https://sputnik.az/20220603/rusiya-oz-taxilini-ehtiyaci-olan-olkelere-tedaruk-etmeye-hazirdir---zaxarova-442489799.html
Rusiya öz taxılını ehtiyacı olan ölkələrə tədarük etməyə hazırdır - Zaxarova
Rusiya öz taxılını ehtiyacı olan ölkələrə tədarük etməyə hazırdır - Zaxarova
Sputnik Azərbaycan
RF Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Rusiya Odessadan, Qara və Azov dənizlərindəki digər limanlardan taxıl ixracı üçün gəmilərin hərəkətinə şərait... 03.06.2022, Sputnik Azərbaycan
2022-06-03T18:03+0400
2022-06-03T18:03+0400
2022-06-03T18:03+0400
mariya zaxarova
rusiya
taxıl
odessa
https://cdnn1.img.sputnik.az/img/07e4/07/1b/424543985_0:149:3113:1900_1920x0_80_0_0_a05ab44d93399f3f360ce3fca2c52d90.jpg
BAKI, 3 iyun — Sputnik. Rusiya Kiyevin akvatoriyanı minalardan təmizləməsindən sonra taxıl və müşayiət gəmilərinin Qara dənizin beynəlxalq sularına təhlükəsiz keçidini təmin etməyə hazırdır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.Zaxarova vurğulayıb ki, Rusiya da öz taxılını ehtiyacı olan bütün ölkələrə tədarük etməyə hazırdır.Xatırladaq ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Bəhreynin xarici işlər naziri Əbdüllətif bin Rəşid əl-Zəyani ilə danışıqların yekunlarına dair mətbuat konfransında bildirmişdi ki, Ukrayna öz ərazi sularında minalardan təmizləmə problemini həll edərsə, Rusiya Hərbi Dəniz Donanması Ukraynanın taxıl gəmilərinin maneəsiz keçidini təmin edəcək.Nazir diqqəti ona yönəldib ki, Rusiya öz növbəsində ərzaq təhlükəsizliyi probleminin həlli üçün hər şeyi edib:"Hazırda ərzaq təhlükəsizliyi mövzusunda səslənən təşəbbüslər nəzərə alınmalıdır. Rusiya tərəfi olaraq bizdən asılı olan hər şeyə çoxdan zəmanət vermişik. Amma Rusiya gəmiləri üçün limanlarının bağlanması, logistika və maliyyə zəncirlərinin sıxışdırılması ilə xeyli süni problemlər yaradan Qərb ölkələri, təbii ki, onlar üçün nəyin daha vacib olduğunu ciddi şəkildə düşünməlidirlər", - deyə Lavrov bildirib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
odessa
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/07/1b/424543985_191:0:2922:2048_1920x0_80_0_0_96719c89c7895fc46468103cad645623.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
mariya zaxarova, taxıl, odessa
mariya zaxarova, taxıl, odessa
Rusiya öz taxılını ehtiyacı olan ölkələrə tədarük etməyə hazırdır - Zaxarova
RF Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Rusiya Odessadan, Qara və Azov dənizlərindəki digər limanlardan taxıl ixracı üçün gəmilərin hərəkətinə şərait yaratmağa hazırdır.
BAKI, 3 iyun — Sputnik. Rusiya Kiyevin akvatoriyanı minalardan təmizləməsindən sonra taxıl və müşayiət gəmilərinin Qara dənizin beynəlxalq sularına təhlükəsiz keçidini təmin etməyə hazırdır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
"Rusiya Odessadan, Qara və Azov dənizlərindəki digər limanlardan taxıl ixracı üçün gəmilərin hərəkətinə şərait yaratmağa hazırdır. Su ərazisi minalardan təmizləndiyi təqdirdə biz taxılın təhlükəsiz ixracını, o cümlədən onu daşıyan gəmilərin Qara dənizin beynəlxalq sularına buraxılmasına hazır olacağıq", - deyə o, brifinq zamanı bildirib.
Zaxarova vurğulayıb ki, Rusiya da öz taxılını ehtiyacı olan bütün ölkələrə tədarük etməyə hazırdır.
Xatırladaq ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Bəhreynin xarici işlər naziri Əbdüllətif bin Rəşid əl-Zəyani ilə danışıqların yekunlarına dair mətbuat konfransında bildirmişdi ki, Ukrayna öz ərazi sularında minalardan təmizləmə problemini həll edərsə, Rusiya Hərbi Dəniz Donanması Ukraynanın taxıl gəmilərinin maneəsiz keçidini təmin edəcək.
Nazir diqqəti ona yönəldib ki, Rusiya öz növbəsində ərzaq təhlükəsizliyi probleminin həlli üçün hər şeyi edib:
"Hazırda ərzaq təhlükəsizliyi mövzusunda səslənən təşəbbüslər nəzərə alınmalıdır. Rusiya tərəfi olaraq bizdən asılı olan hər şeyə çoxdan zəmanət vermişik. Amma Rusiya gəmiləri üçün limanlarının bağlanması, logistika və maliyyə zəncirlərinin sıxışdırılması ilə xeyli süni problemlər yaradan Qərb ölkələri, təbii ki, onlar üçün nəyin daha vacib olduğunu ciddi şəkildə düşünməlidirlər", - deyə Lavrov bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.