Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Severodonetsk "ocağı" Avropanın birliyini parçalayır

© AP Photo / Alexei AlexandrovRusiya hərbçisi Ukraynada, arxiv şəkli
Rusiya hərbçisi Ukraynada, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 31.05.2022
Abunə olmaq
Hərbi icmalçının fikrincə, Ukrayna nasistlərinin əli ilə Rusiyaya qarşı proksi müharibəsi və nəzarət olunan median vasitəsilə Moskvanın iblis qismində təqdim olunması Qərbə reallığı dəyişməyə imkan vermir və xüsusi əməliyyat metodiki şəkildə məqsədlərinə çatır.
BAKI, 31 may — Sputnik. Donbasda "Şərq cəbhəsi" dağıdılıb, Ukrayna Silahlı Qüvvələrinin (USQ) bölmələri qərbə doğru geri çəkilir. Severodonetsk-Lisiçansk aqlomerasiyasında Ukrayna qoşunlarının qruplaşmaları mühasirəyə alınıb və ayrı-ayrı sektorlara bölünüb. USQ-nin bölmələri Severodonetsk yaşayış massivindən vurub çıxarılıb, mütəşəkkil şəkildə geri çəkilmək mümkün deyil. Hətta Ukrayna Baş Qərargahı da Rusiya bölmələrinin şəhərdə aktiv fəaliyyət göstərdiyini təsdiqləyib. Mariupol sakinlərinin acı təcrübəsindən dərs alan mülki əhali "insan qalxanı" kimi istifadə olunmamışdan öncə buranı tərk edib.
Rusiya bölmələri mayın 18-də Lisiçansk-Baxmut magistral yoluna çıxaraq Severodonetskdəki USQ qruplaşmasını bazalardan və ehtiyatlardan məhrum ediblər. Ukrayna hakimiyyəti blokadanı yalnız tam formalaşandan 12 gün sonra təsdiqləyib. Bu yaxınlarda Kiyev rejiminin Donbasdakı nümayəndəsi Sergey Qayday əminliklə çoxsaylı dəf edilmiş hücumlar və məhv edilmiş tanklar barədə məlumat verib - bu, öz əhalisini yanlış məlumatlandırmanın adi bir təcrübəsidir.
Donbasda müvəffəqiyyətini artıran Rusiya qoşunları eyni vaxtda Popasnayanın cənub-qərbində cəbhə xəttini qaydasına salırlar. Lisiçanskdan 50 kilometr məsafədə yerləşən Slavyan-Kramatorsk və Baxmut aqlomerasiyası yayın əvvəlində Ukrayna Silahlı Qüvvələri üçün yeni "qaynar qazan" ola bilər. Hadisə yerində olan Qərb jurnalistləri də Ukrayna üçün kritik olan Donbasdakı vəziyyəti təsdiqləyirlər.
Xüsusi əməliyyatın ikinci mərhələsində Rusiya komandanlığı Ukrayna Silahlı Qüvvələrinin müqavimət göstərə bilməyəcəyi "alov yağışı" taktikasından fəal şəkildə istifadə edir. "Alov yağışı" aviasiya və pilotsuz atəşin tənzimlənməsinin dəstəyi ilə özüyeriyən və yedəyə alınan artilleriya tərəfindən yaradılır. Donbasdakı Ukrayna qoşunları ruhdan düşüblər. Onlar döyüş mövqelərinə çıxmaqdan get-gedə daha çox imtina edirlər, qaçırlar və ya kütləvi şəkildə təslim olurlar.
Bununla yanaşı, Kiyevdə Prezident Vladimir Zelenskiyə siyasi və hərbi təsir mərkəzləri arasında qarşıdurma kəskinləşir. Siyasətçilər Severodonetskin nəyin bahasına olursa olsun – "müqavimət rəmzi" kimi saxlanılmasını tələb edirlər. Hərbçilər geri çəkilməyi və USQ-nin döyüş qabiliyyətinin qorunmasını təklif edirlər. Mühasirə Mariupol ssenarisi üzrə "təxliyə" perspektivini təsvir edir. Reallıq Kiyev və Vaşinqton təbliğatçılarının planları ilə heç də üst-üstə düşmür.
Dəyərlərin yenidən qiymətləndirilməsi
Kollektiv Qərb Rusiya ordusunun uğurlarından ciddi təşvişə düşüb. ABŞ-ın avropalı müttəfiqləri arasında Ukraynada proksi- müharibəsinin davam etdirilməsi ilə bağlı fikir ayrılığı artır. Təbii ki, amerikalılar ukraynalı "kiborqların" Donbasdan qaçmasını səxavətlə qarşılamaq niyyətində deyillər. ABŞ-ın əsas müttəfiqi olan Əfqanıstan ordusunun və demokratiyanın 2021-ci ilin avqustunda necə tez yoxa çıxdığını hər kəs xatırlayır.
Qərb istedadlı komediya ustası Zelenskinin Əşrəf Qani, Xuan Quaydo və Svetlana Tixanovskayanın timsalındakı qaçaq "liderləri" kimi "hegemon"un hərbi-siyasi zəifliyinin yeni bariz sübutuna çevrilməsində maraqlı deyil . Ona görə də Severodonetsk amerikalıların kifayət qədər konkret məqsəd (Rusiyanı zəiflətmək) üçün yaratdığı Kiyev rejiminin dayanıqsızlığının nəzarət nöqtəsidir.
