https://sputnik.az/20220605/lavrov-qerb-ukraynaya-rusiya-ile-danisiqlari-davam-etdirmeyi-qadagan-edib-442544339.html
Lavrov: "Qərb Ukraynaya Rusiya ilə danışıqları davam etdirməyi qadağan edib"
Lavrov: "Qərb Ukraynaya Rusiya ilə danışıqları davam etdirməyi qadağan edib"
Sputnik Azərbaycan
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Serbiyanın “Radio and Television of Republika Srpska”ya müsahibə verib. 05.06.2022, Sputnik Azərbaycan
2022-06-05T08:45+0400
2022-06-05T08:45+0400
2022-06-05T08:45+0400
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
rusiya xin rəhbəri sergey lavrov
danışıqlar
rusiya
ukrayna
qərb
https://cdnn1.img.sputnik.az/img/07e6/03/11/440249987_0:182:2996:1867_1920x0_80_0_0_cfdcc0b457c8301b564d2f58dd46f723.jpg
BAKI, 5 iyun - Sputnik. Qərb martın 29-da İstanbulda keçirilən Rusiya-Ukrayna görüşündən bir gün sonra Kiyevə Moskva ilə danışıqları davam etdirməyi qadağan edib.APA xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Serbiyanın “Radio and Television of Republika Srpska”ya müsahibəsində deyib.Rusiyanın baş diplomatı Ukrayna ilə bağlı danışıqların hazırkı mərhələsi ilə bağlı suala belə cavab verib:“Ukrayna iki ay əvvəl bu məsələnin həlli ilə bağlı təklif irəli sürmüşdü. Biz bu təklifləri əsas götürdük. Nümayəndə heyətlərinin İstanbuldakı görüşündən bir gün sonra Qərb ukraynalılara bu prosesi davam etdirməyi qadağan etdi”.Nazir Ukrayna tərəfinin mövqeyinin bundan sonra dəyişdiyini deyib.“Onlar mövqelərini sərtləşdirdilər. Buçada təxribat baş verdi. Bu, açıq-aydın təşkil olunmuşdu. Rusiya hərbçiləri bu ərazini tərk etdikdən 3 gün sonra orada insanlar yaşayırdı, mer küçələri gəzirdi. Cəmi üç gündən sonra orada cəsədlər tapdılar”,- deyə Lavrov bildirib.Onun sözlərinə görə, Buçada dünyasını dəyişənlərin adları Qərb mediasında və sosial şəbəkələrdə göstərilib. Heç kim bu insanların hansı səbəbdən ölüməsi barədə məlumat təqdim etməyib.Ukraynada nə baş verirXatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220603/zaxarova-rusiya-ve-ukrayna-arasinda-vasitecilik-edenlere-tesekkur-edib-442499327.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/11/440249987_133:0:2864:2048_1920x0_80_0_0_2e8ac9a40476b0a9d27ab5c9bedf7d9c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya xin rəhbəri sergey lavrov, danışıqlar, rusiya, ukrayna, qərb
rusiya xin rəhbəri sergey lavrov, danışıqlar, rusiya, ukrayna, qərb
Lavrov: "Qərb Ukraynaya Rusiya ilə danışıqları davam etdirməyi qadağan edib"
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Serbiyanın “Radio and Television of Republika Srpska”ya müsahibə verib.
BAKI, 5 iyun - Sputnik. Qərb martın 29-da İstanbulda keçirilən Rusiya-Ukrayna görüşündən bir gün sonra Kiyevə Moskva ilə danışıqları davam etdirməyi qadağan edib.
APA xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Serbiyanın “Radio and Television of Republika Srpska”ya müsahibəsində deyib.
Rusiyanın baş diplomatı Ukrayna ilə bağlı danışıqların hazırkı mərhələsi ilə bağlı suala belə cavab verib:
“Ukrayna iki ay əvvəl bu məsələnin həlli ilə bağlı təklif irəli sürmüşdü. Biz bu təklifləri əsas götürdük. Nümayəndə heyətlərinin İstanbuldakı görüşündən bir gün sonra Qərb ukraynalılara bu prosesi davam etdirməyi qadağan etdi”.
Nazir Ukrayna tərəfinin mövqeyinin bundan sonra dəyişdiyini deyib.
“Onlar mövqelərini sərtləşdirdilər. Buçada təxribat baş verdi. Bu, açıq-aydın təşkil olunmuşdu. Rusiya hərbçiləri bu ərazini tərk etdikdən 3 gün sonra orada insanlar yaşayırdı, mer küçələri gəzirdi. Cəmi üç gündən sonra orada cəsədlər tapdılar”,- deyə Lavrov bildirib.
Onun sözlərinə görə, Buçada dünyasını dəyişənlərin adları Qərb mediasında və sosial şəbəkələrdə göstərilib. Heç kim bu insanların hansı səbəbdən ölüməsi barədə məlumat təqdim etməyib.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.