Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin: "Sizin istəyinizdən, təşəbbüskarlığınızdan çox şey asılıdır"

© Sputnik / Сергей Гунеев / Mediabanka keçidVladimir Putin
Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 01.06.2022
Abunə olmaq
Rusiya prezidenti Vladimir Putin deyib ki, Rusiya bu mürəkkəb dünyada gücünü, müstəqilliyini, suverenliyini gücləndirəcək.
BAKI, 1 iyun — Sputnik. Rusiya öz gücünü, müstəqilliyini və suverenliyini möhkəmləndirəcək və ölkənin uğuru ümumi dəyərlər, mədəniyyət, adət-ənənələr və tarixə hörmətlə birləşən vətəndaşların işindən və nailiyyətlərindən asılıdır.
Bunu Rusiya prezidenti Vladimir Putin "Böyük Dəyişiklik" festivalı iştirakçılarına ünvanladığı müraciətində deyib.
"Siz dünyanın sürətlə dəyişdiyi çox dinamik bir dövrdə yaşayırsınız və böyüyürsünüz. Əminəm ki, Rusiya bu mürəkkəb dünyada gücünü artıracaq, müstəqilliyini, suverenliyini daha möhkəm şəkildə qoruyacaq. İqtisadiyyatda, texnologiyada, elmdə və bir çox başqa sahələrdə vətəndaş cəmiyyətinin və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi vacibdir", - deyə Putin bildirib.
"Həqiqətən də sizin istəyinizdən, təşəbbüskarlığınızdan çox şey asılıdır. Bir ölkənin uğuru əməkdən, ümumi dəyərlər, mədəniyyət, adət-ənənələr, tarixə hörmət və töhfə vermək istəyi ilə birləşmiş insanların nailiyyətlərindən ibarətdir. Rusiyanın inkişafına insanlar sözdə deyil, öz şəhərlərində, kəndlərində, bütövlükdə əyalətlərində baş verənlərdə iştirak etməklə töhvə verirlər", - Putin bildirib.
O əlavə edib ki, rusların indiki nəsli birlikdə layiqli gələcək qurmaq üçün lazım olan hər şeyə malikdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0