Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Zaxarova Borrelin cavabını verib

© Sputnik / Екатерина Чеснокова / Mediabanka keçidRusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova
Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova - Sputnik Azərbaycan, 1920, 05.06.2022
Abunə olmaq
Rusiya XİN rəsmisi hesab edir ki, Aİ-nin xarici xidmət rəhbərinin taxıl tədarükü ilə bağlı problemləri həll etmək üçün sadəcə vicdanı çatmır.
BAKI, 5 iyun - Sputnik. "Aİ-nin xarici xidmətinin rəhbəri Xosep Borrelin beynəlxalq bazarlarda taxıl qıtlığı problemini həll etmək üçün vicdanı kifayət etmir". TASS xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
O, avropalı məmurun ərzaq böhranının günahını Rusiyanın üzərinə yıxmaq cəhdlərini belə şərh edib:
"Cənab Borrell, sizə taxıl lazımdır? Gəlin, alın və aparın. Sizə nə mane olur? Bunu etməyə sizə mane olan yeganə şey vicdan çatışmazlığıdır", - deyə XİN nümayəndəsi bazar günü Telegram kanalında yazıb.
Xatırladaq ki, bir müddət əvvəl Borrell Rusiyanın beynəlxalq taxıl ticarətindəki hər hansı çatışmazlıqlara görə bilavasitə məsuliyyət daşıdığını və təcavüzünü dayandırmaq əvəzinə, məsuliyyəti beynəlxalq sanksiyalara köçürməyə fəal çalışdığını dilə gətirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0