https://sputnik.az/20220531/cavusoglu-turkiye-rusiyaya-qarsi-sanksiyalara-qosulmayacaq-442374996.html
Çavuşoğlu: Türkiyə Rusiyaya qarşı sanksiyalara qoşulmayacaq
Çavuşoğlu: Türkiyə Rusiyaya qarşı sanksiyalara qoşulmayacaq
Sputnik Azərbaycan
Türkiyə XİN rəhbəri bildirib ki, rusiyalı həmkarı Lavrovun buğda məsələsi də daxil olmaqla Qara dənizdə təhlükəsizlik dəhlizinin açılmasını müzakirə etmək üçün... 31.05.2022, Sputnik Azərbaycan
2022-05-31T13:13+0400
2022-05-31T13:13+0400
2022-05-31T13:13+0400
mövlud çavuşoğlu
rusiya
lavrov
sergey lavrov
rusiya xin rəhbəri sergey lavrov
https://cdnn1.img.sputnik.az/img/07e6/01/1f/438706873_0:0:3027:1702_1920x0_80_0_0_7937eec8defdc46b28549b2e971bba07.jpg
BAKI, 31 may — Sputnik. Türkiyə Rusiyaya qarşı sanksiyalara qoşulmayacaq. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə müsahibəsində bildirib."Rusiyaya qarşı sanksiyalar Türkiyəyə də təsir edib. Bizim mövqeyimiz aydındır və tutduğumuz vasitəçilik roluna görə başa düşülməlidir. Biz sanksiyalara qoşulmuruq və bunun bizim vasitəmizlə edilməsinə imkan verməyəcəyik", - Çavuşoğlu deyib.Çavuşoğlu Rusiya-Ukrayna arasında danışıqların sona çatması ilə bağlı deyib ki, hazırda danışıqlara qayıtmaq atmosferində liderlər səviyyəsində tərəfləri yenidən bir araya gətirmək məsələsi var.Çavuşoğlu rusiyalı həmkarı Lavrovun buğda məsələsi də daxil olmaqla Qara dənizdə təhlükəsizlik dəhlizinin açılmasını müzakirə etmək üçün iyunun 8-də Türkiyəyə gələcəyini açıqlayıb.Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün dünya iqtisadiyyatına ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, ABŞ və Avropa İttifaqı faktiki olaraq Rusiya qarşısında öhdəliklərini yerinə yetirməyib, onun valyuta ehtiyatlarını dondurub. Prezident bildirib ki, baş verən hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının üstündən xətt çəkir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/1f/438706873_0:0:2731:2048_1920x0_80_0_0_9a5b538fb44119805c584be1f23cdd38.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
mövlud çavuşoğlu, lavrov, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov
mövlud çavuşoğlu, lavrov, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov
Çavuşoğlu: Türkiyə Rusiyaya qarşı sanksiyalara qoşulmayacaq
Türkiyə XİN rəhbəri bildirib ki, rusiyalı həmkarı Lavrovun buğda məsələsi də daxil olmaqla Qara dənizdə təhlükəsizlik dəhlizinin açılmasını müzakirə etmək üçün iyunun 8-də Türkiyəyə gələcək.
BAKI, 31 may — Sputnik. Türkiyə Rusiyaya qarşı sanksiyalara qoşulmayacaq. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə müsahibəsində bildirib.
"Rusiyaya qarşı sanksiyalar Türkiyəyə də təsir edib. Bizim mövqeyimiz aydındır və tutduğumuz vasitəçilik roluna görə başa düşülməlidir. Biz sanksiyalara qoşulmuruq və bunun bizim vasitəmizlə edilməsinə imkan verməyəcəyik", - Çavuşoğlu deyib.
Çavuşoğlu Rusiya-Ukrayna arasında danışıqların sona çatması ilə bağlı deyib ki, hazırda danışıqlara qayıtmaq atmosferində liderlər səviyyəsində tərəfləri yenidən bir araya gətirmək məsələsi var.
Çavuşoğlu rusiyalı həmkarı Lavrovun buğda məsələsi də daxil olmaqla Qara dənizdə təhlükəsizlik dəhlizinin açılmasını müzakirə etmək üçün iyunun 8-də Türkiyəyə gələcəyini açıqlayıb.
Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün dünya iqtisadiyyatına ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, ABŞ və Avropa İttifaqı faktiki olaraq Rusiya qarşısında öhdəliklərini yerinə yetirməyib, onun valyuta ehtiyatlarını dondurub. Prezident bildirib ki, baş verən hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının üstündən xətt çəkir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.