https://sputnik.az/20220601/bayden-abs-qosunlari-ukraynadaki-munaqisede-birbasa-istirak-etmeyecek-442406650.html
Bayden: ABŞ qoşunları Ukraynadakı münaqişədə birbaşa iştirak etməyəcək
Bayden: ABŞ qoşunları Ukraynadakı münaqişədə birbaşa iştirak etməyəcək
Sputnik Azərbaycan
ABŞ Prezidenti Co Bayden bildirib ki, Putinlə razılaşmasa da, Vaşinqton Rusiyada hakimiyyəti dəyişməyə cəhd etməyəcək. 01.06.2022, Sputnik Azərbaycan
2022-06-01T23:19+0400
2022-06-01T23:19+0400
2022-06-01T23:19+0400
co bayden
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
ukrayna
abş
münaqişə
iştirak
https://cdnn1.img.sputnik.az/img/07e6/05/1f/442377311_0:0:3072:1728_1920x0_80_0_0_0e711a9f98f77e49c00cca2ebbe91203.jpg
BAKI, 1 iyun — Sputnik. ABŞ Rusiya ilə müharibəyə can atmır, əgər NATO qüvvələrinə hücum edilməsə, o zaman Vaşinqton Ukraynadakı hərbi əməliyyata birbaşa müdaxilə etməyəcək. Bunu ABŞ Prezidenti Co Bayden çərşənbə axşamı "The New York Times"da dərc olunan məqaləsində bildirib."Biz NATO ilə Rusiya arasında müharibə axtarmırıq. Nə qədər ki, ABŞ və ya onun müttəfiqləri hücuma məruz qalmayacaq, biz nə ABŞ qoşunlarını Ukraynaya döyüşmək üçün göndərməklə, nə də Rusiya hərbi qüvvələrinə hücum etməklə bu münaqişədə birbaşa iştirak etməyəcəyik", - məqalədə qeyd edilib.Bundan əlavə, Bayden Vaşinqtonun Rusiyada hakimiyyəti dəyişməyə cəhd etməyəcəyini qəti olaraq bildirib. "Mən Putinlə razılaşmasam və onun hərəkətlərini özbaşına hesab etsəm də, ABŞ onun Moskvadakı vəzifəsindən kənarlaşdırılmasına kömək etməyəcək", - ABŞ prezidenti bildirib.Nüvə silahları haqqındaBayden deyib ki, Birləşmiş Ştatlar Rusiyanın nüvə silahından istifadə etmək niyyətində olduğuna dair əlamətlər görmür, Vaşinqton Ukraynada onlardan istifadəni qəbuledilməz hesab edəcək."Mən bilirəm ki, bütün dünyada bir çox insanlar nüvə silahından istifadə təhlükəsi ilə bağlı narahatdırlar. Hazırda bizdə Rusiyanın Ukraynada nüvə silahından istifadə etmək niyyətində olduğuna dair heç bir fakt yoxdur, baxmayaraq ki, vaxtaşırı nüvə silahından istifadəyə dair təhlükəli və son dərəcə məsuliyyətsiz fikirlər səsləndirilir. Mən açıq şəkildə bildirmək istərdim ki, bu münaqişədə istənilən miqyasda nüvə silahından istifadə bizim və dünyanın qalan hissəsi üçün tamamilə qəbuledilməz olacaq və ciddi nəticələrə səbəb olacaq", - Co Bayden bildirib.Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Zaitsev bildirmişdi ki, Rusiyanın Ukraynada nüvə silahından istifadə etməsi qeyri-mümkündür, çünki bu, xüsusi hərbi əməliyyatın tapşırıqlarına uyğun gəlmir. Eyni zamanda o vurğulayıb ki, Qərbdən və Ukraynadan hər cür təxribat gözləmək olar.
https://sputnik.az/20220531/ukrayna-ile-muqavile-niye-imzalanmayib---matvienko-sebebleri-aciqlayib-442402588.html
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/1f/442377311_204:0:2935:2048_1920x0_80_0_0_70d2bda7204ec084ffdea109a4f67347.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
co bayden, ukrayna, abş, münaqişə, iştirak
co bayden, ukrayna, abş, münaqişə, iştirak
Bayden: ABŞ qoşunları Ukraynadakı münaqişədə birbaşa iştirak etməyəcək
ABŞ Prezidenti Co Bayden bildirib ki, Putinlə razılaşmasa da, Vaşinqton Rusiyada hakimiyyəti dəyişməyə cəhd etməyəcək.
BAKI, 1 iyun — Sputnik. ABŞ Rusiya ilə müharibəyə can atmır, əgər NATO qüvvələrinə hücum edilməsə, o zaman Vaşinqton Ukraynadakı hərbi əməliyyata birbaşa müdaxilə etməyəcək. Bunu ABŞ Prezidenti Co Bayden çərşənbə axşamı "The New York Times"da dərc olunan məqaləsində bildirib.
"Biz NATO ilə Rusiya arasında müharibə axtarmırıq. Nə qədər ki, ABŞ və ya onun müttəfiqləri hücuma məruz qalmayacaq, biz nə ABŞ qoşunlarını Ukraynaya döyüşmək üçün göndərməklə, nə də Rusiya hərbi qüvvələrinə hücum etməklə bu münaqişədə birbaşa iştirak etməyəcəyik", - məqalədə qeyd edilib.
Bundan əlavə, Bayden Vaşinqtonun Rusiyada hakimiyyəti dəyişməyə cəhd etməyəcəyini qəti olaraq bildirib. "Mən Putinlə razılaşmasam və onun hərəkətlərini özbaşına hesab etsəm də, ABŞ onun Moskvadakı vəzifəsindən kənarlaşdırılmasına kömək etməyəcək", - ABŞ prezidenti bildirib.
Bayden deyib ki, Birləşmiş Ştatlar Rusiyanın nüvə silahından istifadə etmək niyyətində olduğuna dair əlamətlər görmür, Vaşinqton Ukraynada onlardan istifadəni qəbuledilməz hesab edəcək.
"Mən bilirəm ki, bütün dünyada bir çox insanlar nüvə silahından istifadə təhlükəsi ilə bağlı narahatdırlar. Hazırda bizdə Rusiyanın Ukraynada nüvə silahından istifadə etmək niyyətində olduğuna dair heç bir fakt yoxdur, baxmayaraq ki, vaxtaşırı nüvə silahından istifadəyə dair təhlükəli və son dərəcə məsuliyyətsiz fikirlər səsləndirilir. Mən açıq şəkildə bildirmək istərdim ki, bu münaqişədə istənilən miqyasda nüvə silahından istifadə bizim və dünyanın qalan hissəsi üçün tamamilə qəbuledilməz olacaq və ciddi nəticələrə səbəb olacaq", - Co Bayden bildirib.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Zaitsev bildirmişdi ki, Rusiyanın Ukraynada nüvə silahından istifadə etməsi qeyri-mümkündür, çünki bu, xüsusi hərbi əməliyyatın tapşırıqlarına uyğun gəlmir. Eyni zamanda o vurğulayıb ki, Qərbdən və Ukraynadan hər cür təxribat gözləmək olar.