https://sputnik.az/20220603/misustin-boyuk-sirketleri-suretli-qerarlar-qebul-etmeye-cagirib-442512538.html
Mişustin böyük şirkətləri sürətli qərarlar qəbul etməyə çağırıb
Mişustin böyük şirkətləri sürətli qərarlar qəbul etməyə çağırıb
Sputnik Azərbaycan
Rusiyanın baş naziri xarici ölkələrdən alınan həlləri əvəz etmək üçün sənaye ixtisas mərkəzlərinin yaradılmasını təklif edib. 03.06.2022, Sputnik Azərbaycan
2022-06-03T23:46+0400
2022-06-03T23:46+0400
2022-06-03T23:46+0400
rusiya
rusiya
rəqəmsal
https://cdnn1.img.sputnik.az/img/07e5/08/1e/427813216_0:0:2957:1663_1920x0_80_0_0_72881bc478727eec4bcace43498c946a.jpg
BAKI, 3 iyun — Sputnik. Rusiyanın baş naziri Mixail Mişustin hökuməti və ən böyük Rusiya şirkətlərini xarici rəqəmsal texnologiyaları əvəz etmək üçün daha sürətli qərarlar qəbul etməyə çağırıb və sənaye mərkəzlərinin yaradılmasını tapşırıb."Biz bunu çox tez etməliyik. İqtisadiyyatın əsas sektorlarında xarici həlləri əvəz etmək üçün sənaye ixtisas mərkəzlərinin yaradılmasını təklif edirəm. Rəqəmsal İnkişaf Nazirliyindən digər idarə və müəssisələrlə birlikdə onların (mərkəzlərinin) əməkdaşları üçün müvafiq təkliflər hazırlamağı xahiş edirəm", - Mişustin Nijni Novqorodda keçirilən "Rusiyasının Rəqəmsal Sənayesi konfransında çıxış edərək deyib.O, Rəqəmsal İnkişaf Nazirliyinin rəhbəri Maksut Şadayevdən sənayenin aparıcı şirkətlərinin nümayəndələrinin bu mərkəzlərdə iştirakını təmin etməyi xahiş edib.Bundan əlavə, Mişustin vurğulayıb ki, yeni rəqəmsal məhsulların yaradılması və həyata keçirilməsi üçün müştərilərin və tərtibatçıların səylərini birləşdirmək lazımdır:RF hökumət başçısı Şadayevə iyulun ortalarına kimi belə səlahiyyət mərkəzlərinin yaradılması məsələsini işləyib hazırlamaq tapşırılıb."Gələn ayın ortalarına qədər bu məsələ üzərində işləyin, görün, texnoloji həllərin hazırlanması üzrə ixtisas mərkəzlərinin tərkibində kimlər olmalıdır", - baş nazir vurğulayıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/1e/427813216_0:0:2731:2048_1920x0_80_0_0_acd6ff8dfce9fecd9ae9092859172f97.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya, rəqəmsal
Mişustin böyük şirkətləri sürətli qərarlar qəbul etməyə çağırıb
Rusiyanın baş naziri xarici ölkələrdən alınan həlləri əvəz etmək üçün sənaye ixtisas mərkəzlərinin yaradılmasını təklif edib.
BAKI, 3 iyun — Sputnik. Rusiyanın baş naziri Mixail Mişustin hökuməti və ən böyük Rusiya şirkətlərini xarici rəqəmsal texnologiyaları əvəz etmək üçün daha sürətli qərarlar qəbul etməyə çağırıb və sənaye mərkəzlərinin yaradılmasını tapşırıb.
"Biz bunu çox tez etməliyik. İqtisadiyyatın əsas sektorlarında xarici həlləri əvəz etmək üçün sənaye ixtisas mərkəzlərinin yaradılmasını təklif edirəm. Rəqəmsal İnkişaf Nazirliyindən digər idarə və müəssisələrlə birlikdə onların (mərkəzlərinin) əməkdaşları üçün müvafiq təkliflər hazırlamağı xahiş edirəm", - Mişustin Nijni Novqorodda keçirilən "Rusiyasının Rəqəmsal Sənayesi konfransında çıxış edərək deyib.
O, Rəqəmsal İnkişaf Nazirliyinin rəhbəri Maksut Şadayevdən sənayenin aparıcı şirkətlərinin nümayəndələrinin bu mərkəzlərdə iştirakını təmin etməyi xahiş edib.
Bundan əlavə, Mişustin vurğulayıb ki, yeni rəqəmsal məhsulların yaradılması və həyata keçirilməsi üçün müştərilərin və tərtibatçıların səylərini birləşdirmək lazımdır:
"Proqram təminatı istehsal edən şirkətlərimiz öz məsuliyyətlərinin ölçüsünü dərk etməlidirlər. Çünki bir var planşet həlləri hazırlamaq, bir də var müasir təyyarə, avtomobil və ya müasir texnologiya istehsal etmək".
RF hökumət başçısı Şadayevə iyulun ortalarına kimi belə səlahiyyət mərkəzlərinin yaradılması məsələsini işləyib hazırlamaq tapşırılıb.
"Gələn ayın ortalarına qədər bu məsələ üzərində işləyin, görün, texnoloji həllərin hazırlanması üzrə ixtisas mərkəzlərinin tərkibində kimlər olmalıdır", - baş nazir vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.