Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Ən çox narkotik istifadəçiləri Bakının bu rayonlarındadır

© AFP 2024 / RODGER BOSCHnarkotik
narkotik  - Sputnik Azərbaycan, 1920, 06.06.2022
Abunə olmaq
Dövlət Komissiyasından bildirilib ki, 2021-ci ildə Bakıda narkotikə görə ümumilikdə 2 487 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
BAKI, 6 iyun — Sputnik. Ötən il narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə paytaxt üzrə cinayət məsuliyyətinə cəlb edilən şəxslərin sayı açıqlanıb.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından bildirilib ki, 2021-ci ildə Bakıda narkotikə görə ümumilikdə 2 487 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
Paytaxtın inzibati rayonları üzrə bölgüsünə əsasən, Sabunçuda 432, Binəqədidə 336, Suraxanıda 288, Xəzərdə 249, Yasamalda 225, Nəsimidə 212, Nizamidə 164, Xətai 164, Qaradağda 153, Nərimanovda 152, Səbaildə 98, Pirallahıda 14 nəfər tutulub.
Bundan başqa, 2021-ci ildə Yasamalda 2139, Sabunçuda 1 602, Suraxanıda 1 005, Nəsimidə 863, Xəzərdə 835, Binəqədidə 824, Xəzərdə 790, Nizamidə 561, Nərimanovda 417, Qaradağda 402, Səbaildə 312, Pirallahıda 63 nəfər – ümumilikdə 9 813 narkotik istifadəçisi saxlanılıb.
2015-2021-ci illər ərzində hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 30 205 fakt aşkar edilib.
Qeyd edilib ki, onlardan 9580-i narkotik vasitələrin satışı, 18 325-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 1857-si qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 443-ü isə digərləri olub: "Bu illər ərzində cinayət məsuliyyətinə 24 440 nəfər cəlb olunub. Onlardan 485 nəfəri qadın, 437 nəfəri xarici ölkə vətəndaşı olub".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0