Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakıda attraksionlarda yoxlamalar başlanıb

© Sputnik / Murad OrujovBakı bulvarında attraksion, arxiv şəkli
Bakı bulvarında attraksion, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 03.06.2022
Abunə olmaq
Xüsusilə mexanikləşdirilmiş attraksionların təhlükəsiz işləməsinin təmin olunması məqsədilə texniki vəziyyətin qiymətləndirilməsi aparılıb.
BAKI, 3 iyun — Sputnik. Bakıda mexanikləşdirilmiş attraksionların təhlükəsiz işləməsinin təmin olunması məqsədilə qiymətləndirmə aparılıb.
Yaz-yay mövsümünün başlanması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən attraksionlara baxış keçirilib.
Paytaxtın N.Nərimanov rayon, S.Xasiyev adına Mədəniyyət və istirahət parkının filialı olan N.Nərimanov adına bağın ərazisindəki ("Nərimanov" metrosunun yaxınlığında) mexanikləşdirilmiş attraksionların təhlükəsiz işləməsinin təmin olunması məqsədilə texniki vəziyyətin qiymətləndirilməsi aparılıb.
Agentliyin Qazan, qaldırıcı və energetika qurğularında işlərin təhlükəsiz görülməsinə nəzarət müfəttişliyinin rəisi Sahil Mənsimov "Report"a bildirib ki, attraksionlar ildə azı bir dəfə yoxlanılır:

"Tərəfimizdən attraksionların hər birinə ayrılıqda baxış keçirilir və bütün attraksionların qeydiyyatı aparılır, sənədləri yoxlanılır. Hansısa qəzalı vəziyyət olduqda dərhal müdaxilə edilir və problem aradan qaldırıldıqdan sonra insanların istifadəsinə verilir. Eyni zamanda, attraksionlarda fəaliyyət göstərən işçilərin bilikləri yoxlanılır, müayinədən keçirilir, daha sonra onlara sertifikatlar təqdim olunur".

S.Mənsimov qeyd edib ki, nəinki may ayı, hətta il boyu attraksionlarda xəsarət alan olmayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0