https://sputnik.az/20220531/genc-fehlenin-faciesi-21-yasinda-besinci-mertebeden-yixilaraq-olub-442369947.html
Gənc fəhlənin faciəsi: 21 yaşında beşinci mərtəbədən yıxılaraq ölüb
Gənc fəhlənin faciəsi: 21 yaşında beşinci mərtəbədən yıxılaraq ölüb
Sputnik Azərbaycan
"Zirvə-A" MTK tərəfindən inşa olunan çoxmərtəbəli binanın tikintisində fasad ustası işləyən Zülfüqar Qasımzadə həmin binanın 5-ci mərtəbəsində işləyərkən... 31.05.2022, Sputnik Azərbaycan
2022-05-31T11:55+0400
2022-05-31T11:55+0400
2022-05-31T11:55+0400
fəhlə
paytaxt xəbərləri
https://cdnn1.img.sputnik.az/img/07e6/04/08/440935747_0:103:2000:1228_1920x0_80_0_0_84d801ad61ea4747dc3f61cd4ac9c8b2.jpg
BAKI, 31 may — Sputnik. Ötən gün saat 12 radələrində Nərimanov rayonu ərazisində 2001-ci il təvəllüdlü Zülfüqar Qasımzadənin hündürlükdən yıxılaraq ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.Rayon prokurorluğundan verilən məlumata görə, ilkin araşdırmalarla müəyyən olunub ki, "Zirvə-A" MTK tərəfindən inşa olunan çoxmərtəbəli binanın tikintisində fasad ustası işləyən Zülfüqar Qasımzadə həmin binanın 5-ci mərtəbəsində işləyərkən ehtiyatsızlıqdan yıxılaraq aldığı xəsarətlərdən hadisə yerində ölüb.Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.Xatırladaq ki, Nazirlər Kabinetinin hesabatına görə, ötən il istehsalatla əlaqəli sayılmış 301 bədbəxt hadisənin təhqiqatı aparılıb, 15-i qrup halında olan bu hadisələr nəticəsində 51 nəfər vəfat edib.276 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. İstehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqatı nəticəsində 327 nəfər zərərçəkmiş şəxsə "İZ" (istehsalat zədəsi) formalı aktın verilməsi təmin olunub. Aparılmış təhqiqatların nəticəsi olaraq işəgötürənlərə əməyin mühafizəsi tələblərinin təmin edilməsi ilə bağlı 1199 göstəriş verilib.İşəgötürənlər tərəfindən işçilərin icbari sığorta olunmasının təmin edilməsi üçün DƏMX tərəfindən "Əmək müqaviləsi bildirişi" altsistemində (ƏMBAS) xəbərdarlığının yerləşdirilməsi, işəgötürənlərə məktubların göndərilməsi və onlarla görüşlərin keçirilməsi kimi tədbirlər görülüb. Eyni zamanda, 1005 işəgötürən barəsində araşdırma aparılıb, 109 işəgötürənlə bağlı inzibati icraata başlanılıb və nəticədə 276 min manat cərimə tətbiq edilib. 632 işəgötürən tərəfindən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığorta olunması ilə bağlı müqavilələrin bağlanılması təmin olunub.2021-ci il ərzində DƏMX-a daxil olmuş vətəndaş müraciətlərinə baxılması zamanı işəgötürənlər tərəfindən 4 halda 15 yaşına çatmamış şəxsin işə cəlb edilməsi faktı aşkarlanıb və bu faktlarla əlaqədar işəgötürənlərin vəzifəli şəxslərinə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1928-ci maddəsinə əsasan min manat məbləğində inzibati cərimə tətbiq olunub.Həmçinin 4 halda işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmə faktı aşkar edilib və bu faktlarla əlaqədar işəgötürənlərin vəzifəli şəxslərinə İnzibati Xətalar Məcəlləsinin 193-cü maddəsinə əsasən 4,2 min manat məbləğində inzibati cərimə tətbiq olunub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/08/440935747_114:0:1887:1330_1920x0_80_0_0_36b92618cd30723f66cfad8442318f88.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
fəhlə
Gənc fəhlənin faciəsi: 21 yaşında beşinci mərtəbədən yıxılaraq ölüb
"Zirvə-A" MTK tərəfindən inşa olunan çoxmərtəbəli binanın tikintisində fasad ustası işləyən Zülfüqar Qasımzadə həmin binanın 5-ci mərtəbəsində işləyərkən ehtiyatsızlıqdan yıxılaraq aldığı xəsarətlərdən hadisə yerində ölüb.
BAKI, 31 may — Sputnik. Ötən gün saat 12 radələrində Nərimanov rayonu ərazisində 2001-ci il təvəllüdlü Zülfüqar Qasımzadənin hündürlükdən yıxılaraq ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Rayon prokurorluğundan verilən məlumata görə, ilkin araşdırmalarla müəyyən olunub ki, "Zirvə-A" MTK tərəfindən inşa olunan çoxmərtəbəli binanın tikintisində fasad ustası işləyən Zülfüqar Qasımzadə həmin binanın 5-ci mərtəbəsində işləyərkən ehtiyatsızlıqdan yıxılaraq aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Xatırladaq ki, Nazirlər Kabinetinin hesabatına görə, ötən il istehsalatla əlaqəli sayılmış 301 bədbəxt hadisənin təhqiqatı aparılıb, 15-i qrup halında olan bu hadisələr nəticəsində 51 nəfər vəfat edib.
276 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. İstehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqatı nəticəsində 327 nəfər zərərçəkmiş şəxsə "İZ" (istehsalat zədəsi) formalı aktın verilməsi təmin olunub. Aparılmış təhqiqatların nəticəsi olaraq işəgötürənlərə əməyin mühafizəsi tələblərinin təmin edilməsi ilə bağlı 1199 göstəriş verilib.
İşəgötürənlər tərəfindən işçilərin icbari sığorta olunmasının təmin edilməsi üçün DƏMX tərəfindən "Əmək müqaviləsi bildirişi" altsistemində (ƏMBAS) xəbərdarlığının yerləşdirilməsi, işəgötürənlərə məktubların göndərilməsi və onlarla görüşlərin keçirilməsi kimi tədbirlər görülüb. Eyni zamanda, 1005 işəgötürən barəsində araşdırma aparılıb, 109 işəgötürənlə bağlı inzibati icraata başlanılıb və nəticədə 276 min manat cərimə tətbiq edilib. 632 işəgötürən tərəfindən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığorta olunması ilə bağlı müqavilələrin bağlanılması təmin olunub.
2021-ci il ərzində DƏMX-a daxil olmuş vətəndaş müraciətlərinə baxılması zamanı işəgötürənlər tərəfindən 4 halda 15 yaşına çatmamış şəxsin işə cəlb edilməsi faktı aşkarlanıb və bu faktlarla əlaqədar işəgötürənlərin vəzifəli şəxslərinə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1928-ci maddəsinə əsasan min manat məbləğində inzibati cərimə tətbiq olunub.
Həmçinin 4 halda işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmə faktı aşkar edilib və bu faktlarla əlaqədar işəgötürənlərin vəzifəli şəxslərinə İnzibati Xətalar Məcəlləsinin 193-cü maddəsinə əsasən 4,2 min manat məbləğində inzibati cərimə tətbiq olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.