki, Rusiya Ukrayna hərbçilərini millətçilərin rəhbərlik etdiyi Kiyev rejimini müdafiə etməməyə və silahı yerə qoymağa çağırır.

“Ukraynalı hərbçilərin millətçilərin rəhbərlik etdiyi faydasız Kiyev rejimini müdafiə etməkdən imtina etməsini qorxaqlıq deyil, yeganə düzgün addım hesab edirik. Bununla da onların hamısı canlarını qurtarıb. Biz Ukraynanın bütün hərbi qulluqçularını və ərazi müdafiə birləşmələrinin üzvlərini bu nümunəyə əməl etməyə və canlarını xilas etmək üçün düşünülməmiş müqaviməti dayandırmağa çağırırıq”.

O həmçinin vurğulayıb ki, "Rusiya silahlı qüvvələri öz növbəsində könüllü olaraq silahlarını yerə qoyan bütün Ukrayna hərbçilərinə və ərazi müdafiə birləşmələrinin üzvlərinə layiqli rəftar və ailələrinin yanına qayıtmağa zəmanət verir”.
Bundan əvvəl Rusiya Federasiyasının Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin əsir götürülmüş hərbçilərinin öz həmkarlarını təslim olmağa çağırdığı və Rusiya Federasiyası Silahlı Qüvvələrindən onlara qarşı yaxşı münasibət göstərdiyi kadrları dəfələrlə dərc edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0