Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

"Formula-1"ə görə 20 marşrutun hərəkəti müvəqqəti dəyişəcək - Siyahı

© Sputnik / Irade JELILBakubus avtobusu, arxiv şəkli
Bakubus avtobusu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 03.06.2022
Abunə olmaq
Bakı Şəhər Halqasının əhatə etdiyi küçə və prospektlərdə nəqliyyatın hərəkətinin hansı trayektoriya üzrə təşkil ediləcəyi açıqlanıb.
BAKI, 3 iyun — Sputnik. İyunun 6-sı, gecǝ 01:00-dan etibarən Bakı Şəhər Halqasının əhatə etdiyi küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşacaq.
Bakı Nəqliyyat Agentliyindən verilən xəbərə görə, bu səbəbdən, 20 marşrut xəttinin hərəkət sxemində aşağıda qeyd edildiyi kimi müvəqqəti dəyişikliklər ediləcək. 1, 2, 4, 10, 46, M3 və H1 nömrəli marşrutlar üzrə avtobuslar alternativ olaraq D.Əliyeva küç., K.Səfərəliyeva küç., Nizami küç., Neftçilər pr. - Y.Səfərov küç., ilə təşkil ediləcəkdir;
5 və 88 nömrəli marşrutlar üzrə avtobusların son dayanacaq məntəqəsi 28 May m.st. olmaqla hərəkəti 28 May m/st. - Puşkin küç., D. Əliyeva küç., 28 May küç, R. Behbudov küç. ilə təşkil ediləcəkdir;
6 nömrəli marşrut üzrə avtobusların fəaliyyəti 2 istiqamət üzrə yəni 20-ci Sahə y/m - M. Useynov küçəsi və Axundov bağı – Azadlıq prospekti metro stansiyası istiqamətində təşkil ediləcəkdir;
6, 18, 31, 37 və 77 nömrəli marşrutlar üzrə avtobusların son dayanacaq məntəqəsi B. Sərdarov küç. olmaqla Ş. Şamil küç., Lermantov küç., B. Sərdarov küç. ilə təşkil ediləcəkdir;
53 nömrəli marşrut üzrə avtobusların son dayanacaq məntəqəsi M.Useynov küç., olmaqla təşkil ediləcəkdir.
125 və 127 nömrəli marşrutlar üzrə avtobusların son dayanacaq məntəqəsi 28 May m/st olmaqla Bakı Dairəvi Avtomobil yolu, M.Müşfiq küç., Ş.Bədəlbəyli küç. ilə təşkil ediləcəkdir;
61 nömrəli marşrut avtobuslarının hərəkəti S.Vurğun küç. - Ş.Bədəlbəyli küç. – R.Behbudov küç. ilə təşkil ediləcək;
65 nömrəli marşrut üzrə avtobusların hərəkəti M.Muxtarov küç., - Ə.Cavad küç., - Azərbaycan pr. ilə təşkil ediləcəkdir;
205 nömrəli marşrut avtobuslarının hərəkəti Lökbatan NMM – Bakı Dairəvi Avtomobil yolu – M.Müşfiq küç., daha sonra öz xətti ilə hərəkətini davam etdirəcək.
Qeyd edək ki, Azərbaycan Qran-prisi 10-12 iyunda keçiriləcək. Bakı Şəhər Halqası 2019-cu ildən bəri ilk dəfə azarkeşləri qarşılamağa hazırdır.
Formula 1 Azərbaycan Qran-prisi 2022-yə bilet və Bakıya səyahətiniz barədə ətraflı məlumat üçün www.bakucitycircuit.com saytına daxil ola bilərsiniz.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Formula-1 üzrə Azərbaycan Qran-prisi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 03.06.2022
PAYTAXT XƏBƏRLƏRİ
Formula yarışlarının keçirildiyi ərazidə yaşayanlara icazə sənədləri necə veriləcək?
Xəbər lenti
0