https://sputnik.az/20220602/mcdonalds-rusiyada-yeni-brendini-qeydiyyatdan-kecirmek-isteyir-442458451.html
"McDonald's" Rusiyada yeni brendini qeydiyyatdan keçirmək istəyir
"McDonald's" Rusiyada yeni brendini qeydiyyatdan keçirmək istəyir
Sputnik Azərbaycan
Bilririlib ki, şirkət tərəfindən yeni adla bağlı yekun qərar hələ qəbul olunmayıb. 02.06.2022, Sputnik Azərbaycan
2022-06-02T15:33+0400
2022-06-02T15:33+0400
2022-06-02T15:33+0400
rusiya
"mcdonalds"
rusiya
yeni
restoran
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1e/433686768_0:0:3000:1688_1920x0_80_0_0_5a7feb93eba9228f620af54e2e627780.jpg
BAKI, 2 iyun — Sputnik. Keçmiş "McDonald's" şirkəti "Naşe mesto" (Bizim yer) brendinin qeydiyyatı üçün "Rospatent"ə ərizə ilə müraciət edib. Bu barədə RİA Novosti "Moskva" agentliyinə istinadən xəbər yayıb.KİV-in məlumatına görə, bu, artıq ardıcıl səkkizinci müraciətdir. Qeyd olunur ki, bu yaxınlarda "Tolko tak" (Yalnız belə), "Veselo i vkusno" (Əyləncəli və dadlı), "Tot samıy" (Həminki), "Svobodnaya kassa" (Azad kassa), "Toçno on" (Eynən o), "Eto on" (Bu odur) və "Kompas" (Kompas) brendlərinin də qeydiyyatı üçün müraciətlər göndərilib.Yeni əmtəə nişanı da əvvəlki digər markalar kimi, mal və xidmətlərin beynəlxalq təsnifatına aid ediləcək ki, bu da sendviçlər, dondurma, kartof qızartması və qəhvə, həmçinin oyuncaqlar, geyimlər, çətirlər və kürək çantaları istehsal etməyə imkan verəcək.Bundan əlavə, "Bizim yer" brendi altında yeməkxanalar, barlar, kafelər və yemək çatdırılmasında ixtissaslaşan restoranlar açmaq mümkün olacaq. Şirkətin mətbuat xidmətindən onu da bildiriblər ki, yeni adla bağlı yekun qərar hələ qəbul edilməyib.Xatırladaq ki, "McDonald's" Rusiyada 30 ildən çox fəaliyyət göstərdikdən sonra bazardan çıxmaq qərarına gəlib. Məlum olub ki, şirkət Rusiyadakı biznesini hazırkı lisenziyanın sahibi Aleksandr Qovora satacaq və o, yeni brend altında restoranları idarə edəcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220527/nazirlik-mcdonalds-azerbaijani-mehkemeye-verdi-442288268.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1e/433686768_323:0:3000:2008_1920x0_80_0_0_2076ffb0cb2800aba5482ee7ea9d30e5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
"mcdonalds", rusiya, yeni, restoran
"mcdonalds", rusiya, yeni, restoran
"McDonald's" Rusiyada yeni brendini qeydiyyatdan keçirmək istəyir
Bilririlib ki, şirkət tərəfindən yeni adla bağlı yekun qərar hələ qəbul olunmayıb.
BAKI, 2 iyun — Sputnik. Keçmiş "McDonald's" şirkəti "Naşe mesto" (Bizim yer) brendinin qeydiyyatı üçün "Rospatent"ə ərizə ilə müraciət edib. Bu barədə RİA Novosti "Moskva" agentliyinə istinadən xəbər yayıb.
KİV-in məlumatına görə, bu, artıq ardıcıl səkkizinci müraciətdir. Qeyd olunur ki, bu yaxınlarda "Tolko tak" (Yalnız belə), "Veselo i vkusno" (Əyləncəli və dadlı), "Tot samıy" (Həminki), "Svobodnaya kassa" (Azad kassa), "Toçno on" (Eynən o), "Eto on" (Bu odur) və "Kompas" (Kompas) brendlərinin də qeydiyyatı üçün müraciətlər göndərilib.
Yeni əmtəə nişanı da əvvəlki digər markalar kimi, mal və xidmətlərin beynəlxalq təsnifatına aid ediləcək ki, bu da sendviçlər, dondurma, kartof qızartması və qəhvə, həmçinin oyuncaqlar, geyimlər, çətirlər və kürək çantaları istehsal etməyə imkan verəcək.
Bundan əlavə, "Bizim yer" brendi altında yeməkxanalar, barlar, kafelər və yemək çatdırılmasında ixtissaslaşan restoranlar açmaq mümkün olacaq. Şirkətin mətbuat xidmətindən onu da bildiriblər ki, yeni adla bağlı yekun qərar hələ qəbul edilməyib.
Xatırladaq ki, "McDonald's" Rusiyada 30 ildən çox fəaliyyət göstərdikdən sonra bazardan çıxmaq qərarına gəlib. Məlum olub ki, şirkət Rusiyadakı biznesini hazırkı lisenziyanın sahibi Aleksandr Qovora satacaq və o, yeni brend altında restoranları idarə edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.