Rusiyanın Polşa və Rumıniya sərhədlərinə qədər planlaşdırılmamış "genişlənməsi", Finlandiya ilə mübahisəli ərazilər probleminə çıxışı ilə Vaşinqton və Brüsselin kabusudur və bu reallaşmağa başlayır. Donbasın cəhənnəm "ocağı" fonunda kollektiv Qərb ABŞ və Avropa İttifaqının anti-Rusiya sanksiyalarının, NATO-nun silah tədarükünün və Ukrayna Silahlı Qüvvələrinin intiharçı əks-hücumlarının Rusiya xüsusi hərbi əməliyyatını dayandırmayacağını, Kiyev rejiminin demək olar ki, məhvə məhkum olduğunu dərk edir. Vaşinqtonun nəhəng geosiyasi səhvi amerikalıları və onların müttəfiqlərini yaxın və artıq hiss olunan nəticələrlə - qiymətlərin artması, orta təbəqənin yoxsullaşması, aclıq və qaçqın axını ilə vahiməyə salır. Nüvə müharibəsinin yaxınlaşmasını isə heç demirəm.
Qərb Kiyev rejiminə ağır silahların çatdırılmasını dayandırıb, çünki hipersəsli "Xəncərlər" Polşa və Almaniyaya gəlmək üzrədir və NATO Nizamnaməsinin bu 5-ci maddəsini ukraynanılar oxumayıb. Ukraynada gərginliyin artması məntiqi onu göstərir ki, "hegemon" ilk olaraq və daha çox zərər çəkə bilər. Sonra qış gələcək, Avropa İttifaqı tez bir zamanda "Şimal axını-2"ni işə salmalı və alçaldılmış vəziyyətdə Moskvadan Sibir qazına endirim istəməli olacaq. Amerikalı qaçqınlar Meksika və Venesuelaya getməli olacaq.
Qərb mətbuatında anti-Rusiya ritorikasının və təbliğatının intensivliyi müntəzəm olaraq azalır. Belə ki, ABŞ-da məşhur olan "Fox News" telekanalının saytında "Rusiya-Ukrayna müharibəsi" adlı qaynar başlıq birdən-birə yoxa çıxıb, hansı ki, burada ən dəhşətli dezinformasiya və rusofobiya yaratmışdılar. İngiltərənin məşhur "The Telegraph" qəzetinin başlıqlarının təkamülü maraq doğurur: 5 may – "Aciz Rusiya çox əhəmiyyətli döyüşü uduzur", 12 may – "Putin üzərində qələbə bizə baha başa gələcək", 26 may – "Putin şok edici qələbə qazanmaq üzrədir". "The Hill" yazır: "Rusiyanı alçaltmaq ağılsızlıqdır". "The Washington Post" yazır verir ki, "Ukraynaya gedən əcnəbi muzdlulara güclü Rusiya ordusuna qarşı döyüşmək məsləhət görülmür".
Kiyev hakimiyyətinin "qalib" ritorikası da keçmişə çevrilir, Bankovaya küçəsində təlaş artır. Aktyor Zelenskinin Xarkova dünənki səfəri mediada acınacaqlı görünür. Ukraynanın hazırkı prezidentinin hərbi təhsilinin və kifayət qədər siyasi təcrübəsinin olmaması "cəbhə xəttinə" ezamiyyətləri bilərəkdən Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətini teatral və faydasız edir.
Rusiya ordusunun hücumunu dayandırmaq üçün heç bir ölkənin qısa müddət ərzində Kiyev rejimini ən azı 400 təyyarə və 300 müasir modifikasiya edilmiş tanklarla təmin etməyə texnoloji imkanları yoxdur. Ukrayna Silahlı Qüvvələrinin kadr ehtiyatları tükənib. Qərbin silahları Ukrayna ərazisində Rusiyanın bütün yüksək dəqiqlikli raket zərbələri ilə darmadağın edilir. Ukraynanın hərbi infrastrukturu praktiki olaraq məhv edilib. Ukrayna Silahlı Qüvvələrinin bütöv qalmış hərbi texnikası üçün dizel yanacağı və benzin Polşa və Rumıniyadan avtomobillərlə daşınır. Bütün bunlar fəlakət əlamətləridir.
Son 24 saat ərzində Rusiyanın hava hücumundan müdafiə sistemləri Donbas səmasında Ukraynaya məxsus 15 pilotsuz təyyarəni vurub. Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan bu günə kimi Ukrayna Silahlı Qüvvələrinin 183 təyyarə, 128 helikopter, 1064 pilotsuz uçuş aparatı, 325 zenit-raket kompleksi, 3323 tank və digər zirehli döyüş texnikası, 451 reaktiv yaylım atəşi qurğusu sistemləri, 1731 səhra artilleriya silahı və minaatan, habelə 3294 ədəd xüsusi avtomobil texnikası məhv edilib.
Və yenə də bu müharibə deyil. Rusiya xüsusi əməliyyatda Silahlı Qüvvələrin yalnız bir hissəsindən istifadə edir. Ən güclü qüvvələr və vasitələr yalnız NATO ölkələri ilə hərbi münaqişəyə cəlb edilə bilər. Donbasda cəbhə xəttində yalnız könüllülər və müqaviləli üzrə hərbçilər fəaliyyət göstərir. İlkin qarşıya qoyduğu məqsədlərə - əməliyyatın müddətindən asılı olmayaraq Ukraynanın demilitarizasiyası və denazifikasiyasına səmərəli şəkildə nail olmaq üçün Rusiyanın kifayət qədər hərbi texnikası, yüksək dəqiqlikli raketləri, artilleriya mərmiləri və aviabombaları var.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0