https://sputnik.az/20220606/arxadagin-serdari-prezident-kimi-ilk-seferini-moskvaya-edecek-442604716.html
Arxadağın Sərdarı prezident kimi ilk səfərini Moskvaya edəcək
Arxadağın Sərdarı prezident kimi ilk səfərini Moskvaya edəcək
Sputnik Azərbaycan
Rusiya XİN-in məlumatında qeyd olunub ki, nazirlər Sergey Lavrov və Rəşid Meredov ikitərəfli əməkdaşlığın aktual məsələlərini müzakirə ediblər. 06.06.2022, Sputnik Azərbaycan
2022-06-06T17:17+0400
2022-06-06T17:17+0400
2022-06-06T17:17+0400
moskva
rusiya
qurbanqulu berdiməhəmmədov
lavrov
sergey lavrov
rusiya xin rəhbəri sergey lavrov
https://cdnn1.img.sputnik.az/img/07e6/06/06/442604498_0:0:3071:1728_1920x0_80_0_0_da0ff3af7676b75b1823c9d15623214c.jpg
BAKI, 6 iyun — Sputnik. Rusiya və Türkmənistanın xarici işlər nazirləri Sergey Lavrov və Rəşid Meredov telefonla danışıblar. Bu barədə Rusiya XİN məlumat yayıb.XİN rəhbərləri telefon danışığında Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Moskvaya gözlənilən səfərini müzakirə ediblər."Tərəflər ikitərəfli əməkdaşlığın aktual məsələlərini, o cümlədən Türkmənistan prezidentinin Rusiyaya gözlənilən rəsmi səfərini, həmçinin altıncı Xəzər sammitinə hazırlıq məsələlərini müzakirə ediblər", - Rusiya XİN-in bəyanatında deyilir."Rossiya 1" telekanalında yayımlanan "Moskva. Kreml. Putin" verilişində bundan əvvəl Rusiya Prezidenti Vladimir Putinin Moskvada Türkmənistan lideri Serdar Berdiməhəmmədovu qəbul edəcəyi, həmçinin iqtisadi məsələlərlə bağlı görüş keçirəcəyi xəbəri yayılıb.Martın 13-də Türkmənistanda növbədənkənar prezident seçkiləri keçirilib. Sərdar Berdiməhəmmədov Türkmənistandakı prezident seçkilərində səslərin 72,97 faizini toplayaraq qalib gəlib. Dövlət başçısı postuna üç partiyadan 9 nəfərin namizədliyi qeydə alınmışdı.Ölkə qanunlarına görə, seçicilərin iştirakı üzrə minimal tələb yoxdur, bu isə o deməkdir ki, seçkilər hər bir halda baş tutmuş hesab olunur.Sərdar Berdıməhəmmədov daha öncə bəyanat vermişdi ki, qalib gələcəyi təqdirdə ölkəsi neytral statusunu qoruyacaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/06/442604498_146:0:2877:2048_1920x0_80_0_0_c887683dd42968139e1a9f45ae85ba40.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
moskva, qurbanqulu berdiməhəmmədov, lavrov, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov
moskva, qurbanqulu berdiməhəmmədov, lavrov, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov
Arxadağın Sərdarı prezident kimi ilk səfərini Moskvaya edəcək
Rusiya XİN-in məlumatında qeyd olunub ki, nazirlər Sergey Lavrov və Rəşid Meredov ikitərəfli əməkdaşlığın aktual məsələlərini müzakirə ediblər.
BAKI, 6 iyun — Sputnik. Rusiya və Türkmənistanın xarici işlər nazirləri Sergey Lavrov və Rəşid Meredov telefonla danışıblar. Bu barədə Rusiya XİN məlumat yayıb.
XİN rəhbərləri telefon danışığında Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Moskvaya gözlənilən səfərini müzakirə ediblər.
"Tərəflər ikitərəfli əməkdaşlığın aktual məsələlərini, o cümlədən Türkmənistan prezidentinin Rusiyaya gözlənilən rəsmi səfərini, həmçinin altıncı Xəzər sammitinə hazırlıq məsələlərini müzakirə ediblər", - Rusiya XİN-in bəyanatında deyilir.
"Rossiya 1" telekanalında yayımlanan "Moskva. Kreml. Putin" verilişində bundan əvvəl Rusiya Prezidenti Vladimir Putinin Moskvada Türkmənistan lideri Serdar Berdiməhəmmədovu qəbul edəcəyi, həmçinin iqtisadi məsələlərlə bağlı görüş keçirəcəyi xəbəri yayılıb.
Martın 13-də Türkmənistanda növbədənkənar prezident seçkiləri keçirilib. Sərdar Berdiməhəmmədov Türkmənistandakı prezident seçkilərində səslərin 72,97 faizini toplayaraq qalib gəlib. Dövlət başçısı postuna üç partiyadan 9 nəfərin namizədliyi qeydə alınmışdı.
Ölkə qanunlarına görə, seçicilərin iştirakı üzrə minimal tələb yoxdur, bu isə o deməkdir ki, seçkilər hər bir halda baş tutmuş hesab olunur.
Sərdar Berdıməhəmmədov daha öncə bəyanat vermişdi ki, qalib gələcəyi təqdirdə ölkəsi neytral statusunu qoruyacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.