Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Dövlət Dumasının spikeri Paşinyanla görüşdü

© Sputnik / POOL / Mediabanka keçidNikol Paşinyan
Nikol Paşinyan - Sputnik Azərbaycan, 1920, 06.06.2022
Abunə olmaq
Dövlət Dumasının məlumatında qeyd olunub ki, görüş zamanı Vyaçeslav Volodin KTMT PA Şurasının qarşıdakı iclasının gündəliyi barədə danışıb.
BAKI, 6 iyun — Sputnik. Rusiya Dövlət Dumasının spikeri, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Parlament Assambleyasının (KTMT PA) sədri Vyaçeslav Volodin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb. Görüşdə siyasətçilər KTMT-nin üzvü olan ölkələrin qanunvericiliyinin yaxınlaşmasını müzakirə ediblər. Bu barədə Dövlət Dumasının mətbuat xidməti məlumat yayıb.
Volodin Yerevanda işgüzar səfərdədir və orada KTMT PA Şurasının iclasında iştirak edəcək. Tədbirdə Dövlət Dumasının deputatlarından ibarət nümayəndə heyəti iştirak edir.
"Görüş zamanı Vyaçeslav Volodin KTMT PA Şurasının qarşıdakı iclasının gündəliyi barədə danışıb. Tərəflər KTMT-yə üzv ölkələrin qanunlarının yaxınlaşması və Təşkilatın inkişafı məsələlərini müzakirə ediblər", - Dövlət Dumasının mətbuat xidməti xəbər verir.
KTMT PA parlamentlərarası əməkdaşlıq orqanıdır. 2016-cı ilin noyabrından Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin KTMT PA-nın sədridir.
KTMT PA-nın üzvləri Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistandır, həmçinin Əfqanıstan İslam Respublikası Milli Assambleyasının aşağı palatası, Belarus və Rusiya İttifaqının Parlament Assambleyası, Serbiya Milli Assambleyası müşahidəçi statusuna malikdir.
İyunun 17-də Yerevanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iştirakçısı olan ölkələrin Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin iclası keçiriləcək.
Xatırladaq ki, mayın 16-da Rusiya paytaxtında Ermənistan, Belarus, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan liderlərinin iştirakı ilə KTMT-nin sammiti keçirilib.
Qurumun sammitində qəbul olunmuş birgə bəyanatda deyilib ki, Kollektiv Təhlükəsizlik Şurası beynəlxalq hüquq normalarını nəzərə almadan böhranlı vəziyyətlərə müdaxilə etmək üçün güc tətbiq etmək meyillərindən ciddi narahatdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0