Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakıda Xəzər regionunun nəqliyyat sektorunun aparıcı sərgiləri keçirilir

© Sputnik / Murad OrujovBakıda sərgi
Bakıda sərgi - Sputnik Azərbaycan, 1920, 01.06.2022
Abunə olmaq
Sərgilərdə Azərbaycan, Almaniya, Belarus, Yunanıstan, İtaliya, Qazaxıstan, Rusiya, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinin şirkətləri öz məhsul və xidmətlərini təqdim edir
BAKI, 1 iyun — Sputnik. İyunun 1-də Bakı Ekspo Mərkəzində Xəzər regionunun nəqliyyat sektorunun aparıcı sərgiləri öz işinə başlayıb: 19-cu Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi "Translogistica Caspian" və 10-cu Yubiley Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat "Road&Traffic" Sərgisi.
"Iteca Caspian"dan bildirilib ki, sərgilərdə Azərbaycan, Almaniya, Belarus, Yunanıstan, İtaliya, Qazaxıstan, Rusiya Federasiyası, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinin şirkətləri öz məhsul və xidmətlərini təqdim edirlər.
"TransLogistica" sərgisi dəmir yolları, dənizçilik sənayesi və nəqliyyat-logistika xidmətləri kimi nəqliyyat sektorlarını birləşdirən səmərəli platformadır.
Sərgi həm Azərbaycanın, həm də region ölkələrinin dövlət nəqliyyat strukturlarını təmsil edən rəhbər və mütəxəssislərlə görüşmək, eləcə də nəqliyyat texnologiyalarının ən son nümunələrini nümayiş etdirmək, perspektiv dövlət infrastruktur layihələri ilə tanış olmaq, məhsullar üçün yeni satış kanalları tapmaq, habelə dəmir yolları, dəniz limanları və logistika mərkəzlərinin tikintisi, eləcə də hərəkət heyətinin istehsalı və gəmiqayırma sahələrində təcrübə mübadiləsi üçün unikal imkan yaradır.
Həmçinin "TransLogistica" sərgisi yükdaşıma şirkətləri ilə yük sahibləri arasında görüşlərin keçirilməsi üçün işgüzar platforma olmaqla yanaşı, Xəzər və Qafqaz regionunda nəqliyyat-logistika xidmətlərinin təşviqi baxımından da səmərəli vasitədir.
"TransLogistica" sərgisi ilə eyni anda 10-cu Yubiley Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat "Road&Traffic" Sərgisi keçirilir.
"Road&Traffic" Sərgisi Azərbaycanda yol infrastrukturu sahəsində əsas ixtisaslaşdırılmış tədbirdir. "Road&Traffic" sərgisi yol infrastrukturu, ictimai nəqliyyat, yol təhlükəsizliyi və informasiya texnologiyaları sektorlarının peşəkarlarının görüş yeridir. Sərgi yol, körpü və tunellərin layihələndirilməsi və inşası əsnasında bu sahənin mütəxəssislərinə müasir həll variantlarını təqdim etmək, habelə bazarın tələbatlarını və intellektual nəqliyyat sistemi (İNS) sektoruna aid olan məhsulların satış potensialını tədqiq etmək, Azərbaycanın ictimai nəqliyyat operatorları, yol-tikinti sektorunda çalışan podratçıların mütəxəssisləri ilə də görüşmək üçün nadir imkandır.
Əlavə tədbirlər proqramı çərçivəsində: "Beynəlxalq nəqliyyat dəhlizləri üçün strateji perspektivlər və yeni imkanlar", "Kurık limanında "Sarja" çoxfunksiyalı dəniz terminalı", "Təchizat Zəncirinin İdarə edilməsində Data Elminin üstünlükləri", "Nəqliyyat və İnfrastruktur Həlləri - Nəqliyyat Sistemlərinin İnkişafında Yeni Səhifə", "İctimai nəqliyyatın inkişafı üçün yeni imkanlar və parkinq həllərinin optimallaşdırılması" sessiyaları, həmçinin iştirakçı şirkətlərin təqdimatları keçiriləcək.
Sərgilər çərçivəsində ikitərəfli işgüzar görüşlər (B2B) keçiriləcək ki, bu da görüşmək, mövcud əlaqələri gücləndirmək və yeni əməkdaşlıqlar yaratmaq üçün əla imkan yaradacaq. Sərgilərə rəsmi dəstəyi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, "TRACECA" Hökumətlərarası Komissiyasının Daimi Katibliyi, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO göstərir.
Sərgilər Azərbaycan şirkətlərinin dünya səviyyəsinə çıxması üçün gözəl imkan yaradacaq
Beləliklə, sərgilər xarici şirkətlərlə yerli bazar arasında əlaqələrin qurulması, Azərbaycan şirkətlərinin dünya səviyyəsinə çıxması, cari layihələrin genişləndirilməsi və yeni tərəfdaşlar tapması üçün gözəl imkan yaradacaq.
Tədbirlərin təşkilatçıları "Caspian Event Organisers" və onun beynəlxalq tərəfdaşlarıdır.
Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində - Sputnik Azərbaycan, 1920, 01.06.2022
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Prezident: "Cənub Qaz Dəhlizi" layihəsinin önəmi daha da artır
Xəbər lenti
0