https://sputnik.az/20220531/rusiya-bu-halda-gemilerin-araliq-denizine-maneesiz-kecidini-temin-edecek---lavrov-442386651.html
Rusiya bu halda gəmilərin Aralıq dənizinə maneəsiz keçidini təmin edəcək - Lavrov
Rusiya bu halda gəmilərin Aralıq dənizinə maneəsiz keçidini təmin edəcək - Lavrov
Sputnik Azərbaycan
Rusiya xarici işlər naziri Sergey Lavrov deyib ki, Rusiya öz növbəsində ərzaq təhlükəsizliyi probleminin həlli üçün hər şeyi edib. 31.05.2022, Sputnik Azərbaycan
2022-05-31T16:58+0400
2022-05-31T16:58+0400
2022-05-31T16:58+0400
lavrov
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
rusiya
xin
https://cdnn1.img.sputnik.az/img/07e6/03/11/440249987_0:182:2996:1867_1920x0_80_0_0_cfdcc0b457c8301b564d2f58dd46f723.jpg
BAKI, 31 may — Sputnik. Ukrayna öz ərazi sularında minalardan təmizləmə problemini həll edərsə, Rusiya Hərbi Dəniz Donanması Ukraynanın taxıl gəmilərinin maneəsiz keçidini təmin edəcək. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Bəhreynin xarici işlər naziri Əbdüllətif bin Rəşid əl-Zəyani ilə danışıqların yekunlarına dair mətbuat konfransında deyib."Əgər bu minatəmizləmə problemi həll olunarsa, o zaman açıq dənizlərdə Rusiyanın Hərbi Dəniz Qüvvələri bu gəmilərin Aralıq dənizinə maneəsiz keçidini təmin edəcək. Biz artıq həftələrdir ki, bundan narahat olan Qərbli həmkarlarımızın diqqətini buna çəkirik", - deyə o vurğulayıb.Nazir diqqəti ona yönəldib ki, Rusiya öz növbəsində ərzaq təhlükəsizliyi probleminin həlli üçün hər şeyi edib. "Hazırda ərzaq təhlükəsizliyi mövzusunda səslənən təşəbbüslər nəzərə alınmalıdır. Rusiya tərəfi olaraq bizdən asılı olan hər şeyə çoxdan zəmanət vermişik. Amma Rusiya gəmiləri üçün limanlarının bağlanması, logistika və maliyyə zəncirlərinin sıxışdırılması ilə xeyli süni problemlər yaradan Qərb ölkələri, təbii ki, onlar üçün nəyin daha vacib olduğunu ciddi şəkildə düşünməlidirlər", - deyə Lavrov bildirib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/11/440249987_133:0:2864:2048_1920x0_80_0_0_2e8ac9a40476b0a9d27ab5c9bedf7d9c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
lavrov, rusiya, xin
Rusiya bu halda gəmilərin Aralıq dənizinə maneəsiz keçidini təmin edəcək - Lavrov
Rusiya xarici işlər naziri Sergey Lavrov deyib ki, Rusiya öz növbəsində ərzaq təhlükəsizliyi probleminin həlli üçün hər şeyi edib.
BAKI, 31 may — Sputnik. Ukrayna öz ərazi sularında minalardan təmizləmə problemini həll edərsə, Rusiya Hərbi Dəniz Donanması Ukraynanın taxıl gəmilərinin maneəsiz keçidini təmin edəcək. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Bəhreynin xarici işlər naziri Əbdüllətif bin Rəşid əl-Zəyani ilə danışıqların yekunlarına dair mətbuat konfransında deyib.
"Onlar Ukrayna taxılının gəmilərlə sərbəst ixracına zəmanət verən Rusiya tərəfinin bir aydan artıqdır gördüyü tədbirlərdən danışırlar. Amma bunun üçün Ukraynalıların öz sahil sularını təmizləməsi lazımdır", - deyə o bildirib.
"Əgər bu minatəmizləmə problemi həll olunarsa, o zaman açıq dənizlərdə Rusiyanın Hərbi Dəniz Qüvvələri bu gəmilərin Aralıq dənizinə maneəsiz keçidini təmin edəcək. Biz artıq həftələrdir ki, bundan narahat olan Qərbli həmkarlarımızın diqqətini buna çəkirik", - deyə o vurğulayıb.
Nazir diqqəti ona yönəldib ki, Rusiya öz növbəsində ərzaq təhlükəsizliyi probleminin həlli üçün hər şeyi edib. "Hazırda ərzaq təhlükəsizliyi mövzusunda səslənən təşəbbüslər nəzərə alınmalıdır. Rusiya tərəfi olaraq bizdən asılı olan hər şeyə çoxdan zəmanət vermişik. Amma Rusiya gəmiləri üçün limanlarının bağlanması, logistika və maliyyə zəncirlərinin sıxışdırılması ilə xeyli süni problemlər yaradan Qərb ölkələri, təbii ki, onlar üçün nəyin daha vacib olduğunu ciddi şəkildə düşünməlidirlər", - deyə Lavrov bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.