https://sputnik.az/20220603/formula-1in-kecdiyi-kuce-ve-prospektlerde-neqliyyatin-hereketi-mehdudlasacaq-442483456.html
"Formula-1"in keçdiyi küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşacaq
"Formula-1"in keçdiyi küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşacaq
Sputnik Azərbaycan
BŞH-nin sözçüsü həmin müddətdə sürücülərə alternativ yollardan istifadə etmələrini tövsiyə edib. 03.06.2022, Sputnik Azərbaycan
2022-06-03T12:44+0400
2022-06-03T12:44+0400
2022-06-03T12:44+0400
formula-1
paytaxt xəbərləri
https://cdnn1.img.sputnik.az/img/07e5/06/04/427130468_0:289:3068:2016_1920x0_80_0_0_81e1167c0b2f23260c680ac739138fbf.jpg
BAKI, 3 iyun — Sputnik. 6 iyun, gecə 01:00-dan etibarən Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşacaq.Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) milli mətbuat katibi Turab Teymurov məlumat verib.O bildirib ki, hərəkət 14 iyun, səhər saatlarından etibarən bərpa olunacaq."Nəqliyyatın hərəkət məhdudiyyəti 3 zonada tətbiq ediləcək. Birinci zona yarış halqasının əhatə etdiyi İçərişəhər ərazisi, ikinci Azadlıq meydanı və onun yaxınlığında yerləşən digər küçələr, üçüncü zona isə BMT-nin 50 illiyi küçəsinin keçdiyi ərazidir. Yarışın keçirildiyi müddətdə qeyd olunan ərazilərə nəqliyyatın giriş-çıxışı üçün "Yaşayış Yerinə Giriş icazəsi" veriləcək. Bu zonalarda yaşayan və ya əmək fəaliyyəti ilə məşğul olan sürücülər icazəni tam ödənişsiz şəkildə, BŞH-yə müraciət etməklə əldə edə biləcəklər", - deyə Turab Teymurov qeyd edib.BŞH-nin sözçüsü sürücülərə alternativ yollardan istifadə etmələrini tövsiyə edib.O deyib ki, vətəndaşlar "Yaşayış Yerinə Giriş icazəsi sənədinin paylanma məntəqələrinə yaxınlaşaraq, həftənin bazar ertəsindən cümə gününə kimi, saat 10:00-dan 17:00-dək əldə edə bilərlər. Bunun üçün vətəndaşlar zonalar üzrə aşağıdakı müvafiq idarələrə müraciət etməlidirlər:- Zona 1 - İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu idarəsi. Tel: (012) 492-24-27- Zona 2 – Mənzil Kommunal və İstismar İdarəsi No 4. Tel: (012) 498 88 06- Zona 3-Mənzil Kommunal və İstismar İdarəsi No 58. Tel: (012) 492 41 85Qeyd edək ki, "Yaşayış Yerinə Giriş icazəsinin" paylanması 16 may tarixindən başlayıb və 12 iyunadək davam edəcək. Hər il olduğu kimi, bu il də 2022-ci il Formula 1 Azərbaycan Qran Prisi müddətində piyadaların hərəkətinə heç bir məhdudiyyət qoyulmayacaq. Belə ki, yarış həftəsi ərzində şəhər sakinlərinin maneəsiz hərəkətini təmin etmək üçün yarış halqası ərazisində yerləşən daimi yeraltı keçidlər gün boyu açıq olacaq.Piyadalar halqa ətrafında, Azərbaycan prospekti ilə İstiqlaliyyət küçəsinin, Xəqani və Rəşid Behbudov küçələrinin, Azadlıq prospekti ilə Xəqani küçəsinin kəsişməsində müvəqqəti yerüstü keçidlərdən də istifadə edə biləcəklər. Rəşid Behbudov küçəsinin Neftçilər prospekti ilə kəsişməsində salınacaq keçid isə daimi olaraq quraşdırılıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/04/427130468_193:0:2924:2048_1920x0_80_0_0_5f10570c60a01ed176c2071be87dd409.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
formula-1
"Formula-1"in keçdiyi küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşacaq
BŞH-nin sözçüsü həmin müddətdə sürücülərə alternativ yollardan istifadə etmələrini tövsiyə edib.
BAKI, 3 iyun — Sputnik. 6 iyun, gecə 01:00-dan etibarən Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşacaq.
Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) milli mətbuat katibi Turab Teymurov məlumat verib.
O bildirib ki, hərəkət 14 iyun, səhər saatlarından etibarən bərpa olunacaq.
"Nəqliyyatın hərəkət məhdudiyyəti 3 zonada tətbiq ediləcək. Birinci zona yarış halqasının əhatə etdiyi İçərişəhər ərazisi, ikinci Azadlıq meydanı və onun yaxınlığında yerləşən digər küçələr, üçüncü zona isə BMT-nin 50 illiyi küçəsinin keçdiyi ərazidir. Yarışın keçirildiyi müddətdə qeyd olunan ərazilərə nəqliyyatın giriş-çıxışı üçün "Yaşayış Yerinə Giriş icazəsi" veriləcək. Bu zonalarda yaşayan və ya əmək fəaliyyəti ilə məşğul olan sürücülər icazəni tam ödənişsiz şəkildə, BŞH-yə müraciət etməklə əldə edə biləcəklər", - deyə Turab Teymurov qeyd edib.
BŞH-nin sözçüsü sürücülərə alternativ yollardan istifadə etmələrini tövsiyə edib.
O deyib ki, vətəndaşlar "Yaşayış Yerinə Giriş icazəsi sənədinin paylanma məntəqələrinə yaxınlaşaraq, həftənin bazar ertəsindən cümə gününə kimi, saat 10:00-dan 17:00-dək əldə edə bilərlər. Bunun üçün vətəndaşlar zonalar üzrə aşağıdakı müvafiq idarələrə müraciət etməlidirlər:
- Zona 1 - İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu idarəsi. Tel: (012) 492-24-27
- Zona 2 – Mənzil Kommunal və İstismar İdarəsi No 4. Tel: (012) 498 88 06
- Zona 3-Mənzil Kommunal və İstismar İdarəsi No 58. Tel: (012) 492 41 85
Qeyd edək ki, "Yaşayış Yerinə Giriş icazəsinin" paylanması 16 may tarixindən başlayıb və 12 iyunadək davam edəcək. Hər il olduğu kimi, bu il də 2022-ci il Formula 1 Azərbaycan Qran Prisi müddətində piyadaların hərəkətinə heç bir məhdudiyyət qoyulmayacaq. Belə ki, yarış həftəsi ərzində şəhər sakinlərinin maneəsiz hərəkətini təmin etmək üçün yarış halqası ərazisində yerləşən daimi yeraltı keçidlər gün boyu açıq olacaq.
Piyadalar halqa ətrafında, Azərbaycan prospekti ilə İstiqlaliyyət küçəsinin, Xəqani və Rəşid Behbudov küçələrinin, Azadlıq prospekti ilə Xəqani küçəsinin kəsişməsində müvəqqəti yerüstü keçidlərdən də istifadə edə biləcəklər. Rəşid Behbudov küçəsinin Neftçilər prospekti ilə kəsişməsində salınacaq keçid isə daimi olaraq quraşdırılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.