https://sputnik.az/20220531/siginacaqda-olan-usaqlarda-askarlanan-xestelikler-aciqlanib-442388908.html
Sığınacaqda olan uşaqlarda aşkarlanan xəstəliklər açıqlanıb
Sığınacaqda olan uşaqlarda aşkarlanan xəstəliklər açıqlanıb
Sputnik Azərbaycan
Analizlərin nəticələrinə uyğun olaraq həkim-pediatrlar sığınacaqda məskunlaşan uşaqlara müalicə təyinatı verib. 31.05.2022, Sputnik Azərbaycan
2022-05-31T22:17+0400
2022-05-31T22:17+0400
2022-05-31T22:17+0400
sığınacaq
paytaxt xəbərləri
uşaq
müayinə
https://cdnn1.img.sputnik.az/img/07e5/06/01/427100423_0:321:3071:2048_1920x0_80_0_0_6f6e6c176baf5009e0cdca8bbebb6464.jpg
BAKI, 31 may — Sputnik. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) təşəbbüsü ilə Bakı şəhərindəki uşaq sığınacaqlarında məskunlaşan uşaqlar üçün ixtisaslı həkim müayinələri təşkil olunub.Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaydığı məlumatda qeyd olunub.Bildirilib ki, 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş tibbi müayinə 19-24 may tarixlərində dörd uşaq sığınacağı və bir uşaq reabilitasiya mərkəzində keçirilib.Altı gün davam edən aksiyada 10 nəfəri qadın olmaqla ümumilikdə 168 nəfər iştirak edib.Qanın ümumi və biokimyəvi göstəricilərini, qalxanabənzər vəzinin hormonlarının, D və B12 vitaminlərinin səviyyələrini müəyyən etmək üçün qan nümunələri götürülərək laborator müayinəyə göndərilib.Müayinələr nəticəsində uşaqların 90%-də vitamin D çatışmazlığı aşkar olunub, bir neçə nəfərdə isə qalxanabənzər vəzinin hormonlarının səviyyəsi normadan artıq çıxıb.Analizlərin nəticələrinə uyğun olaraq həkim-pediatrlar tərəfindən müalicə üçün təyinat verilib.Sığınacaqlarda portativ müayinə cihazları vasitəsilə ultrasəs müayinə (USM) və exokardioqrafiya (EXO) funksional-instrumental müayinələr də aparılıb. Müayinə nəticələrinə əsasən, bir uşaqda anadangəlmə ürək qüsuru, iki uşaqda splenomeqaliya (dalağın çəkisinin və ölçülərinin böyüməsi), bir yeniyetmədə qoltuqaltı furunkul (irinli-nekrotik iltihab) və bir qadında xroniki kalkulyoz xolesistit (öd daşı xəstəliyi) aşkarlanıb. Biri ürək əməliyyatı olmaqla dörd nəfərdə cərrahi əməliyyatın aparılmasına qərar verilib.Ümumi cərrahın göstərişi əsasında 15 uşağın onurğa sütununun rentgenoqrafiyası aparılıb, müalicə məqsədi ilə təyin olunan dərman preparatları Agentlik tərəfindən sığınacağa təhvil verilib.Bundan əlavə, 22 nəfər oftalmoloji, dörd nəfər nevroloji və üç nəfər endokrinoloji stasionar müayinələrə cəlb olunub və onlar zəruri dərman preparatları ilə təmin olunublar. Ehtiyacı olan uşaqlara göz eynəkləri verilib. Bir nəfərdə qoturluq dəri xəstəliyi aşkarlanıb və o, müalicə üçün Uşaq Dəri Zöhrəvi Dispanserinə yerləşdirilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/01/427100423_340:0:3071:2048_1920x0_80_0_0_ee5e7b82fb828d8a4fe711305c9ae117.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
sığınacaq, uşaq, müayinə
Sığınacaqda olan uşaqlarda aşkarlanan xəstəliklər açıqlanıb
Analizlərin nəticələrinə uyğun olaraq həkim-pediatrlar sığınacaqda məskunlaşan uşaqlara müalicə təyinatı verib.
BAKI, 31 may — Sputnik. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) təşəbbüsü ilə Bakı şəhərindəki uşaq sığınacaqlarında məskunlaşan uşaqlar üçün ixtisaslı həkim müayinələri təşkil olunub.
Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaydığı məlumatda qeyd olunub.
Bildirilib ki, 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş tibbi müayinə 19-24 may tarixlərində dörd uşaq sığınacağı və bir uşaq reabilitasiya mərkəzində keçirilib.
Altı gün davam edən aksiyada 10 nəfəri qadın olmaqla ümumilikdə 168 nəfər iştirak edib.
Qanın ümumi və biokimyəvi göstəricilərini, qalxanabənzər vəzinin hormonlarının, D və B12 vitaminlərinin səviyyələrini müəyyən etmək üçün qan nümunələri götürülərək laborator müayinəyə göndərilib.
Müayinələr nəticəsində uşaqların 90%-də vitamin D çatışmazlığı aşkar olunub, bir neçə nəfərdə isə qalxanabənzər vəzinin hormonlarının səviyyəsi normadan artıq çıxıb.
Analizlərin nəticələrinə uyğun olaraq həkim-pediatrlar tərəfindən müalicə üçün təyinat verilib.
Sığınacaqlarda portativ müayinə cihazları vasitəsilə ultrasəs müayinə (USM) və exokardioqrafiya (EXO) funksional-instrumental müayinələr də aparılıb. Müayinə nəticələrinə əsasən, bir uşaqda anadangəlmə ürək qüsuru, iki uşaqda splenomeqaliya (dalağın çəkisinin və ölçülərinin böyüməsi), bir yeniyetmədə qoltuqaltı furunkul (irinli-nekrotik iltihab) və bir qadında xroniki kalkulyoz xolesistit (öd daşı xəstəliyi) aşkarlanıb. Biri ürək əməliyyatı olmaqla dörd nəfərdə cərrahi əməliyyatın aparılmasına qərar verilib.
Ümumi cərrahın göstərişi əsasında 15 uşağın onurğa sütununun rentgenoqrafiyası aparılıb, müalicə məqsədi ilə təyin olunan dərman preparatları Agentlik tərəfindən sığınacağa təhvil verilib.
Bundan əlavə, 22 nəfər oftalmoloji, dörd nəfər nevroloji və üç nəfər endokrinoloji stasionar müayinələrə cəlb olunub və onlar zəruri dərman preparatları ilə təmin olunublar. Ehtiyacı olan uşaqlara göz eynəkləri verilib. Bir nəfərdə qoturluq dəri xəstəliyi aşkarlanıb və o, müalicə üçün Uşaq Dəri Zöhrəvi Dispanserinə yerləşdirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.