Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

DSX əməliyyat keçirdi: Xəzərə şübhəli əşyalar atanlar saxlanıldılar

© AFP 2024 / SAMIR ALIYEVXəzər
Xəzər - Sputnik Azərbaycan, 1920, 06.06.2022
Abunə olmaq
Bəndovan reydində sahildən 21 mil məsafədə aşkarlanan qayığın təqibi zamanı içərisindəki 2 nəfərin dənizə şübhəli əşyalar atmaları müşahidə edilib.
BAKI, 6 iyun — Sputnik. Dövlət Sərhəd Xidməti (DSX) Sahil Mühafizəsinin Baş Komanda-nəzarət mərkəzinə Xəzər dənizinin mərkəzi istiqamətində kiçikhəcmli üzmə vasitəsinin günün qaranlıq vaxtında rejim qaydalarını pozması və qanunsuz fəaliyyətlə məşğul olması barədə məlumat daxil olub.
DSX-nin Mətbuat Mərkəzindən verilən məlumata görə, naməlum qayığın axtarışı və saxlanılması məqsədi ilə dövlət sərhədinin mühаfizəsində olan sərhəd gəmisi dərhal həmin istiqаmətə göndərilmiş və texniki müşahidələr gücləndirilib.
Həyata keçirilən tədbirlər nəticəsində Bəndovan reydində sahildən 21 mil məsafədə aşkarlanan qayığın təqibi zamanı içərisindəki 2 nəfərin dənizə şübhəli əşyalar atmaları müşahidə edilib.
Sərhəd gəmisi tərəfindən qayıq saxlanılıb, "QO-1505" bort nömrəli üzmə vasitəsini qeyri-qanuni idarə edən şəxslərin Neftçala rayon sakinləri, 1975-ci il təvəllüdlü Süleymanov Ağakişi İrəvan oğlu və 1978-ci il təvəllüdlü Manafov Firdovsi Səmədağa oğlu olmaları müəyyən edilib.
Dənizə atılmış əşyaların axtarışı ilə bağlı görülmüş tədbirlər nəticəsində ərazidə aşkar edilən 3 bağlamaya baxış zamanı ümumilikdə 2700 ədəd qanunsuz balıqovlama vasitəsi olan qarmaq, müxtəlif növ spirtli içkilər, ətriyyat aşkarlanaraq götürülüb.
Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0