https://sputnik.az/20220603/lavrov-cavusoglu-ile-qarabag-etrafindaki-movcud-veziyyeti-muzakire-edecek-442497326.html
Lavrov Çavuşoğlu ilə Qarabağ ətrafındakı mövcud vəziyyəti müzakirə edəcək
Lavrov Çavuşoğlu ilə Qarabağ ətrafındakı mövcud vəziyyəti müzakirə edəcək
Sputnik Azərbaycan
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, Rusiya və Türkiyə XİN rəhbərləri regional və beynəlxalq gündəlikdəki məsələlər ətrafında da fikir... 03.06.2022, Sputnik Azərbaycan
2022-06-03T16:08+0400
2022-06-03T16:08+0400
2022-06-03T16:00+0400
lavrov
rusiya
sergey lavrov
rusiya xin rəhbəri sergey lavrov
mariya zaxarova
mövlud çavuşoğlu
türkiyə xarici işlər naziri mövlud çavuşoğlu
https://cdnn1.img.sputnik.az/img/07e6/03/0a/440015290_0:0:2984:1679_1920x0_80_0_0_2535d8e97ceb059022fbeffa8f7016b2.jpg
BAKI, 3 iyun — Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov iyunun 6-7-də Serbiyaya səfər edəcək və bu ölkənin prezidenti Aleksandr Vuçiçlə danışıqlar aparacaq. Səfər haqqında Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova məlumat verib.Mariya Zaxarova bildirib ki, Rusiya XİN rəhbərinin Serbiya Respublikasına səfəri zamanı bu ölkənin prezidenti, xarici işlər naziri, Parlament sədri və Serbiya Patriarxı ilə danışıqlar aparması planlaşdırılır.Rusiya XİN rəhbəri həmçinin iyunun 8-də Ankarada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışıqlar aparacaq.Tərəflər Qərb tərəfindən Rusiyaya qarşı qeyri-qanuni sanksiyaların tətbiqi kontekstində ticari-iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.Nazirlər həmçinin regional və beynəlxalq gündəlikdəki məsələlər ətrafında da fikir mübadiləsi aparacaqlar. Xüsusilə Ukrayna və Qarabağ ətrafındakı mövcud vəziyyət nazirlər tərəfindən müzakirə ediləcək.Sergey Lavrov Ankaradan sonra KTMT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclaslarında iştirak etmək üçün iyunun 10-da Yerevana səfər edəcək.Görüşdə ikitərəfli siyasi və iqtisadi əməkdaşlığın müzakirəsi, Balkan regionunda vəziyyət, eləcə də aktual beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılacağı gözlənilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/0a/440015290_167:0:2898:2048_1920x0_80_0_0_8d9f8092639cbcf44e3efc41a3c03cbb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
lavrov, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov, mariya zaxarova, mövlud çavuşoğlu, türkiyə xarici işlər naziri mövlud çavuşoğlu
lavrov, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov, mariya zaxarova, mövlud çavuşoğlu, türkiyə xarici işlər naziri mövlud çavuşoğlu
Lavrov Çavuşoğlu ilə Qarabağ ətrafındakı mövcud vəziyyəti müzakirə edəcək
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, Rusiya və Türkiyə XİN rəhbərləri regional və beynəlxalq gündəlikdəki məsələlər ətrafında da fikir mübadiləsi aparacaqlar.
BAKI, 3 iyun — Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov iyunun 6-7-də Serbiyaya səfər edəcək və bu ölkənin prezidenti Aleksandr Vuçiçlə danışıqlar aparacaq. Səfər haqqında Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova məlumat verib.
Mariya Zaxarova bildirib ki, Rusiya XİN rəhbərinin Serbiya Respublikasına səfəri zamanı bu ölkənin prezidenti, xarici işlər naziri, Parlament sədri və Serbiya Patriarxı ilə danışıqlar aparması planlaşdırılır.
Rusiya XİN rəhbəri həmçinin iyunun 8-də Ankarada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışıqlar aparacaq.
Tərəflər Qərb tərəfindən Rusiyaya qarşı qeyri-qanuni sanksiyaların tətbiqi kontekstində ticari-iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.
Nazirlər həmçinin regional və beynəlxalq gündəlikdəki məsələlər ətrafında da fikir mübadiləsi aparacaqlar. Xüsusilə Ukrayna və Qarabağ ətrafındakı mövcud vəziyyət nazirlər tərəfindən müzakirə ediləcək.
Sergey Lavrov Ankaradan sonra KTMT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclaslarında iştirak etmək üçün iyunun 10-da Yerevana səfər edəcək.
Görüşdə ikitərəfli siyasi və iqtisadi əməkdaşlığın müzakirəsi, Balkan regionunda vəziyyət, eləcə də aktual beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılacağı gözlənilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.