Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Aviazərbələr nəticəsində 350-dən çox millətçi məhv edilib - Konaşenkov

© Photo : Ministry of Defence of the Russian Federation / Mediabanka keçidRusiya MN rəsmi nümayəmdəsi İqor Konaşenkov
Rusiya MN rəsmi nümayəmdəsi İqor Konaşenkov - Sputnik Azərbaycan, 1920, 05.06.2022
Abunə olmaq
Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi bildirib ki, Konstantinovka dəmir yolu stansiyası yaxınlığında yanacaq dolu çənlər və iki silah-sursat anbarı məhv edilib.
BAKI, 5iyun - Sputnik. Rusiya ordusu və operativ-taktiki aviasiyası Ukrayna Silahlı Qüvvələrinin üç komanda məntəqəsini, 65 qoşun toplanma ərazisini və üç silah-sursat anbarını vurub. TASS xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov məlumat verib.

"Əməliyyat-taktiki və ordu aviasiyası üç komanda məntəqəsini, canlı qüvvə və hərbi texnikanın cəmləşdiyi 65 ərazini, üç sursat anbarını vurub. Ümumilikdə aviazərbələr nəticəsində 350-dən çox millətçi həlak olub", - Konaşenkov bildirib. O qeyd edib ki, 10 tank və zirehli texnika, iki “Qrad” reaktiv yaylım atəşi sistemi, 9 artilleriya qurğusu və 14 xüsusi texnika da məhv edilib.

Bundan əlavə, Donbassda Ukrayna Silahlı Qüvvələrinin qoşunlarının qruplaşdırılması üçün nəzərdə tutulmuş Konstantinovka dəmir yolu stansiyası yaxınlığında yanacaq dolu çənlər, “DXR”də Baxmut və “LXR”də Loskutovka yaşayış məntəqələri yaxınlığında iki silah-sursat anbarı məhv edilib.
Rusiya Aerokosmik Qüvvələri yüksək dəqiqlikli raketlərlə “DXR”də üç raket və artilleriya silahı anbarını və ABŞ istehsalı olan AN/TPQ-50 əks batareya radarını məhv edib.
“Zərbələr nəticəsində “Donetsk Xalq Respublikası”nın Çerkasskoye və Zaporojye vilayətinin Orexov yaşayış məntəqələri rayonlarında “Osa-AKM” zenit-raket kompleksinin iki buraxılış qurğusu, reaktiv yaylım atəşi sistemlərindən ibarət iki döyüş maşını məhv edilib. Xarkov vilayətinin Korotiç qəsəbəsi ərazisində “Donetsk Xalq Respublikası”nın Mayaki və Slovyansk [qəsəbələrində] üç raket və artilleriya silahı anbarı, həmçinin ABŞ istehsalı olan AN/TPQ-50 “Donetsk Xalq Respublikası”nın Seversk vilayətindəki əks-batareya radar stansiyası məhv edilib”, - deyə Konaşenkov bildirib.
Rusiya hava hücumundan müdafiə sistemləri Nikolaev vilayətində Ukraynaya məxsus iki “Toçka-U” taktiki raketini ələ keçirib, həmçinin Ukraynanın 10 “APU” pilotsuz təyyarəsini məhv edib.
“Nikolaev vilayətinin Novogeorgiyevka qəsəbəsi üzərində iki “Toçka-U” taktiki raketi, Xarkov vilayətinin Quru Kamenka, Dolqenkoe və Kamenka yaşayış məntəqələri ərazilərində isə “Uraqan” reaktiv yaylım atəş sisteminin üç mərmisi vurulub" - Konaşenkov deyib.
Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan Rusiya Silahlı Qüvvələri tərəfindən Ukrayna Silahlı Qüvvələrinin bu günə kimi aşağıdakılar həri texnikası məhv edilib: 189 təyyarə, 129 helikopter, 1114 pilotsuz uçuş aparatı, 330 zenit-raket kompleksi, 3416 tank və digər zirehli döyüş texnikası, 470 reaktiv yaylım atəşi sistemi, 1778 səhra artilleriya qurğusu və minaatan, o cümlədən 3419 ədəd xüsusi təyinatlı hərbi maşın.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0