Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Ukrayna limanları minadan təmizləsə, Rusiya bundan istifadə edib hücuma keçməyəcək - Putin

© Sputnik / Владимир Астапкович / Mediabanka keçidRusiya Prezidenti Vladimir Putin
Rusiya Prezidenti Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 03.06.2022
Abunə olmaq
RF Prezidenti bildirib ki, dünya ərzaq bazarında baş verənlərə görə məsuliyyəti Rusiyanın üzərinə atmaq cəhdləri “xəstə başı qoyub, sağlam başa dəsmal bağlamaq”dır.
BAKI, 3 iyun - Sputnik. Hazırda onlarla xarici gəmi Ukrayna limanlarında bloklanıb və onların ekipajları girovluqdadır. RİA Novosti-nin xəbərinə görə, bunu Rusiya prezidenti Vladimir Putin deyib.
"Orada, yeri gəlmişkən, Ukrayna limanlarında çoxlu gəmilər qalıb, xaricilər. Onlarla gəmi. Onlar sadəcə olaraq bağlı saxlanılır, yeri gəlmişkən, ekipajlar hələ də girovluqdadır"- deyə Vladimir Putin "Rossiya 24" telekanalının efirində Pavel Zarubinə müsahibəsində deyib.
V.Putin qeyd edib ki, Rusiya Ukrayna taxılının ixracına mane olmur.
"Ukrayna taxılının ixracına gəlincə. Biz buna qarışmırıq. Taxıl ixracının bir neçə yolu var".
Onun sözlərinə görə, birinci yol odur ki, taxıl Ukraynanın nəzarətində olan limanlar vasitəsilə ixrac oluna bilər: İlk növbədə bunlar Qara dəniz hövzəsi – Odessa və ona yaxın limanlardır.
"Limanlara girişləri biz yox, Ukrayna minalayıb", - deyə RF dövlət başçısı bildirib.
Rusiya prezidenti həmçinin Rusiyanın Ukrayna taxılının ixracına “icazə verməməsi” ilə bağlı bəyanatı blef adlandırıb.
"Bu, yalandır", - deyə o bildirib.
Onun sözlərinə görə, Rusiya ərzaq bazarında baş verənlərə görə məsuliyyəti başqasının üzərinə atmaq cəhdlərini görür:

“Əlbəttə, biz indi dünya ərzaq bazarında baş verən hər şeyə, bu bazarda yaranan problemlərə görə məsuliyyəti Rusiyanın üzərinə atmaq cəhdlərini müşahidə edirik. Deməliyəm ki, bu, bizim dediyimiz kimi, “xəstə başı qoyub, sağlam başa dəsmal bağlamaq” cəhdidir.

RF dövlət başçısının sözlərinə görə, Ukrayna limanları minalardan təmizləsə, Rusiya dənizdən heç bir hücum etməyəcək:
"Biz minaların təmizlənməsi vəziyyətindən istifadə etməyəcəyik ki, belə demək mümkünsə, dənizdən hansısa hücumlar təşkil edək. Mən bunu artıq demişəm".
RF Prezidenti onu da bildirib ki, Rusiya onun nəzarətində olan Ukrayna limanlarının minalardan təmizlənməsi üzrə işləri başa çatdırır:
“Başqa bir imkan da var (taxıl ixracı - red.). Bunlar Azov dənizinin limanlarıdır - Berdyansk, Mariupol bizim nəzarətimizdədir. Biz bütün bu limanlar vasitəsilə, o cümlədən Ukrayna taxılının problemsiz ixracını təmin etməyə hazırıq. Biz minatəmizləmə işlərini həyata keçirmişik, artıq başa çatdırırıq. Ukrayna qoşunları oranı üç qat minalanma həyata keçiriblər. İşlər başa çatmaq üzrədir, lazımi logistikanı yaradacağıq. Buyurun, biz bunu edəcəyik".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0